Azərbaycan Beynəlxalq Cinah sazişindən çıxdı...
Putin bu il may ayında Avropada Adi silahlı Qüvvələr haqda 1990- cı il Paris sazişini ləğv edən qanun imzaladı. Noyabrın 7- də prosedur bitdi və artıq Rusiya sazişin içtirakçısı deyil. Noyabrın 7- də NATO Şurası da həmin sazişdə Alyans üzvlərinin iştirakını dayandırdı.
1990- cı il Paris sazişinin qüvvədən salınması ilə daha 2 saziş də qüvvəsini itirdi. 1990- cı ilin noyabrında Varşava müqaviləsinin 6 üzv ölkəsi ilə NATO ölkələrinin imzaladığı Budapeşt müqavilə qüvvədən düşdü. Həm də 1996- cı iln mayında imzalanmış Azərbaycana da dəxli olan Cinah sazişi də avtomatik qüvvədən düşdü. Cinah sazişi Avropada Adi silahlar barədə Paris müqavilısinə əlavə kimi 1996- cı ildə imzalanıb və SSRİ dağılandan sonra yaranmış müstəqil dövlətlərin, o cümlədən Azərbaycanın silahlanma məsələsində məhdudiyyətlərini meəyyən edirdi.
Beləliklə,1990- cı il Paris sazişi SSRİ- yə, 1996- cı il Budapeşt sazişi MDB dövlətlərinə aid idi. Hər iki saziş artıq yoxdur. Məhdudiyyıt yoxdur və Azərbaycan istədiyi qədər silah və texnika saxlaya bilər.
Namiq Quliyev