Bu ilin oktyabr ayında ÜDSY-nin məbləği 26,3% artıb...
2023-cü ilin oktyabr ayında orta hesabla bir ailəyə ödənilən Ünvanlı Dövlət Sosial Yardımının (ÜDSY) məbləği 26,3% artıb. Bu barədə baki-xeber.com-a DSMF-nin mətbuat xidmətindən məlumat verilib. Beləliklə, ötən ilin oktyabr ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 383,2 manat idisə, cari ilin müvafiq dövründə bu məbləğ artaraq 484,0 manat təşkil edib.
İradə SARIYEVA