ABŞ bir sıra bankları "qara siyahı"ya saldı - Rusiyaya görə...
ABŞ hərbi sənaye sahəsində Rusiyaya qarşı sanksiyaları pozduğuna görə xarici bankları qara siyahıya salacaq və onları maliyyə sistemindən ayıracaq. Bu barədə "Financial Times" məlumat yayıb. “Bu sanksiyaları pozlanlar ciddi nəticələrlə üzləşəcəklər”, - ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo bildirib.
Məlumata görə, ABŞ və Avropa banklarına yeni qaydalar barədə məlumat veriləcək ki, onlar bütün məlumatları öz müxbir banklarına ötürsünlər.
Mətləb