Azərbaycanın Dəməşqdəki səfirliyi 12 ildən sonra yenidən açılır...
Suriyada Azərbaycan səfirliyinin 12 il sonra yenidən fəaliyyətə başlaması planlaşdırılır. Bu barədə fikir Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani ilə görüşündə səsləndirilib.
Tərəflər Azərbaycan və Suriya arasında uzun müddətdir mövcud olmayan münasibətlərdə əməkdaşlıq və dostluğun hədəfləndiyi yeni səhifənin açılmasında həmfikir olduqlarını qeyd ediblər. Bu baxımdan, ən qısa zamanda Dəməşqdə Azərbaycan səfirliyinin 12 il sonra yenidən fəaliyyətə başlamasının planlaşdırıldığı qarşı tərəfin diqqətinə çatdırılıb.
Sonda Suriya xarici işlər naziri yeni qurulan münasibətlərin möhkəmləndirilməsi üçün ölkəmizə səfərə dəvət olunub. Nazir Əş-Şibani dəvəti məmnuniyyətlə qəbul etmiş və Azərbaycan nümayəndələrini Suriyada mütəmadi şəkildə görməkdən məmnun olacaqlarını bildirib.
ZÜMRÜD