Bu futbolçu PSJ-nin tarixinə düşüb
![Image](/uploads/posts/2023-11/1433cc93-30ef-3b11-8dab-bc2580b55fca_850.webp)
Braziliya millisinin futbolçusu Markinyos Fransanın PSJ klubunun tarixinə düşüb. 29 yaşlı müdafiəçi buna XI turda "Monpelye"ni 3:0 hesabı ilə məğlub etdikləri matçda iştirak etməklə nail olub. Kapitan komanda ilə 300-cü qələbəsini əldə edib. Markinyos PSJ-nin bu rəqəmə çatan ilk oyunçusudur.
Mətləb Salahov