Bazar günü, 20 iyul 2025
     

Strabonun “Coğrafiya”sında "Arsax" adlı şey yoxdur - erməni uydurması...

Image

Qasım Hacıyev: "Strabonun kitabında "Böyük Ermənistan" adı çəkilmir, heç antik mənbədə belə bir "dövlətdən" bəhs edilmir"

Ermənilərin əlləri hər şeydən üzüləndən sonra indi də keçiblər Strabonun, eləcə də Azərbaycan müəllifləri Mirzə Camal Cavanşir Qarabağinin və Mirzə Adıgözəl bəyin əsərlərini təhrif etməyə. "Arsax"la bağlı elə uydurmalar yazırlar ki, necə deyərlər, bişmiş toyuğun gülməyi gəlir. 

Bu toplumun özlərini Qarabağın" yerli sakinləri" kimi qələmə verməsi onu göstərir ki, onlar qondarma tarix yaratmaqla özlərini bu bölgəyə peyvənd etmək istəyirlər. Halbuki, bu onların bizim torpaqlara gəlmə olduğunu ört-basdır edə bilmir. 

Erməni mediası son vaxtlar dünyanın müxtəlif müəlliflərindən "sitatlar" gətirib özlərinə təsəlli verir. 

Azərbaycana qarşı qondarma ittihamlar irəli sürən erməni mediası ermənilərin Qarabağda "yerli əhali" olduğunu və guya bunu da "minlərlə tarixi abidə - kilsələr, məbədlər, monastırlar, yerli əhalinin çoxəsrlik təsərrüfat quruluşu, arxeoloji qazıntıların artefaktları, tarixi faktlar və müasir və qədim dövrlərin elmi əsərləri sübut edir" iddiasından əl çəkmirlər. Guya alimlər, o cümlədən qədim tarixçi və coğrafiyaşünas Strabon məşhur "Coğrafiya" əsərində "Böyük Ermənistan"ın tərkibində olan "Arsax" "haqqında məlumat verir" . Guya Strabonun dövründə orada əhali erməni olub. Bu azmış kimi, iddia edirlər ki, guya "bu fakt" Azərbaycan SSR EA Tarix İnstitutu tərəfindən Azərbaycan tarixinə dair qiymətli ilk mənbələrdən biri kimi səciyyələndirilən Qarabağlı Mirzə Camal Cavanşirin "Qarabağ tarixi" əlyazmasında birbaşa göstərilib. Guya XVIII-XIX əsrlərdə "digər türk və fars müəllifləri də köçəri türk tayfalarının İrandan "Artsax" ərazisinin bir hissəsinə gəlib yerləşdiyini" yazıb. Belə absurd fikirlər irəli sürən ermənilər hətta iddia edirlər ki, Qarabağ məlikləri "erməni olub", bunu onların çara yazdıqları məktublar da "sübut edir". Bundan başqa, Qarabağın alban irsinin varisinin udilər olması faktına da ermənilər qısqanclıqla yanaşır və tamamilə çirkin yanaşma sərgiləyirlər. Bütün bunlar azmış kimi, yenə də "Girdiman, Şirvan və Naxçıvan" sayıqlayır. "Tarixi mənbələrdən" sitat gətirib o ki var saxtakarlıq edirlər. Son zamanlar bu məsələdə "Ermənistanın səsi" daha çox canfəşanlıq edir, rəngləri daha da tündləşdirib saxta erməni iddialarına haqq qazandırmağa çalışır.

