KÖHNƏ VERSİYA            

“İslamofobiyanın, antisemitizmin, miqrantlara qarşı nifrətin hökm sürdüyü Fransanın Qafqazla bağlı siyasəti sülhə zərbədir” - Vüqar Rəhimzadə

Image

Tarixi Zəfərimizdən dərhal sonra Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif edib. 

Müxtəlif zamanlarda və məkanlarda sülh müqaviləsinin imzalanması ilə bağlı keçirilən görüşlərdə Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh təklifini dəstəklədiyini bildirib. Eyni zamanda, bu günlərdə Parisdə keçirilən Sülh Forumu çərçivəsində panel iclasda Nikol Paşinyan sərsəm bəyanatlarla çıxış etsə də, sülh müqaviləsinin imzalanmasına gəldikdə bu addımın atılmasına hazır olduğunu bildirdi. Belə olan halda sual yaranır: Sülh müqaviləsinin imzalanmasına kimlər mane olur? Təbii ki, maraqlar istər 30 il davam edən işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə ədaləti, beynəlxalq hüququ üstələyib. Keçmiş münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan, hazırda tarixin arxivinə atılan ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri 27 illik fəaliyyətləri dövründə funksiyalarının nədən ibarət olduğunu dərk etmək istəmədilər. Dövlətimizin başçısı İlham Əliyev noyabrın 8-də Xankəndidə keçirilən hərbi paraddakı çıxışında da bu məqama xüsusi diqqət yönəltdi ki, münaqişənin nizamlanması ilə məşğul olmuş vasitəçilər faktiki olaraq vəziyyəti dondurmağa çalışırdılar. Hesab edirdilər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq. Ancaq Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmaq fikrində deyildi. Prezident İlham Əliyev müxtəlif mötəbər kürsülərdən dəfələrlə bəyan etmişdi ki, bu vəziyyətlə barışmayacağıq. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcəyik. Danışıqlar nəticəsiz başa çatsa, güc tətbiq edərək beynəlxalq hüquq əsasında öz doğma torpaqlarımızı döyüş meydanında işğalçılardan azad edəcəyik.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, bütün bunların fonunda Ermənistanın istər 30 illik işğal, istərsə də postmünaqişə dövründə əsassız iddialarla yaşamasını, sərsəm bəyanatlarla çıxış etməsini şərtləndirən səbəblər bir daha bəlli olur. Tarixi Zəfərimizdən ötən dövrdə cərəyan edən hadisələrə diqqət yetirsək islamofobiya, antisemitizm, miqrantlara qarşı nifrət, rasizmin hökm sürdüyü Fransanın regionda vəziyyəti gərginləşdirməkdə maraqlı olduğunu görə bilərik. İkinci Qarabağ müharibəsi başa çatdığı gündən münaqişənin hələ həll edilməməsi barədə sərsəm fikirlər səsləndirən, riyakarlıq edən və ictimai fikri çaşdırmağa çalışan Fransa Prezidenti Emmanuel Makronun beynəlxalq hüquqa və ədalətə sığmayan çağırışları, addımları bu gunədək davam edir. 27 il uğursuz vasitəçilik missiyasını yerinə yetirərkən ölkəmizin 20 faiz torpaqlarının təcavüzkar dövlət tərəfindən işğalına göz yuman və ərazilərimizdə separatizmi təşviq edən Fransa Azərbaycanı Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təhdid yaratmaqda ittiham etməklə özünü gülüş hədəfinə çevirdi, bununla da ədalət və beynəlxalq hüquq anlayışlarına hansı prizmadan yanaşdığını nümayiş etdirdi. Maraqları naminə beynəlxalq hüququ heçə sayan Fransanın 27 il ərzində münaqişəli məsələnin həllində vasitəçilik missiyasını hansı meyarlara uyğun yerinə yetirdiyi haqlı olaraq sual doğurur. Beynəlxalq öhdəliklərə, o cümlədən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə uyğun olaraq Azərbaycanın dəfələrlə Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasına, Qarabağdakı qondarma rejimin ləğvinə dair çağırışlarına baxmayaraq, Fransa Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət etməyə təşviq etmək üçün heç bir iş görməyib. Fransa Ermənistana yalan vədlər vermək, riyakarlıq etmək əvəzinə ədalət və beynəlxalq hüquq prinsiplərini qoruyaraq məsələnin ədalətli həllinə çalışaydı Cənubi Qafqazda sülhün bərqərar olmasına xidmət etmiş olardı. Bu gün Fransa və bəzi Qərb dövlətləri eyni prinsipləri həyata keçirirlər. Bölgədə gərginlik yaratmaq, sülh müqaviləsinin imzalanmasına mane olmaq üçün edilən cəhdlər davamlılığı ilə diqqətdədir. Fransanın Ermənistanı silahlandırması, Avropa İttifaqının Ermənistanda missiyasının fəaliyyəti, həmçinin qurumun əslində daha çox hərbi missiya yerinə yetirəcək Sülh Fondunun işğalçı dövlətdə işə başlaması Qərbin Ermənistan vasitəsilə Cənubi Qafqazda vəziyyəti gərginləşdirməsindən xəbər verir.

