Xətai rayonunda 19 yaşlı gənc bıçaqlanıb
Bakının Xətai rayonunda 19 yaşlı gənc bıçaqlanıb. Belə ki, 2005-ci il təvəllüdlü Nəsirov Elmir Ramil oğlu naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri alıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki bud və baldır nahiyəsinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.
Mətləb