"Zəfər Günü" Güney Azərbaycanda da keçirilib
8 noyabr Zəfər Günü münasibətilə Urmiyə şəhərində atəşfəşanlıq təşkil olunub. O taylı bu taylı Azərbaycanın, bütövlükdə dünya azərbaycanlılarının qələbə simvoluna çevrilən 8 Noyabr Zəfər Günü Güney Azerbaycanın Təbriz, Urmu ve Sulduz şəhərlərində qeyd olunub. Güneylilər böyük coşqu və ruh yüksəkliyi ilə "Zəfər Günü"nü qutlayıblar. Bu barədə ArazNews məlumat yayıb.
Bundan başqa ArazNews-in hazırladığı və yotube kanalında yayımladığı "8 Noyabr Zəfər Günü” Güney Azərbaycan üçün nə deməkdir?!" adlı maraqlı proqram da ArazNews-in Telegram kanalında yerləşdirilib.
İradə SARIYEVA