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, Fransanın Ermənistanı silahlandırması işğalçı ölkədə revanşizm əhval-ruhiyyəsini yüksəldir, separatizm meyillərini gücləndirir. Görünən odur ki, Fransa üçün nə regionun, nə də dünyanın təhlükəsizliyi önəmli deyil. Fransanın Ermənistanı hər vəchlə silahlandırmağa çalışması, onu yenidən təcavüzə və hərbi avantüraya cəlb etməsi qəbuledilməzdir. Azərbaycan bütün bu cəhdlərin qarşısını ədalət və beynəlxalq hüquq çərçivəsində qətiyyətlə alır. Ölkəmizin 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri, həmçinin sentyabrın 19-da həyata keçirdiyi birgünlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam təmin edilməsi Ermənistana və ona öz maraqları naminə havadarlıq edən dövlətlərə mesajdır. Bölgədə sabitliyin, sülhün, dünyada etimad mühitinin təmin edilməsini istəyən bəzi güclər əgər həqiqətən də bu istəklərində səmimidirlərsə maraqlarını bir kənara qoyub ədalət meyarını düşünməlidirlər. Son sözü yenə də tarixi ədalət deyir. Fransa və bəzi Qərb dövlətləri gərginlik yaradacaq addımları ilə yalnız özlərinə qarşı inamsızlıq mühitini formalaşdırırlar. Belə olan təqdirdə onlardan ədalətli yanaşma gözləmək mümkündürmü? Bəzi Qərb ölkələri sözdə dünyada sülhə çağırış etsə də, reallıqda onun əksinə addımlar atırlar. Dünyada indiyədək alovlanmış və bu gün də davam edən müxtəlif münaqişələrin səbəbi məhz bir sıra Qərb ölkələrinin eqoizmə, riyakarlığa, ikili standarta əsaslanan siyasətidir.

Vüqar Rəhimzadə qeyd edib ki, tarixi Zəfəri ilə yeni reallıqlar yaradan Azərbaycanın regionun gələcəyi ilə bağlı mövqeyi bəllidir. Dövlətimizin başçısı İlham Əliyev noyabrın 13-də ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanı qəbul edərkən bir daha bildirdi ki, işğal və təcavüzün nəticələrinə baxılmadan regionun gələcəyi ilə bağlı baxışların irəli sürülməsi düzgün yanaşma olmaz. Hazırda regionun sülh gündəliyi üçün çox yaxşı imkanlar var. 44 günlük Vətən müharibəsindən sonra sülh müqaviləsi və onun əsasını təşkil edən prinsiplər təşəbbüsü ilə də məhz Azərbaycan çıxış edib. Azərbaycan Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır və regional sülh gündəliyini, Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir. Belə olan təqdirdə, Fransa nə üçün bütün beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Ermənistanı silahlandırmağa çalışır? Cənubi Qafqazı gərginlik ocağına çevirmək istəyən Fransa və bəzi Qərb dövlətləri bu cəhdlərinə son qoymalı, sülhün, təhlükəsizliyin təminatına dəstək olmalıdırlar.







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

SON XƏBƏRLƏR

25.12.2024 | 21:14
Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

25.12.2024 | 12:10
Mehriban Əliyeva Aktaudakı təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi - FOTO

25.12.2024 | 12:00
“Müsəlman Səkkizliyi”nə üzv olduq - bu təşkilatdan qazancımız nə olacaq?

25.12.2024 | 11:25
Bakı-Qroznı reysi ilə uçan təyyarə qəzaya uğradı - FOTO/VİDEO/YENİLƏNDİ

25.12.2024 | 11:20
İnsult xəstəliyi üzrə tibbi xidmətlər təkmilləşdirilir

25.12.2024 | 11:16
Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları dinləyəcək

25.12.2024 | 11:10
Şəkidə avtomat gizlədən keçmiş məhkum yaxalandı

25.12.2024 | 11:05
Türkiyədə ƏMƏLİYYAT - İŞİD-ə bağlı 182 nəfər saxlanıldı

25.12.2024 | 11:00
Vladiqafqazda güclü partlayış - ölən və yaralananlar var

25.12.2024 | 10:30
Bu gün Cəhridə işıq olmayacaq -XƏBƏRDARLIQ

25.12.2024 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq

25.12.2024 | 10:10
"35 yaşımda artıq məcburi köçkünlük həyatı sona çatır” - Cəbrayıl sakini

25.12.2024 | 10:05
"Məşədi Dadaş" məscidinə bıçaqla hücum edən şəxsə hökm oxunub -18 il həbs cəzası...

25.12.2024 | 10:00
Paşinyan Putinlə məzələnir - MDB iclasına getməmək üçün "virusa yoluxmuşam" dedi...

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031