Messi "Real"a vurduğu bu qolu unuda bilmir...
Argentinalı futbol ulduzu Lionel Messi karyerasında ən çox sevdiyi qoldan danışıb. 36 yaşlı forvard UEFA Çempionlar Liqasının 2010-11 mövsümünün yarımfinalında, "Barselona"nın heyətində "Real"a (2:0) vurduğu qolu fərqləndirib: “Mən həmişə demişəm ki, ən vacib qollar Çempionlar Liqasının finalında, dünya çempionatının finalında vurulan qollardır. Amma Çempionlar Liqasının yarımfinalında "Santyaqo Bernabeuda "Real"a 2:0 hesabı ilə qalib gəldiyimiz oyunda vurduğum qolu həmişə xatırlayıram".
Qeyd edək ki, 2010/11 mövsümündə UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində "Barselona" "Real"ı üstələyərək (2:0), 1:1) finala adlamışdı.
Mətləb