"Fələstin torpaqları azad edilsin" - BMT qətnamə qbul etdi
BMT Baş Assambleyası İsrailin Fələstin torpaqlarını azad etməsi ilə bağlı qətnamə qəbul edib. 124 ölkə qətnamənin lehinə, 14 ölkə, o cümlədən ABŞ və İsrail əleyhinə səs verib. 43 ölkə səsvermədə iştirak etməyib.
BMT-nin qətnaməsinin icrası üçün İsrailə 12 aylıq vaxt verilib. Qətnamə müşahidəçi ölkə statusunda olan Fələstin tərəfindən irəli sürülüb.
Mətləb Salahov