Ərdoğan Zirvə toplantısında Ermənistana çağırış etdi...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında Ermənistana çağırış edib.
Trend xəbər verir ki, Ərdoğan Zirvə toplantısındakı çıxışı zamanı Xəzər keçidli Orta dəhlizin əhəmiyyətinin daha da artdığını bəyan edib.
O qeyd edib ki, Qarabağdan Əfqanıstana qədər hər yerdə həmrəylik göstərilməlidir.
"Qarabağın azad olunması nəticəsində regionda sülhə bir az da yaxınlaşdıq. Ermənistan öhdəliklərini yerinə yetirsə, bu proses daha da asanlaşacaq", - deyə R.T.Ərdoğan əlavə edib.