Qazaxıstan ölkədən qaçırılan 2,3 milyard dolları geri qaytardı
2022-ci ildən bəri Qazaxıstanın hakimiyyət orqanları ölkədən qeyri-qanuni çıxarılmış ümumi məbləği 1 trilyon tengedən çox (təxminən 2,3 milyard dollar) olan aktivləri dövlət mülkiyyətinə qaytarıb.
“Təkcə son 2,5 il ərzində antikorrupsiyaya xidməti cinayət işlərinin istintaqı çərçivəsində 1 trilyon tenge və ya 2,3 milyard dollardan çox vəsaiti geri qaytarıb”, - deyə Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin sədri Asxat Jumaqali bildirib.
Onun sözlərinə görə, qaytarılan aktivlər arasında pul, daşınan və daşınmaz əmlak, şirkətlərdəki paylar var. Onlar Avstriya, Fransa, Lixtenşteyn, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya və digər ölkələrdən geri qaytarılıb.
Agentlik xatırladır ki, 2022-ci ilin iyununda Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ölkə vətəndaşlarının xaricə qanunsuz olaraq çıxardıqları vəsaitlərin geri qaytarılması məqsədilə idarələrarası komissiyanın yaradılması haqqında fərman imzalayıb.
ZÜMRÜD