KÖHNƏ VERSİYA            

Zaman yaralara məlhəm olsaydı, hə­yat yoldaşım övlad dağına dö­zərdi... - Dördüncü yazı

Image

Günəşli qəsəbəsinin girişində duruxdum, küləyin mü­şa­yiəti ilə bir az irəliyə getdim, gedəcəyim ünvanı dəqiq bil­­mədiyimdən yan tərəfdəki dükana daxil oldum. Satıcı, - bu­yur, nə lazımdı, - deyəndə mən Musa və Tural qardaşla­rı­nın yaşadığı evi soruşdum. Ortayaşlı adam idi, cəld bayıra çıxdı, sağ əlini qarşıdakı evlərə sarı uzadıb dedi:

- Bax, bu küçədən sola dön, düz get, qarşıdakı küçədən sa­ğa dön və yenə də düz get, xatirə lövhəsi görəcəyin kü­çə­dən sağ çiyni üstə irəlilə, evi tapacaqsan. - Üzünə təbəs­süm qondurub soruşdu: - Yəqin jurnalistsən...

Mən ötəri nəzərlərlə satıcını süzdüm:

- Haradan bildin?

Satıcı bir az narahat, bir az da küsgün baxışlarla gözlərimə baxdı:

- Onları son vaxtlar ancaq jurnalistlər - qələm adamları axtarır.

Söz məni üzdü: Bu necə ola bilər? Bir ana iki oğlunu şə­hid verir, zaman isə soyuqqanlılıqla hər şeyi unutdurur?

Dükana yenicə gələn yaşlı kişi sanki pıçıltılarımı duydu, divara söykənə-söykənə dedi:

- Bu qəsəbədə iki ailədə hər iki qardaş şəhid olub. Sən kimin üçün gəlmisən?

Mən pencəyimi təlatümü artan küləyin əlindən almağa çalışa-çalışa dedim:

- Hər biri üçün. İndi Musa və Turalın yaşadığı evə get­mək istəyirəm. 

Yaşlı kişi, onun ətrafına toplaşan digər kənd adamları da bir ağızdan dedilər ki, Musa və Tural hamımızın qürur ye­ridir. Ailəcanlı, qayğıkeş, zəhmətin nə olduğunu bilən uşaq­lar idi hər ikisi. Gözümüzün qarşısında böyüdülər, mü­­haribəyə getdilər. 

Satıcı qeyri-ixtiyari söhbətə müdaxilə etdi:

- Vallah, mən onları bu cür ruhda ki görürdüm, inanırdım ki, Vətən üçün böyük işlər görəcəklər. Yanılmadım. Hər ikisi Vətənin ən ali, ən yüksək mükafatını aldı...

Yaşlı kişi dedi:

- Oğul, sənə elə gəlməsin ki, bu şəhid qardaşları ancaq qələm adamları axtarır, əsla, kənd camaatı hər gün demək olar ki, onların ruhu qarşısında ehtiram göstərir. - Dedi və gözlərini satıcının ləngər vuran çöhrəsinə zillədi...

Mənə ünvan göstərən adamlarla söhbəti bitirib qarşıya şütüdüm. Necə demişdilər, o tərzdə də ünvanı tapdım. Mə­ni şəhid qardaşların xatirəsinə düzəldilmiş xatirə-bulaq kompleksi qarşıladı. Burada böyük bir əzəmət, ruhumu titrədən misilsiz bir çırpıntı vardı. Sanki Musa və Tural canlı halda mənə - xoş gəlmisən, - deyir, içəri dəvət edirdi. Löv­hədəki peşəkar işin heyrətində üzdüyüm an darvaza səs-küy saldı, qapı açıldı. Salamımı acı girdablarda əriyən üzüntü ilə aldığından, əmin oldum ki, qarşımdakı şəhid ana­sıdır...

Yenə salam verdim. O, qara örpəyini küləyin əlindən alıb - xoş gəlmisən, - dedi. İçəri keçdik. Həyətdəki vücudsuz görkəmlər bağrımı sıxdı, anladım ki, şəhid evinə daxil oluram. Belə də olmalıdır. 

