KÖHNƏ VERSİYA            

“Qarabağ klanı” ilə Paşinyan iqtidarı arasında qarşıdurma kəskinləşdi...

Image

Ermənistanda “Qarabağ klanı” ilə mövcud hakimiyyət arasında münasibətlər getdikcə daha gərgin xarakter almağa başlayır. Buna səbəb “Qarabağ klanı”nın Azərbaycan ərazilərini tərk edən ermənilərdən hakimiyyətə qarşı istifadə etmək cəhdləridir. Elə bu fonda “Artsax” ideyasını Ermənistanda diriltməyə yenidən cəhdlər olunur. Amma bu, Nikol Paşinyan iqtidarı tərəfindən sərt qarşılanır.

Yaranmış vəziyyətdə Ermənistanın “Qraparak” nəşri yazır ki, ölkənin  xüsusi xidmət orqanları qondarma “Artsax” ideyasını dəstəkləyənlərin “ovuna” başlayıb. Bildiriilir ki, separatçı rejimin ləğv edilməsi haqda qərarı qəbul etməyən, bu qərarın ləğvini tələb edənlərin Ermənistan Milli Təhlükəsizlik Xidmətində dindirildiyi haqda məlumatlar yayılıb. Qeyd edilir ki, dindirilməyə dəvət olunanlara təzyiqlər edilir, onlara qondarma “Artsax”ın artıq mövcud olmadığı izah olunur: “Milli Təhlükəsizlik Xidmətinə dəvət olunanlar arasında Artak Beqlaryan, Şahramanyanın keçmiş “müşaviri” Vladimir Qriqoryan, “parlamentin sədr müavini” Qaqik Baqunts və digərləri var”. Erməni mediası separatçılara qarşı bu addımı Ermənistan tarixində bənzəri olmayan, inanılmaz hadisə kimi qiymətləndirir və buna görə Paşinyan hakimiyyətini ittiham edirlər.

Qeyd edək ki, Qarabağda antiterror tədbirlərindən sonra separatçı rejim özünü buraxmaq haqda qərar qəbul edib. Lakin separatçılar İrəvana qaçdıqdan sonra bu qərardan imtina etməyə çalışır. Ermənistan hakimiyyəti isə bu iddiaları ölkənin təhlükəsizliyinə təhdid olaraq qəbul edir. Parlamentin müxalif “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan qeyd edir: “Artsax” səhifəsini bağlamaq və nəhayət, bu mövzunu gündəmdən çıxarmaq üçün 44 günlük müharibədən sonra aparılan danışıqlarda Azərbaycan öz şərtlərini diqtə edir. İndi Ermənistan və Azərbaycanın hakimiyyət orqanları erməni xalqını inandırmağa çalışırlar ki, “Artsax prezidentinin” məlum fərmanının ləğvi Azərbaycanın hərbi cavabına səbəb ola bilər. Son 3 ildə Azərbaycan Ermənistan hakimiyyəti ilə istədiyi kimi davranıb. Yalnız ən cahil və ya axmaq adam düşünə bilər ki, Azərbaycan Ermənistandan yenidən nəyisə götürməyi qarşısına məqsəd qoyubsa, buna səbəb tapmayacaq. “Artsax” məsələsi Ermənistan və Azərbaycan hakimiyyətinin “boğazındakı düyün” kimidir, ondan qurtulmaq üçün birgə təhdid və şantajı seçdilər. Onlar “Artsax prezidentinin” fərmanından qurtulandan sonra Azərbaycanın ərazi və siyasi ambisiyalarının bütün gözləntilərini təmin etmək üçün Ermənistanın müxtəlif bölgələrində də eyni şeyi edəcəklər”. Amma qeyd edək ki, Azərbaycanın Ermənistana qarşı hansısa iddiası yoxdur. Bakı sülh istəyir. Vasitəçilərin Azərbaycan və Ermənistan arasında sülh danışıqları təşkil etmək cəhdləri hazırda, faktiki olaraq, uğursuzluq zolağındadır. Bunun fonunda Bakı İrəvana birbaşa təmaslara keçməyi təklif edib. Qeyd edək ki, Azərbaycanın Ermənistana 5 prinsip əsasında təklif etdiyi sülh müqaviləsinin əsasını - dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması, dövlətlərin bir-birinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi, dövlətlərarası münasibətlərdə bir-birinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması və nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması təşkil edir. 

