Türkiyə Ordusu PKK-nın bazalarını bombaladı
Türkiyə Hərbi Hava Qüvvələri Şimali İraqda PKK-nın 12 bazasını bombalayıb. Bu barədə Türkiyə Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumatda deyilir ki, Türkiyə Hərbi Hava Qüvvələri BMT Nizamnaməsinin özünümüdafiə hüququ ilə bağlı 5-ci maddəsini rəhbər tutaraq, noyabrın 7-də İraqın şimalında, Qara və Qəndil bölgələrində hava əməliyyatı keçirərək terror təşkilatının 12 hədəfinə zərbələr endirib. Vurğulanıb ki, PKK rəhbərliyinin nümayəndələri də daxil olmaqla xeyli sayda yaraqlı məhv edilib.
Mətləb