"Ermənilər utanmadan hələ də bu çirkin ənənəni davam etdirirlər"

AMEA-nın Qafqazşünslıq institutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev "Bakı-Xəbər"ə şərhində bildirdi ki, ermənilər get-gedə tarixi daha da saxtalaşdırırlar. "Ermənilər utanmadan hələ də bu çirkin ənənəni davam etdirirlər. 30-40 ildir ki, ermənilərin yazdıqları cəfəngiyyatları tənqid edirəm, faktlar əsasında cavablarını verirəm. Eləcə də başqa tarixçilərimiz onlara layiqli cavablar verir. Vaxtilə akademik İqrar Əliyev ermənilərin Strabondan "nümunə gətirdikləri" iddianı sərt tənqid edib onların yalanını ifşa etmişdi. Yenə də nəticə çıxarmadılar. Buna baxmayaraq, yenə də saxtakarlıqdan qalmırlar. Azərbaycan tarixçiləri onların yazdıqlarının yalan olduğunu hansı faktlarla, hansı mənbələrlə ifşa edirlərsə, onlar da həmin mənbəni saxtalaşdırmağa, təhrif etməyə başlayırlar. Onların bura gəlmə olduqlarını, yerli alban əhalinin bütün abidələrini, irsini mənimsəmədiklərini, eyni zamanda bizim abidələrə qarşı amansız davrandıqları, irsimizi məhv etdikləri kimi məsələləri çox qabartmışıq, gerçəyi demişik. İndi də onlar "yuxudan ayılıb" öz aləmlərində bizə cavab verirlər. Onlar o qədər saxtalaşdırmaya uyurlar ki, bizim onlara qarşı yazdıqlarımızı indi bizə qarşı yönəltmək istəyirlər. O ki qaldı Strabondan "misal çəkib" "Arsax"ın qədim "erməni torpağı" olmasına və onun "Böyük Ermənistan" "ərazisi"nə" daxil olması" barədə iddialara, bu başdan-ayağa saxta bir məsələdir. Əvvəla, Strabonun kitabında "Böyük Ermənistan" adı çəkilmir, heç antik mənbədə belə bir "dövlətdən" bəhs edilmir. Ermənilərdən və bəzi rus tarixçilərindən başqa heç kim onu yazmır. İkincisi, ermənilərin burada hər hansı bir izini sübut etmək üçün Qafqaz Albaniyasının mövcud olmadığı barədə uydurmalar yazırlar, onun yerində "Böyük Ermənistan" "yerləşdirirlər". Ermənilər 20-yə qədər antik mənbənin, yəni yunan, Roma mənbələrinin heç birindən öz xeyirlərinə bir kəlmə də olsa fikir tapa bilmirlər. Yalnız Strabondan yapışırlar, çünki Strabonun "Coğrafiya" kitabında var ki, Qafqaz Albaniyası Kür - Araz çaylarının arasında və Kürün hər iki sahilində yerləşirdi. Kür Albanoyanın ortasından, mərkəzindən axırdı. Bütün bunların hamısını özlərinin xeyrinə dəyişərək yazırlar ki, guya Azərbaycan Kürdən şimalda və Arazdan cənubda olub. Orta hissə isə guya ermənilərin olub. Ərsakı da "Arsax" edib özlərinə "qədim dövlət" düzəldiblər. Ermənilər bu məsələdə ciddi spekulyasiya edirlər, ortada elmi fikir yoxdur, hamısı cəfəngiyatdır. Fikirlərini "sübit etmək" üçün yalan danışırlar. Ermənilərin iddia etdikləri nə Strabonda, nə Mirzə Camal Cavanşir Qarabağinin əsərində var"-deyə Q. Hacıyev bildirdi.

