KÖHNƏ VERSİYA            

Aqşin Yenisey Səfəvi tarixçiləri ilə çətin müharibə açdı...

Image

Səfəvilər dövləti tarixdə özünəməxsus iz buraxıb və bu nəhəng imperiyanın bayrağı altında böyük Azərbaycan dövləti mövcud olub. Bütün hallarda Qızılbaşlar dövləti xalqımızın qürur mənbəyidir. Ancaq təəssüf ki, müəyyən adamlar çıxıb Səfəvilərə qarşı müəyyən iddialar səsləndirir.

Məsələn, yazıçı Aqşin Yenisey iddia edib ki, Səfəvilər imperiyasının dağılmasına Səfəvi elitasının seksual pozğunluğu səbəb olub: "Səfəvilər haqqında yazılan bütün mənbələrdə bu səbəb ən başda qeyd olunur.

Səfəvi şahları, şahzadələri aylarla hərəmxanalardan çıxmırdılar. Nəticədə Lut qövmünün başına gələnlər Səfəvi dövlətinin başına gəldi: İfrat seksual həzz düşkünlüyü dövlət əxlaqını çürütdü və bu dəfə tanrı deyil, tarix vaxtilə Sodom şəhərinin başına yağan daşları Təbrizin başına yağdırdı.

Səfəvilər dağıldı..."

Faiq Ələkbərli:"Səfəvilər dövlətinin süqut etməsinin səbəbi kimi bu iftira dolu uydurmanın ortaya atılması yaxşı niyyətlərdən xəbər vermir" 

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Faiq Ələkbərli "Bakı-Xəbər"ə şərhində bildirdi ki, indiki dövrdə birdən-birə Səfəvilər dövlətinin bu şəkildə hədəfə alınması suallar doğurur. F.Ələkbərlinin sözlərinə görə, bir qrup şəxs var ki, onlar Azərbaycan tarixini ləkələməklə məşğuldurlar. Səfəvilərlə bağlı səsləndirilən iddialara gəlincə, F.Ələkbərli qeyd etdi ki, A.Yeniseyin hansı "mənbələrə" istinad etdiyini bilmir, amma o "mənbələr" Səfəvi tarixini ləkələməyə yönəlib. 

"Görəsən, indiki dövrdə Səfəvilər dövlətini qaralamaq, ləkələmək cəhdi kimin maraqlarına xidmət edir? Azərbaycan öz ərazi bütövlüyünü təmin edib  və tarixdə ilk dəfə bütün suveren ərazilərində növbədənkənar Prezident seçkiləri keçirməyə hazırlaşır. Belə bir vaxtda yenə də hansısa qara niyyətli adamlar peyda olub yalan, iftira yayırlar, tariximizlə bağlı iftiralar danışırlar. 

Qeyd edək ki, Səfəvi İmperiyasına-Qızılbaşlar dövlətinə bu cür çirkin iftiranın atılması, əsassız iddiaların səsləndirilməsi qəbuledilməzdir. Səfəvilər bir türk imperiyası, Qızılbaşlar dövləti bir türk dövləti idi. Bu dövlət də, təbii ki, türk boylarını təmsil edən türk bəylərinin və onların arxasındakı bilgələrin tövsiyəsi ilə yaranmışdı. 1501-ci ildən 1736-cı ilə qədər, yəni 200 il müddətində bu İmperiya mövcud olub. Oğuz boylarından olanlar və qismən də qıpçaq boyuna mənsub tayfalar bu dövlətin varlığının əsasında dayanıblar. Əlbəttə, burda Bayandurluların da müəyyən rolu vardı. Eyni zamanda  Qacarlar, Əfşarlar, Ustaclılar, Şamlılar, Təkəlilər və başqa digər mühüm türk tayfaları bu dövlətin inkişafında mühüm rol oynayıblar. Bu dövrlərdə, əlbəttə, hökmdarların bir deyil, bir neçə xanımla evləndiyi haqda məlumatlar var. Hətta Səfəvi hökmdarlarının vəzirlərinin, vəkillərinin, hətta bəylərin bir neçə xanımı ola bilərdi, ancaq bütövlükdə Səfəvi elitasını "seksual pozğunluqda" ittiham etmək qəbuledilməzdir. Onda gərək biz eyni ittihamları Roma İmperiyasına, Bizansa,  Makedoniyalı İsgəndərə, Çin dövlətlərinə, Ərəb xəlifələrinə, İngiltərəyə və sair dövlətlərə, onların hökmdarlarına, şahzadələrinə də yönəldək.  Biz əgər bu məsələyə Aqşin bəyin prizmasından yanaşsaq, onda təkcə Səfəvilərdə deyil, bütün İmperiyalarda "seksual pozğunluq" olmuşdur.

Səfəvilərə yönəlik bu kimi ittihamlar, iddialar yersiz və əsassızdır. Əgər o "seksual pozğunluğu" Roma, Ərəb xilafəti, fars şahlarına yönəltsəydi bu daha uyğun və müəyyən qədər inandırıcı olardı. Amma nədən Səfəvilər dövləti, hökmdarları və şahzadələri belə iyrənc şəkildə hədəfə alınıb? Səfəvilər dövlətinin süqut etməsinin səbəbi kimi bu iftira dolu uydurmanın ortaya atılması yaxşı niyyətlərdən xəbər vermir. Bu türkə, Azərbaycan xalqına qarşı aparılan zərərli, təhlükəli kampaniyanın tərkib hissəsidir". 