Dəhşətverici haldır ki, şəhid qardaşların evində olduğum vaxt ərzində ancaq küləyin səsini eşitdim. Şəhid anasının pıçıltı ilə dedikləri ruhuma sirayət edirdi, qulaqlarıma yox. Ancaq mən nəsə yazmalı idim. Ona görə şəhid ana­sına təkrarən sual verir, bəzi detallara aydınlıq gətirməsini xahiş edirdim. O da düşdüyüm vəziyyəti aşkarca görür, suallarımı təmkinlə cavablandırırdı. Qəfildən dedi ki, Musa tankda yanaraq həlak olub... - Barmaqları ilə bağrını yaraladı: - Sən o ağrılara necə dözdün, bala? - Xeyli vaxt bu ağrının içində qovruldu, əridi, yandı. Külünü ovcu­na götürüb gözlərinə atdı... (Dəhşət idi, buna canmı dö­zər?) Xeyli keçəndən sonra da dedi ki, bir qurtum çay iç. 

Boğazı qəhərdən parça-parça olana çay dərman olmaz. Mən çay dolu stəkanı geriyə itələyib nisgil hopmuş gözlərimi divardakı şəkillərə zillədim. Hər iki qardaşın çöhrəsində Allahdan gələn bir yaraşıq, bir qaynar görkəm var idi. Gözlər tab etməz bu şəkillərdəki həyat çalarlarını ayırd etməyə. Gərək şir ürəyi yeyəsən, gərək elə bu şəhid qardaşların özləri olasan ki, nikbin baxışlardakı nigarançılığı duya və mahiyyətini anlayasan. 

Qəfildən dedim:

- Hər iki qardaşda mələk sifəti var. 

Ürəyi sızıltı və yanğıdan yorğun düşən ana dedi:

- Ürəkləri özlərindən də gözəl idi. Mən bəlkə də mə­lək­lərdə günah tapardım, onlarda yox. 

Sakit səslə içimdə pıçıldadım:

- Elə mələktimsal idilər ki, həyat nemətlərini dadmamış əbədiyyətə köç etdilər... 

İçimdəki durğun hərarətin iştahsız hala düşdüyü an “Və­tən sərhəd deyil ki...” şeirimin sədasını eşitdim:

***

Mən torpaqdan irəli,

Torpaq məndən geridir.

Vətən sərhəd deyil ki,

Vətən tövbə yeridir.

 

Yumruqlarım silahdı,

Dur, qabağa ver məni.

Yenə yaman qudurub

Bu nanəcib erməni.

 

Sığallayıb öpdükcə

Dərd içimi qanadır...

Şəhidi olan Vətən

Oğlu ölmüş anadır.

 

Canına qurban, əsgər,

Nazı yoxdu ədanın.

Bu dəfə elə vur ki,

Gözü çıxsın gədanın.

 

Bu xalqa əzab verir

Ölüm, itki, yas artıq.

Üçrəngli bayrağını

Qarabağda as artıq!

Şeirin sədası bitdi, içimdə sevinc hissləri yer aldı. Çünki lokal xarakterli antiterror əməliyyatları zamanı cəmi 44 sa­ata Azərbaycan əsgəri üçrəngi bayrağımızı Qarabağdan asdı. İndi Xankəndi, Xocalı, Ağdərə, bütün əra­zilərimiz Ordumuzun nəzarətindədir. Sanki hayqırıb de­mək istədim ki, rahat uyuyun, əziz şəhidlər, rahat uyuyun Musa və Tural, arzularınız çin oldu. Siz Vətəni bütöv görmək istəyirdiniz, Vətən bütövdür! Qeyrətli oğullar qi­sa­sınızı düşməndən aldı. İçimizdəki intiqam hissinin yerini indi Qələbə sevincləri doldurub. Bu sevinci bizə siz ya­şat­dınız, otuz illik inamsızlığa siz son qoydunuz. Başımızı dik tuta bildiyimiz üçün sizə minnətdarıq!

Rahat uyuyun!

Yeriniz behiştdir! 

Gücüm yox, təsəlli verim...

