ABŞ Türkiyə banklarını hədələdi - Rusiya ilə münasibətləri davam etdirsəz...
ABŞ nümayəndələri Türkiyə maliyyə institutlarını Rusiya ilə əməliyyatları davam etdirdikləri təqdirdə sanksiya tətbiq etməklə hədələyib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin maliyyə konsaltinqi sahəsindəki mənbə təsdiqləyib.
“ABŞ-nin nümayəndələri ölkəmizin banklarına Rusiya tərəfi ilə münasibətləri davam etdirdikləri təqdirdə, "gizli" və ya "qeyri-müəyyən" sanksiyalarla hədələdilər", - mənbə bildirib.
Lakin o, əlavə edib ki, Türkiyə bankları vasitəsilə əməliyyatlar hələ də həyata keçirilə bilər. Bunun üçün bir sıra şərtlərin yerinə yetirilməsi, "müəyyən sənədlər və sübutlar"ın təqdim olunması tələb olunur. Bu da, əməliyyatın mövcud sanksiyaları, məhdudiyyətləri pozmadığını göstərən uyğunluq prosedurudur.