Azərbaycan İsraildən Barak MX hava hücumundan müdafiə sistemi alır...
Azərbaycan $1,2 milyard dəyərində müqavilə çərçivəsində İsraildən əlavə İsrail istehsalı olan raket və təyyarə təhlükələrini aradan qaldırmaq üçün nəzərdə tutulmuş Barak MX hava hücumundan müdafiə sistemləri alır. İnterfax xəbər verir ki, bu barədə “Defence Industry Europe” yazır.
"Azərbaycan $1,2 milyard dəyərində müqavilə çərçivəsində İsraildən əlavə İsrail istehsalı olanBarak MX HHM sistemləri almağa qərar verib”, - nəşr qeyd edir.
Məlumata görə, daha öncə “Israel Aerospace Industries” (IAI) şirkəti Azərbaycanda Barak MX sistemlərinin imkanlarını nümayş etdirib. Sınaq bu sistemin müxtəlif versiyalarının çoxlu buraxılışını əhatə edib.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) qiymətləndirmələrinə əsasən, 2018-2022-ci illərdə Azərbaycan İsraildən əsas silah idxalçısı (İsrailin silah ixracında Azərbaycanın payı 9,1% təşkil edib) olub.
TAHİR