İkinci səfərimdə Musa və Turalın yaşadıqları evi tanıdığımdan, Nəhayət xanıma əziyyət vermək istəmədim, dü­şün­düm ki, şəhid qardaşların adını daşıyan küçədə bir qə­dər dözüm, tab yığım, sonra Günəşli qəsəbəsinin dərinliklərinə doğru hərəkət edim. Elə də etdim, qəsəbənin tənhalığa çıxan hissəsinə çatanda gözlərimdə ani çırpıntılar ya­randı, bu da səbəbsiz deyildi. Nəhayət xanım bir az aralıda - evinin qarşısında şəhid övladları üçün inşa edilmiş xatirə-bulaq kompleksinə söykənib duruxmuşdu. Bəlkə də bilmirdi Musa üçün ağlasın, ya Tural üçün. Gözləri övladlarının iri lövhədə əks olunan şəkillərinə baxa-baxa kilidlənir, ürəyi qubar bağlayırdı. Anidən (sanki) gəldiyimi hiss etdi, zülmət hopmuş gözlərini güclə hərəkətə gətirib mənə tərəf boylandı, əlinin işarəsindən başa düşdüm ki, - gəl, ay oğul, gəl, - deyir. Yaxınlaşdıqca, dağ boyda qadın - qəlbi şəhid dağından mum olmuş ana gah fikir qanadında yoxa çıxır, gah da çöhrəsini sarmış ağır təlatümün müşayiəti ilə gözlərimə görünürdü...

Qəribə idi, budəfəki görüşümüzdə də şəhər küləkli və narahat idi. Nəhayət xanıma salam verən kimi dedim:

- Gücüm yox, sizə təsəlli verim. Elə bir halda qərar tutmusunuz ki, acılarınızı kiritmək üçün təsəlli dərman de­yil... 

Nəhayət xanım (sanki) gözləri ilə demək istədi ki, övlad dağı qədər ağır dərd yoxdur, bu ləngərin istisində daşlar belə muma dönür...

Evdəyik. Yenidən Musa və Turalla bağlı xatirələr dilə gəlir. Divardakı şəkillər də bizimlə danışır. Burada hər an bir ömür qədər üzücü görünür. Düşdüyün təsirin altından çıxmaq üçün yol tapa bilmirsən. Çabaladıqca, bütün səmt­lər səni Musa və Turalın yoxluğuna aparır... 

Nəhayət xanım deyir:

- Vətənə iki oğul verdim. Vətən hər iki oğlumu özünə həyan etdi. O, indi əmindi, həyanı var. Mənim isə nə əlimi uzatdıqda tuta biləcəyim bir səmt, nə də için-için ağlayanda təsəlli ala biləcəyim bir duyğu belə yoxdur. Vətən Vətən oldu, yüzlər, minlər uğrunda canını qurban verdi, mənim harayıma kim yetsin? Ürəyimdə hansı bir hissə yer verim ki, qəlbimi parça-parça olmaqdan qurtarsın? Varmı?  - Gözlərinin hənirini susqun baxışlarıma hopdurub əlavə edir: - Şəhid anası olmaq çox çətindi, oğul. Yalnız oğlu şəhid olmuş analar bilir ki, şəhid anası kimdir.

Söz o qədər ağır gəlir ki, gözlərimi stolun üstündə yan-yana düzülmüş şəkillərdən çəkə bilmirəm. Bəlkə də Nəhayət xanımı qəm dağından endirə bilmək üçün araya söz qatıram:

- Övladlarınız yuxunuza gəlir?

Nəhayət xanımı dərddən-qubardan ayırmaq müşkül məsələdir. Dərindən ah çəkərək deyir:

- Axır vaxtlar yuxularıma da gəlmirlər. Bəlkə də görürlər ki, onlardan ötrü çox ağlayıram, küsür, məndən uzaqlaşırlar.  

Nədənsə, qəfildən susqun hisslərin qoynuna düşdüm. Bu dəfə Nəhayət xanım sual verdi:

- Övladlarım haqda yazacağınız kitabın çapını nə vaxta mümkün edəcəksiniz? - Cavab gözləmədən yenə sual ver­di: - Mingəçevirdə təqdimat keçirməyi planlaşdırırsınız?

Mən süst xəyalların əsiri olan gözlərimi dəftər vərəqində etdiyim qeydlərdə gəzdirə-gəzdirə cavab verdim:

- Kitabı ya ilin sonuna, ya da yeni ilin əvvəlinə planlaşdırmışıq. İnşallah, Mingəçevirdə təqdimatını da keçirəcəyik. 

