Fransa polisindən növbəti VƏHŞİLİK - Yeni Kaledoniyada daha bir etirazçı öldürüldü!
Fransanın Sakit okeandakı xarici ərazisi olan Yeni Kaledoniyada iğtişaşlar zamanı öldürülənlərin sayı 12 nəfərə çatıb.“France 24” agentliyinin yeni məlumatında deyilir ki, nümayişçilərin daha biri polis əməkdaşları tərəfindən öldürülüb.
"Fransa təhlükəsizlik qüvvələrinin Yeni Kaledoniyadakı əməliyyatı zamanı çərşənbə günündən cümə axşamına keçən gecə bir nəfər öldürülüb. Beləliklə, Fransanın Sakit okean ərazisindəki dörd aylıq iğtişaşlarda ölənlərin sayı 12-yə çatdı", - məlumatda bildirilir.
Mətləb Salahov