Q. Hacıyevin sözlərinə görə, Bakıxanov da, Mircə Camal da, Mirzə Adıgözəl bəy də çar məmurları idilər və bu   səbəbdən də faktların çoxunu yaza bilmirdilər, amma o demək deyil ki, onlar azərbaycanlıların əleyhinə nəsə yazıblar, xeyr, elə deyil. "Onlar necə yaza bilərdilər ki, azərbaycanlılar "gəlmədir"? Belə bir şey yoxdur. Hamı bilir ki, ermənilər Qarabağa gəlmədilər. Bütün saxtakarlığın başında ermənilər durur. Qarabağ məlikləri ilə  bağlı saxtakarlıqlar ermənilər tərəfindən yazılıb. Ermənilər Azərbaycan müəlliflərinin qədim əlyazmalarını saxtalaşdırıblar. Hətta mən bunları arxiv sənədləri arasında görmüşəm. Mirzə Camalın yazdıqlarına, əlyazmalarına da nə vaxta ermənilər tərəfindən "düzəlişlər" ediblər. Bütün bunlar məlumdur. İndi isə onlardan "sitat" gətirib yalanlarını "sübut" etməyə çalışırlar. Bunlar o qədər saxtakardılar ki, cənab Prezidentin tariximizlə bağlı fikirlərini də təhrif edirlər, guya o deyib ki, biz "Arsax" üzərində qələbə çalmışıq. Görün, bu erməni yazarları necə ləyaqətsiz, necə yalançıdırlarsa, cənab prezidentin adından da  yalan uydururlar. Halbuki, İlham Əliyevin çıxışları həm Azərbaycan, həm də xarici dillərdə yayılır. Ermənilər də onun nə dediyini yaxşı bilirlər, amma di gəl, təhrif edirlər. İlham Əliyev deyir ki, biz ərazilərimizdə separatçılıq edən, separatizm törədən qanunsuz xuntanı məhv etdik. Xunta rejiminin qanunsuz fəaliyyətinə son qoyuldu. Bu gün erməni mediasının nə yazmasından asılı olmayaraq, biz öz yolumuzdayıq. Ermənilər yalanlarla, miflərlə özlərini aldadırlar. Bu qədər yalan danışmaq və yalan yazmaq olmaz"-deyə Q. Hacıyev əlavə etdi.

Ərsakın Azərbaycan ərazi olduğunu deyən və bunun tarixi mənbələrdə əks olunduğunu vurğulayan Q. Hacıyev hesab edir ki, erməni müəlliflər yalanlar yazmaqla daxili auditoriyanı və bəzi xarici qüvvələri əllərində saxlamaq istəyir. O vurğuladı ki, xaricdəki erməni diasporu və erməni Qriqoryan kilsəsi medianı dayanmağa qoymur və onlar mümkün qədər saxta məlumatlar yaymağa məcbur edilir.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

19.07.2025 / 21:37
Prezident: "Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır"

19.07.2025 / 21:28
"Qarabağ və Şərqi Zəngəzur artıq cənnətin kiçik bir parçasıdır" - Prezident

19.07.2025 / 21:16
Azərbaycan Prezidenti: "Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir"

19.07.2025 / 21:15
Azərbaycan Rusiyanı beynəlxalq məhkəməyə verəcək...

19.07.2025 / 21:11
"Azərbaycan ilə Çinin ticarət həcminin artırılmasına dair böyük planları var" - Prezident

19.07.2025 / 21:01
Prezident İlham Əliyev: "Azərbaycan mediasının inkişafı məni çox sevindirir"

19.07.2025 / 20:57
"Biz xarici investorları enerji sektoruna cəlb edirik" - Prezident

19.07.2025 / 20:50
Prezident: "Mən süni intellektdən istifadə etmirəm"

19.07.2025 / 20:39
Prezident İlham Əliyev: "İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik"

19.07.2025 / 20:32
"Azərbaycan və Ermənistana razılığa gəlməkdə kömək etmək səylərinə görə Prezident Trampa minnətdarıq" - Prezident

19.07.2025 / 20:28
Azərbaycan Prezidenti qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırıb

19.07.2025 / 20:17
Prezident Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirdi

19.07.2025 / 20:10
Prezident İlham Əliyev Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadaladı

19.07.2025 / 19:59
"Cənubi Qafqaz sabit məkan olacaq" - Prezident İlham Əliyev

19.07.2025 / 19:56
Prezident Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqladı

19.07.2025 / 19:49
Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda iştirak edib - FOTO

19.07.2025 / 19:41
"Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır" - Prezident

19.07.2025 / 19:23
"Biz indi beynəlxalq səhnədə daha fəalıq" - Prezident

19.07.2025 / 19:15
Prezident: "İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun"

19.07.2025 / 19:12
"Bizim Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır" - Prezident

19.07.2025 / 19:10
Bakı ilə İrəvanın arasında Paris özünü bu dəfə belə pərdələyir - "göz yaşları"...