İki ölkə arasında bu prinsiplərlə sülhün əldə olunması Ermənistanda revanşist qüvvələri, həmçinin İrəvanın bəzi havadarlarını narahat edir. Bu fonda onlar “Qarabağ klanı”ndan çirkin məqsədləri üçün istifadə etməyə çalışırlar. “Qarabağ klanı” isə Ermənistanı Azərbaycanla yeni toqquşmaya sövq edir. Paşinyan hakimiyyətinə ciddi təzyiqlərin göstərilməsi, İrəvanın təslimçi sülhə hazırlaşması ilə bağlı onların nəzarətində olan mediada məlumatların tirajlanması da bu məqsədə xidmət edir. Xatırladaq ki, Azərbaycanın 44 günlük Vətən müahribəsində məğlub etdiyi ordunun təməli də məhz “Qarabağ klanı” tərəfindən qoyulub. Elə bu səbəbdən də prezident İlham Əliyev çıxışlarında Vətən müharibəsində darmadağın edilən düşmən ordusunu “Sarkisyan-Köçəryan ordusu” kimi dəyərləndirir. Bütün bu məqamlar onu göstərir ki, erməni hakimiyyəi ölkəni yeni müharibələrə sürükləməyə çalışan “Qarabağ klanı”ndan xilas olmaq üçün qəti addımlar atmalıdır.  Əks təqdirdə, “Qarabağ klanı” Ermənistan cəmiyyətinə  ciddi problemlər yaratmaqda davam edəcək. Ermənistanın hakim dairələri, parlamentdə “Vətəndaş müqaviləsi” fraksiyasının nümayəndələri bildirir ki, Ermənistan ərazisində ikinci “hökumət” və ikinci “parlament” fəaliyyət göstərə bilməz. Amma artıq bunu əməldə də sübut etmək lazımdır.

Ramil QULİYEV







VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Dilimizin Monitorinq Mərkəzi niyə ləğv edildi... Prezidenti məcbur buraxan nüanslar...

Belçika parlamentindən Azərbaycana absurd tələb - “qoşunlarınızı Ermənistandan çıxarın!..”(?)

Ermənistan Azərbaycanla "Transsərhəd çaylar" əməkdaşlığında maraqlı deyil...

SON XƏBƏRLƏR

23.11.2024 | 23:55
"İqlim maliyyəsi ilə bağlı razılıq üçün imkanımız var" - Braziliyalı nazir

23.11.2024 | 22:46
COP29-da İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərar qəbul olundu

23.11.2024 | 22:06
COP29 Paris Sazişinin 6-cı maddəsinin 10 ildən sonra tam şəkildə işlək vəziyyətə gətirilməsinə nail oldu... - FOTO/YENİLƏNDİ

23.11.2024 | 21:30
COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür qətnaməsi qəbul olundu...

23.11.2024 | 21:28
Borrel “Putinlə Trampı danışıqlar masasında əyləşdirmək istəyir”...

23.11.2024 | 21:25
COP29-a təzyiq yolunun sonu - Bayden kürsünü də, Sülh mükafatını da itirdi...

23.11.2024 | 21:15
27 il sonra Kəlbəcər ermənilərin “göz dağına” çevrildi...

23.11.2024 | 21:01
Üç Benilüks ölkəsindən Azərbaycana eyni məzmunlu böhtan həmləsi - bəlkə səfirlər toplaşsın?..

23.11.2024 | 20:51
"Heç kim Bakıdan əsas məqsədimizlə bağlı yaxşı nəticə əldə etmədən getmək istəmir" - Muxtar Babayev

23.11.2024 | 20:47
“İlham Əliyev deyib ki, saqqalını qırx” - Paşinyana yeni hücum...

23.11.2024 | 20:33
Makron Fransanı daha bir ölkədə biabırçı duruma düşürdü...

23.11.2024 | 20:19
Bakıda "Azərbaycan İrəvanı" günləri erməniləri ifşa edir...

23.11.2024 | 20:06
Azərbaycan iqlim maliyyə iddiasını konkret ortaya qoydu - ildə 250 milyard, Afrikadan dəstək - "biz trilyonlar tələb edirik"

23.11.2024 | 19:52
İlk erməni sputniki Azərbaycanda nələrin fotosunu çəkib?..

