"Azərbaycanda seçkilər çox demokratik şəkildə keçdi" - Şamil Ayrım
Azərbaycanda seçkilər çox demokratik şəkildə keçdi. Trend xəvər verir ki, bunu mətbuat konfransı zamanı Türkiyə Böyük Millət Məclisinin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.
“2-3 gündür Azərbaycandayıq. Azərbaycan vətəndaşları Prezidentini seçmək üçün səs verməyə fəal şəkildə qatıldı”, - deyə o bildirib.
Onun sözlırinə görə, ilk dəfə Azərbaycan bütün ərazilərində seçkilər keçirdi.
“Seçicilərin çox böyük hissəsi Prezident İlham Əliyevə səs verdi", - deyə Şamil Ayrım bildirib.
O qeyd edib ki, Azərbaycanın 44 günlük Vətən Müharibəsi, 24 saatlıq antiterror tədbirləri ilə ərazi bütövlüyünü təmin etdi:
"Qərb qüvvələri müxtəlif müdaxilələr edərək sülh razılaşmasına əngəl olmağa çalışır.
Bundan əlavə, müxtəlif beynəlxalq qurumlar seçkilər hələ başlamadan seçkilərin demokratik olmadığını açıqladı. Biz Türkiyə nümayəndə heyəti olaraq bu iftiraları tamamilə rədd edirik. Azərbaycanda seçkilər çox demokratik şəkildə keçdi”, - deyə o bildirib.
Şamil Ayrım vurğulayıb ki, Azərbaycan demokratik, 30 ildir ulduz kimi parlayan bir ölkədir:
"Azərbaycan Avropanı enerji ilə təmin edir. Avropa bunu nəzərə almalıdır. Bu regionda dostluq, qardaşlığın davamı üçün hər kəs dəstək verməlidir".