19.07.2025 / 19:03
Azərbaycan Prezidenti: "ABŞ-la güclü tərəfdaşlıq münasibətlərinin dəstəkləndiyini görürük"

19.07.2025 / 18:40
"Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir" - Prezident

19.07.2025 / 18:35
Ərdoğan Trampın “50 gün” hədəsindən Putini xilas etmək istəyir...

19.07.2025 / 18:28
Prezident İlham Əliyev: "Bizim etibarlı tərəfdaş imicimiz var"

19.07.2025 / 18:20
"Ermənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bundan sonra da bloklasa, onun tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır" - Prezident

19.07.2025 / 18:06
AB Azərbaycan qazına möhtac... Rəsmi Brüssel isə bizə pislikdən əl çəkmir…

19.07.2025 / 18:01
Prezident: "Zəngəzur dəhlizinin potensialı ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndirilir"

19.07.2025 / 17:38
Azərbaycanın MDB İqtisadi Şura iclasından imtinasının ardınca maraqlı bəyanat səsləndi...

19.07.2025 / 17:36
"Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir" - Prezident

19.07.2025 / 17:24
Prezident İlham Əliyev: "Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb"

19.07.2025 / 17:09
Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı keçirilib - FOTO

19.07.2025 / 16:52
Yunus peyğəmbərdən sonra üçüncü Yunus... Yunus Oğuz - 65

19.07.2025 / 16:37
Bu gün 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır

19.07.2025 / 16:10
"Dünya liderləri Prezident İlham Əliyevdən çox şeyləri öyrənə bilər" - Rusiyalı politoloq

19.07.2025 / 15:33
Ermənilər Ağdamda qəbirlərdən protezləri də oğurlayıblar...

19.07.2025 / 14:16
Azərbaycan-Pakistan mövcud strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

19.07.2025 / 12:18
Milli Məclisdən Belçika parlamentinə sərt cavab - regionda yeni gərginlik ocağı yaratmağa çalışırlar...

19.07.2025 / 11:45
Prezident İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqlədi

19.07.2025 / 11:33
Azərbaycanda geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sistemi tətbiq ediləcək - SƏRƏNCAM

19.07.2025 / 10:12
ŞOK - Özbəkistanda İŞİD-ə məxsus terror qruplaşması aşkar edildi!

19.07.2025 / 10:08
İrəvanda keçmiş deputat hakimiyyətin devrilməsinə çağırışa görə həbs edilib

19.07.2025 / 10:01
"Napoli" Vikter Osimhen üçün "Qalatasaray"a "HƏ" dedi

19.07.2025 / 09:53
Milli Məclis Belçika Nümayəndələr Palatasının qətnaməsinə kəskin etirazını bildirib

19.07.2025 / 09:27
Müəllimlər kimi həkimlər də "yazı-pozu" ilə hədsiz yükləniblər...

19.07.2025 / 08:42
Ət 1 manat da bahalaşdı....

18.07.2025 / 23:20
Bakı Kitab Mərkəzində “Tanımadığımız Konfutsi” adlı gecə keçirildi - FOTO

18.07.2025 / 22:32
İctimai Birlik sədri Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 22:18
“65 illik yubileyiniz mübarək olsun, ustad!” - Missiya TV-nin baş redaktorundan Aydın Quliyevə təbrik...

18.07.2025 / 21:51
Prezident İlham Əliyev İraq Prezidentinə başsağlığı verdi

18.07.2025 / 21:50
Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatlar nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

18.07.2025 / 21:35
Ermənistanı elə Avropanın özü vurmağa hazırlaşır - Makron nə ilə fərqlənir?..

