"Bu maddələrin razılaşdırılması məsələsi də gündəlikdə olacaq" - Muxtar Babayev
COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Real Tv”yə müsahibəsində bəyan edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əsas mövzuları maliyyə ilə bağlıdır. O bildirib ki, həmçinin karbon bazarını tənzimləyən maddələrin razılaşdırılması məsələsi də gündəlikdə olacaq: “Bu məsələ Paris sazişinin altıncı bəndində öz əksini tapıb. Bir neçə istiqamət üzrə proqress var. Amma müzakirələr davam edir”.
M.Babayev söyləyib ki, ən ciddi müzakirələr COP29-un son günlərində olacaq: “Adətən müzakirələr üçün əlavə bir neçə günə də ehtiyac var”. Nazir söyləyib ki, COP29-da, həmçinin İtki və Zərər Fondu ilə bağlı müzakirələr aparılacaq.
Mətləb Salahov