F.Ələkbərli ümid edir ki, A.Yenisey bunu bilərəkdən etməyib. O hesab edir ki, əgər yazıçı bilərəkdən belə İftira yayıbsa, mənəvi məsuliyyət daşıyır. "Ümid edirəm ki, Yenisey bunu bilərəkdən etməyib, əgər bilərəkdən edibsə, yaxud bunu kimlərinsə sifarişi ilə gündəmə gətiribsə bu təəssüf doğurur, bunun mənəvi məsuliyyəti böyükdür. Bu gün də fransız, rus, fars, ingilis qüvvələri antiazərbaycan mövqeyindən çəkilməyiblər və əksinə, ortalığa tariximizi qaralayan "mənbələr", nəşrlər atırlar. Bizimlə düşmən olan qüvvələr hər zaman meydana saxta mənbələr çıxarırlar. Heç bir qüvvə Səfəvilər elitasını belə çirkin işdə ittiham edə bilməz. Hər imperiyanın doğuluşu olduğu kimi çöküşü də var və bunu hansısa çirkinliyə bağlamaq düzgün deyil.

Səfəvilər imperiyası bir türk imperiyasıdır. Məhəmməd Əmin Rəsulzadənin də ifadə etdiyi kimi, Cumhuriyyət özünü Səfəvilər dövlətinin və digər türk imperiyalarının davamçısı sayıb"- deyə F.Ələkbərli qeyd etdi.

Zaur Əliyev:"Şah İsmayılın özü sarayında göbək rəqslərinə qadağa qoyub və bunu bütün qaynaqlar yazırsa, o zaman bu saxta ittihamlar nəyə lazımdır?!"

Dosent Zaur Əliyev də hesab edir ki, iddialar tamamilə əsassızdır və o, bu saxtakarlığı irəli sürənlərə müraciət edib:“O dövrə aid tikili, yaxud məkan göstərin ki, həmin yerdə hansısa bir seksual xidmət göstərilib. Əgər olubsa, demək, hansısa bir məkanı qalmalıdır da. Ən azından xarabalığı ola bilər. Göstərə bilərsiniz? YOX! Göstərə bilməzlər. Çünki olmayıb elə bir şey. Şah İsmayılın özü sarayında göbək rəqslərinə qadağa qoyub və bunu bütün qaynaqlar yazırsa, o zaman bu saxta ittihamlar nəyə lazımdır?!

Səfəvi ruhanilərinin ilahiyyatçılarla, həm də öz aralarında çox müxtəlif məsələlərlə bağlı apardıqları diskussiyalar, onların etikası, davranış tərzi, tətbiq etdikləri ayin və mərasimlər və s. barədə yüzlərlə qaynaq var. Bu cür müzakirələr aparılan bir sarayda hansı seksual pozğunluqdan danışmaq olar? Dövlətin süqut səbəbi isə Osmanlıların hücumları və buna qarşı duracaq kifayət qədər güclü ordunun olmaması idi. Sadəcə bir fakt deyim, Təbriz hamamlarının birində türk zabiti qətlə yetirildi deyə Osman paşa şəhər əhalisini bir nəfər kimi məhv etməyi əmr etdi. Gün ərzində 15-20 min nəfər öldürüldü, Təbriz ölü şəhərə çevrildi. Bu cür qəddarlıq və qırğınlar baş verən ölkədə orduya yeni qüvvə toplamaq çox çətin idi... "

Gördüyünüz kimi, tarixçilər iddiaları rədd edir və bu iddianın məqsədli şəkildə ortaya atıldığını deyirlər. Bütün hallarda, Səfəvilər dövlətinin bu cür qaralanması yolverilməzdir. 

Əli TURABOV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

SON XƏBƏRLƏR

25.12.2024 | 22:22
Matəmə görə güləş üzrə Azərbaycan çempionatı 1 günlük təxirə salındı

25.12.2024 | 21:14
Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

25.12.2024 | 12:10
Mehriban Əliyeva Aktaudakı təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi - FOTO

25.12.2024 | 12:00
“Müsəlman Səkkizliyi”nə üzv olduq - bu təşkilatdan qazancımız nə olacaq?

25.12.2024 | 11:25
Bakı-Qroznı reysi ilə uçan təyyarə qəzaya uğradı - FOTO/VİDEO/YENİLƏNDİ

25.12.2024 | 11:20
İnsult xəstəliyi üzrə tibbi xidmətlər təkmilləşdirilir

25.12.2024 | 11:16
Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları dinləyəcək

25.12.2024 | 11:10
Şəkidə avtomat gizlədən keçmiş məhkum yaxalandı

25.12.2024 | 11:05
Türkiyədə ƏMƏLİYYAT - İŞİD-ə bağlı 182 nəfər saxlanıldı

25.12.2024 | 11:00
Vladiqafqazda güclü partlayış - ölən və yaralananlar var

25.12.2024 | 10:30
Bu gün Cəhridə işıq olmayacaq -XƏBƏRDARLIQ

25.12.2024 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq

25.12.2024 | 10:10
"35 yaşımda artıq məcburi köçkünlük həyatı sona çatır” - Cəbrayıl sakini

25.12.2024 | 10:05
"Məşədi Dadaş" məscidinə bıçaqla hücum edən şəxsə hökm oxunub -18 il həbs cəzası...

25.12.2024 | 10:00
Paşinyan Putinlə məzələnir - MDB iclasına getməmək üçün "virusa yoluxmuşam" dedi...

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031