18.07.2025 / 21:23
65 İLLİK ÖMÜR YOLUNA DƏYƏR VERƏN İNSANA! - Milli İstiqlalçıların Aydın Quliyevə yubiley təbriki...

18.07.2025 / 21:20
31 tona yaxın qızıl almışıq - yığım, ya emal üçün?

18.07.2025 / 21:06
İmamoğlunun həbsindən sonra Türkiyənin iç siyasətində mümkün təmayüllər - sabitlik qalacaqmı?..

18.07.2025 / 20:53
Bakıdan Parisə sərt sillə - dünya mediası Azərbaycanın möhtəşəm uğuruna heyrandır...

18.07.2025 / 20:39
Avropa İttifaqı yeni SSRİ olmaq istəyir - Cənubi Qafqazda ilk olaraq Gürcüstanı əzəcək...

18.07.2025 / 20:26
Qonşularla müqayisədə iki rəqəm bizi geridə qoyur...

18.07.2025 / 20:14
Çin-Hindistan-Rusiya ittifaqı? - XİN-in yeni strategiyasında ən ağır maneə...

18.07.2025 / 20:00
Azərbaycanın çay ixracı azalır... Niyə?

18.07.2025 / 19:47
Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

18.07.2025 / 19:35
"Erməni kilsəsi İŞİD-dir, molla rejimi ilə bir addımlayır" - təhqirin biri "1 qəpik"…

18.07.2025 / 19:26
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Aydın Quliyevi təbrik etdi

18.07.2025 / 19:22
Suriyada Türkiyə-İsrail müharibəsi hər an başlaya bilər...

18.07.2025 / 19:09
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 19:04
Müəllimlər müəllimi Sabir Qurbanov - FOTO

18.07.2025 / 19:04
BMT-nin İqtisadi və Sosial şurasına üzvlüklə bağlı təlimlər keçirilir

18.07.2025 / 18:50
İsrailin Suriyanı vurması Azərbaycanın siyasətinə bəzi çətinliklər yaradır...

18.07.2025 / 18:46
Bakıda Türkiyə-Azərbaycan Qardaşlıq Forumu keçirildi

18.07.2025 / 18:31
Azərbaycan Türkmənistanın Transxəzər problemini həll edəcək...

18.07.2025 / 18:17
Dünyanın yaradıcı insanlarının bir qrupu “Azərbaycan” Nəşriyyatına toplaşdı - 150 illik işığın əhatəsi... - FOTO

18.07.2025 / 18:03
Ay Paşinyan, Şanxay təşkilatı hara, Avropa Birliyi hara?..

18.07.2025 / 17:49
İrəvanda “Arsax deyən son dilləri də kəsirlər”...

18.07.2025 / 17:36
İrəvan Moskvanı konyakla məst edə bilmədi, ancaq Kreml İrəvanı konyakla vurdu...

18.07.2025 / 17:23
Prezident İlham Əliyev Təzəbinə və Xanyurdu sakinlərinə - Biz burada əbədi yaşayacağıq, daha heç kim bizi bu yerlərdən çıxara bilməz

18.07.2025 / 17:05
"Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir" - Azərbaycan XİN

18.07.2025 / 16:51
Xadimələrə maşınını yudurdan məktəb direktoru işdən çıxarıldı

18.07.2025 / 16:36
Polis Maştağada əməliyyat keçirdi - 881 kq çətənə kolu yetişdirilən istixana aşkarlandı...

18.07.2025 / 15:55
Bakıda 12 min manatlıq oğurluq edən və avtomobil qaçıran şəxslər saxlandı

18.07.2025 / 15:43
Valideyn himayəsindən məhrum uşaqlar üçün yaradıcı və psixoloji inkişaf layihəsi

18.07.2025 / 15:40
Prezident Xocalının Xanyurdu kəndində olub, kəndə köçən bir qrup sakinlə görüşüb - FOTO/YENİLƏNDİ

Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910