23.11.2024 | 19:38
Dizel yanacağı istehsalının bu qədər artımı nə ilə bağlıdır?..

23.11.2024 | 19:26
COP-a ev sahibliyini çoxları edə bilər, onu yarıtmaq isə... Azərbaycan nümunəsi...

23.11.2024 | 19:14
COP29 "yaşıl eraya" uğurlu keçidin mühüm platforması kimi özünü təsdiqlədi....

23.11.2024 | 19:01
Azərbaycançılıq mükəmməl milli ideologiya kimi ölkənin tərəqqisini daha dinamik hala gətirir

23.11.2024 | 18:47
"Qlobal Cənub QHT Platforması" nədir - Azərbaycan COP-da növbəti addımını atdı...

23.11.2024 | 18:33
Kiçik ada dövlətləri Bakıda "iqtisadi güclərə qarşı üsyan qaldırdılar" - "bizim seçimimiz yoxdur"...

23.11.2024 | 18:30
Beynəlxalq Forum direktoru ABŞ-ı iqlim sazişi ilə bağlı öhdəliklərindən yayınmağı dayandırmağa çağırdı

23.11.2024 | 18:20
"Power Shift Africa" ABŞ və Qərb ölkələrini iqlim maliyyəsi üçün məsuliyyətdən yayınmaqda ittiham etdi

23.11.2024 | 18:19
"Politico" nəşri Azərbaycanı "rus qazı" ilə ləkələməyə çalışır...

23.11.2024 | 18:12
İqlim Fəaliyyəti üzrə Beynəlxalq Şəbəkənin nümayəndəsi üsyan etdi - Qlobal Şimal ikiüzlülüyə son qoymalıdır...

23.11.2024 | 18:05
“Böyük Tiqranın Halley Kometi” - erməni tarixçilər təzə saxtakarlığa əl atdılar...

23.11.2024 | 18:03
Antiterrordan sonrakı reallıqları COP 29 bir daha təsdiqlədi...

23.11.2024 | 17:51
COP çərçivəsində “Qarabağa erməni qayıdışı”nı qabardanlara 2 dəqiq şərt qoyuldu...

23.11.2024 | 17:44
Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürülür...

23.11.2024 | 17:38
Ermənilər İrəvandakı daha bir qədim türk izini silir - “Qırmızı körpü”...

23.11.2024 | 17:25
Qərblə Rusiya "qarşılıqlı dondurulmuş pullarla" bir-birinə hücuma başlayıblar...

23.11.2024 | 17:12
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırdı...

23.11.2024 | 17:06
Azərbaycan mediasının COP29 sınağı…

23.11.2024 | 17:02
Berbok Azərbaycan XİN-in “76 nəfərlik qara deputatlar” siyahısından danışdı...

23.11.2024 | 16:41
ABŞ Ukraynaya nüvə silahı verilməsi məsələsini gündəmə gətirdi...

23.11.2024 | 16:25
Netanyahunun Brüsselə yolu bağlandı - gəlsə həbs edəcəyik...

23.11.2024 | 16:14
MM-in Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana cavab...

23.11.2024 | 16:09
Aİ və 25 ölkə COP29-da öhdəlik götürdü - kömür elektrik stansiyaları tikməyəcəklər...

23.11.2024 | 16:06
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

23.11.2024 | 16:05
Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edildi

23.11.2024 | 15:51
Tramp Ukraynanın NATO üzvlüyünə qarşı çıxan diplomatı Kiyevə xüsusi nümayəndə təyin edir...

23.11.2024 | 15:41
Qarabağın rəmzi Xarıbülbül cənubda

23.11.2024 | 15:36
COP29-da iqlim maliyyəsinin artırılması tələbi ilə aksiya keçirildi - FOTO

23.11.2024 | 15:17
Zakir Həsənov müşavirə keçirdi - ordu qarşısında konkret tapşırıqlar qoyuldu

23.11.2024 | 14:31
Fəxrəddin Altun: “Türkiyə terrora qarşı mübarizəsini davam etdirəcək”

23.11.2024 | 14:24
“Kipr türk xalqının bərabər beynəlxalq statusu üçün təşəbbüslərimizi davam etdiririk” - Hakan Fidan

23.11.2024 | 13:30
İstanbulda 70 kq qızılla tutulan azərbaycanlı özünü diplomat kimi təqdim etdi, ancaq...

