İçində 40 milyard dollar olan sandıq tapıldı
Kolumbiya sahillərində 40 milyard dollarlıq zinət əşyaları olan gəmi tapılıb. “Gosmeteo.ru” saytının yazdığına görə, gəmi Karib dənizinin dibində yerləşir. Qızıl, gümüş və zümrüd sandıqları ilə dolu olan gəminin 1708-ci ildə ingilis gəmisi ilə döyüş zamanı batdığı barədə yazılır. Mütəxəssislərin ilkin hesablamalarına görə, batan gəmidəki zinət əşyalarının ümumi dəyəri 4 milyard dollardan 40 milyard dollara qədərdir.
Kolumbiya rəhbərliyini narahat edən məqam odur ki, xəzinə üçün başqa bir iddiaçı da ortaya çıxıb. ABŞ şirkəti iddia qaldıraraq, qəzanın dağıntılarını ilk aşkarladığını iddia edir. Məhkəmədə o, 10 milyard dollar tələb edib ki, bu da mənfəətin 50 faizini təşkil edir. Belə demək mümkündürsə batan gəmidəki xəzinə üstündə Kolumbiya höküməti ilə ABŞ arasında məhkəmə çəkişməsi qaçılmazdır.
Mətləb