Nəhayət xanım da “İnşallah” dedi və gözlərini bayırdakı təlatümə dikib əlavə etdi:

- Övladlarımdan sonra yaşamaq həvəsim yoxdur. Bəlkə də Allaha asi düşürəm. Ancaq elə indi içimdə bir arzu cü­cərdi: Allah imkan versin, Musa və Tural haqqında yazdığınız kitabın təqdimatını görüm...

Mən şəhid anasının bu göynərti verən sözündən diksindim, gözlərimə inam dolu təbəssüm hopdurub dedim:

- Görəcəksiniz, inşallah, Allah o sevinci sizə nəsib edəcək. - Ani susdum, elə ani də dedim: - Zaman bütün yaraları sağaldır...

Nəhayət xanım amanı kəsilmiş adam halı ilə soruşdu:

- Sizcə, zaman bütün yaraları sağaldır? - Köks ötürdü, ah çəkdi: - Sizcə, zaman bütün yaraları unutdurur? - Öz su­alına xeyli susandan sonra özü cavab verdi: - Kaş ki, zaman bütün yaraları sağalda və unutdura biləydi... Musa və Tu­ra­lın yoxluğundan görün nə qədər vaxt keçib... Elə bilirəm dünən şəhid olublar. Elə bilirəm onları dünən torpağa qoymuşam. Sinəmə vurduqları yara sağalmır, bala. Sinəmə çə­kilən övlad dağını zaman unutdura bilməz. - Sual dolu nəzərlərini üzümə dikdi: - Şəhid anaları, sinələrinə övlad dağı çəkilən anaların hansı bu dərdi unuda bilib ki? Çə­tin­di, vallah, çox çətindi. Zaman yaralara məlhəm olsaydı hə­yat yoldaşım övlad dağına dö­zərdi. Çox çalışdı, çox cəhd etdi, bacarmadı, mümkün olmadı. Vəfat etdi. Qovuşdu ba­la­larına. Mən də dözə bilmirəm, mənim üçün də çox çətindi. Övlad acısı iti bıçaq kimidir, ürəyi elə deşir ki, ah-nalən ərşə çıxır. Sanırsan ki, o bıçaq içindədir, tərpənən kimi kə­sir-doğrayır...

Nəhayət xanımın “ittihamı” - kəskin, qəti, cavabı müm­kün­süz sualları qarşısında şəhid heykəli kimi daşlaşdım. Və susdum. Çünki əlavə dialoqa ehtiyac yox idi. Nə deyəcəkdim, deyəcəkdim ki, zaman yaraları sağaldır? 

(Ardı var)

Hikmət Məlikzadə







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

SON XƏBƏRLƏR

25.12.2024 | 21:14
Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

25.12.2024 | 12:10
Mehriban Əliyeva Aktaudakı təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi - FOTO

25.12.2024 | 12:00
“Müsəlman Səkkizliyi”nə üzv olduq - bu təşkilatdan qazancımız nə olacaq?

25.12.2024 | 11:25
Bakı-Qroznı reysi ilə uçan təyyarə qəzaya uğradı - FOTO/VİDEO/YENİLƏNDİ

25.12.2024 | 11:20
İnsult xəstəliyi üzrə tibbi xidmətlər təkmilləşdirilir

25.12.2024 | 11:16
Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları dinləyəcək

25.12.2024 | 11:10
Şəkidə avtomat gizlədən keçmiş məhkum yaxalandı

25.12.2024 | 11:05
Türkiyədə ƏMƏLİYYAT - İŞİD-ə bağlı 182 nəfər saxlanıldı

25.12.2024 | 11:00
Vladiqafqazda güclü partlayış - ölən və yaralananlar var

25.12.2024 | 10:30
Bu gün Cəhridə işıq olmayacaq -XƏBƏRDARLIQ

25.12.2024 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq

25.12.2024 | 10:10
"35 yaşımda artıq məcburi köçkünlük həyatı sona çatır” - Cəbrayıl sakini

25.12.2024 | 10:05
"Məşədi Dadaş" məscidinə bıçaqla hücum edən şəxsə hökm oxunub -18 il həbs cəzası...

25.12.2024 | 10:00
Paşinyan Putinlə məzələnir - MDB iclasına getməmək üçün "virusa yoluxmuşam" dedi...

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031