23.11.2024 | 13:16
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanıb

23.11.2024 | 13:04
Laçında 4,5 bal gücündə zəlzələ olub...

23.11.2024 | 12:16
Baş nazir Əli Əsədov köhnə qərarı ləğv edib yeni qərar imzaladı

23.11.2024 | 12:00
Livanda bəzi xəstəxanalar fəaliyyətini dayandırıb - ÜST həyəcan təbili çalır

23.11.2024 | 11:30
Qaz partlayışından xəsarət alan Cəhri sakini Bakıda vəfat edib

23.11.2024 | 11:20
Deputatlarımız Moskva yolçusudur

23.11.2024 | 11:10
Neftimizin qiyməti 76 dolları ötüb - dünya bazarında son durum

23.11.2024 | 11:05
Azərbaycanın əl-ayağına düşüb minnətdar olmalı idilər ki, "bizim bərbad etdiyimiz dünyanı siz xilas edirsiniz"!

23.11.2024 | 11:00
"Bu cəhdlər bütün bəşəriyyət üçün fəlakətlə nəticələnə bilər" - türkiyəli iqtisadçıdan XƏBƏRDALIQ

23.11.2024 | 10:30
“Neftçi” “Zirə”yə, “Səbail” “Qarabağ”a qarşı

23.11.2024 | 10:20
Gəncədə yük maşını beton hasara çırpılaraq yanıb

23.11.2024 | 10:15
Bu iş adamı ABŞ-ın maliyyə naziri olacaq

23.11.2024 | 10:05
Neftçalada avtomobil və motosiklet toqquşub, bir nəfər ölüb

23.11.2024 | 10:00
ABŞ-ın bu hərəkətləri müharibə risqi yaradır - Pxenyandan ETİRAZ

23.11.2024 | 10:00
Bu gündən bəzi məktəblərdə dərslər başlayıb

23.11.2024 | 09:25
Minimum aliment 11 manat artırılır...

23.11.2024 | 09:22
Makron dayanmır - yenə qalmaqal, yenə gərginlik...

23.11.2024 | 09:15
Donald Tramp bu prokurorları işdən çıxaracaq - “The Washington Post”

23.11.2024 | 09:10
Ronaldonun komandası ilk dəfə məğlub oldu

23.11.2024 | 09:05
Britaniya bankından ŞOK addım - Rusiya və Belarusdan ödənişləri DAYANDIRDI

23.11.2024 | 09:00
“Tramp praqmatik insandır”, - Medvedevdən açıqlama

23.11.2024 | 08:42
Rubl kağıza dönür - Bakıya pul göndərən soydaşlarımız çətinlikdədir...

23.11.2024 | 01:11
Rusiya Ukraynanı ilk dəfə bu silahla vurdu - dünyanı dəhşətə salan GÖRÜNTÜLƏR...

22.11.2024 | 21:58
Macarıstanın baş naziri Orban İsrailin baş naziri Netanyahunu həbs qərarından niyə müdafiə etdi?...

22.11.2024 | 21:12
25-də Gürcüstanda baş verəcəklər dünyanı narahat edir...

22.11.2024 | 20:58
BC Məhkəməsi Netanyahunu və Qallantı hansı cinayətlərə görə həbsə məhkum etdi...

22.11.2024 | 20:43
Dilimizin Monitorinq Mərkəzi niyə ləğv edildi... Prezidenti məcbur buraxan nüanslar...

22.11.2024 | 20:32
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır

22.11.2024 | 20:28
Avroittifaq missiyası Ermənistanda müşkül problemə çevrildi - 1 ay qaldı...

22.11.2024 | 20:15
Dünyada pul var, ancaq müharibəyə xərclənir - COP29 çağırış edir...

22.11.2024 | 20:01
Ukrayna cəbhəsində hər iki tərəf nüvə müharibəsini sürətləndirir...

22.11.2024 | 19:46
Avropa Birliyi Türkmənistanla Transxəzər layihəsini canlandırır - səbəb...

22.11.2024 | 19:33
ABŞ və Çin COP29-da sərrast ittiham olundular...

22.11.2024 | 19:19
Ermənistan Hindistandan yeni hücum texnikası alır...

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930