KÖHNƏ VERSİYA            

Sumqayıt və Marağa hadisələri baş prokurorluğun saytından çıxarıldı... İnanılmaz...

Image

Məhərrəm Zülfüqarlı: “Marağa abidəsini də özləri məhv edib, Sumqayıt hadisələrini də onlar törədib, bütün faktlar ermənilərin əleyhinə işləyir”

Son zamanlar Ermənistan medaisında diqqətçəkən məsələlər barədə bəhs edilir. “Erməni tarixi” dərsliyində Qarabağın Azərbaycan ərazisi kimi göstərilməsi faktından sonra indi də “Ermənistanın səsi” yazır ki, Ermənistanın Baş Prokurorluğunun saytından “Sumqayıt hadisələri”nin və “Marağa”nın “arxivləri” silinib. 

Erməni mediasının qeyd etdiyinə görə, İrəvanda “Sumqayıt arxivi” dağıdılır. “Fakt budur ki, Ermənistan Baş Prokurorluğunun saytından “Sumqayıt” bölməsi tamamilə yoxa çıxıb”-deyə “Ermənistanın səsi” yazır. İddia edirlər ki, guya bu arxivlərdə “Azərbaycanın cinayətləri” yer alıbmış, bütün sənədlər, materiallar yoxa çıxarılıb. Guya Azərbaycan Marağada ermənilərə qarşı nəsə edib. Əlbəttə, bu kökündən yanlış bir məsələdir. Yazırlar ki, Vardapetyanın göstərişi ilə “Sumqayıt” və “Marağa”nın “yaddaşını məhv etmək yolu tutulub. 

“Sumqayıt arxivi” və “Marağa hadisələri” ilə bağlı məlumatın Ermənistanın Baş Prokurluğunun saytından yığışdırılmasına ermənilər narazılıq edirlər və deyirlər  ki, bu   "bərpa" olunmalıdır. Əslində Sumqayıt "arxivi" də, Marağa məsələsi də ermənilərin özlərini ifşa edir. Maraqlıdır, niyə yığışdırılıb?

“O sənədlər açıq şəkildə sübut edir ki, Sumqayıt hadisələrini erməni terror mərkəzləri törədib”   

 Erməni mətbuatında yazılanlara şərh verən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə “Erməni separatizmi növbəti dəfə başladığı dövrdə, 1988-ci il fevralın 20-də “Dağlıq Qarabağ Muxtar Vilayəti” “soveti” Azərbaycanın tərkibindən çıxıb Ermənistana birləşmək barədə “qərar” qəbul etdi. Bu, erməni separatizminin başlanğıc nöqtəsi oldu. Həmin dövrdə ermənilər qızışdırıcı hərəkətlərə yol verir, yaratdıqları təşkilatlarla azərbaycanlılara qarşı hərəkətə keçirdilər. O vaxt onlar maddi vəsait toplayıb fondlar yaratmışdılar. Həmin dövrdə Azərbaycanda yaşayan ermənilər, xüsusən də Bakıda, Sumqayıtda yaşayanlar Azərbaycana qarşı döyüşmək istəmirdilər və erməni terror təşkilatlarının yaratdığı fondlara pul vermirdilər. Ona görə də, erməni separatizmini gücləndirmək üçün “Dağlıq Qarabağ”dan və Ermənistan ərazisindən azərbaycanlıların kütləvi qovulmasını təşkil etmək üçün ermənilərə katalizator rolu oynayan bir “hadisə” törətmək lazım idi. Yəni elə bir hadisə törətməli idilər ki, azərbaycanlıları müdafiə edən erməniləri də fakt qarşısında qoysunlar, bununla da nifrəti artırsınlar və düşmənçiliyi qızışdırsınlar. Bu səbəbdən onlar bu hadisəni Bakıda törətmək istədilər, amma gördülər ki, Bakı 83 millətin yaşadığı böyük şəhərdir, buradan hadisələri idarə edə bilməyəcəklər. Bunun üçün təxribatı Sumqayıt şəhərində törətməyi planlaşdırdılar. Sumqayıt ikinci dünya müharibəsindən sonra salınmış şəhərlərdən biridir. O vaxt Rusiyanın ərazilərindən bura insanlar köçürülmüşdü, buna da “qardaş köməyi” deyirdilər. Bu da ruslaşma siyasəti həyata keçirmək idi, ona görə də Sumqayıtda çoxmillətli şəhər formalaşmışdı. O cümlədən burada ermənilər yaşayırdı. Sumqayıt hadisələrinin erməni mərkəzləri tərəfindən törədildiyini təsdiqləyən çoxlu faktlar var. Mən bu hadisənin canlı şahidiyəm. Bütün hadisələr gözümün qabağındadır. Hadisələr fevralın 26-da başladı. Erməni mərkəzləri təxribatlara başladı. Olaylar Sumqayıtdakı “qara gödəkcəli” insanların peyda olması ilə başladı. Bunlar hamısı Sovet KKB-nin agentura şəbəkəsinə daxil olan şəxslər idi. Bunlar Azərbaycan dilində danışa bilirdilər. “Erməni əhali” buradan köçməlidir deyənlər onlar idi, hay-küy salırdılar. Şəhərdəki bir qrup tüfeyli “qara gödəkcəlilər”in təxribatına uydu. Sumqayıt hadisəsini törədənlərdən erməni Qriqoryan hakim qarşısına çıxalarıdı. Tam təsdiqləndi ki, hadisənin başında Qriqoryan dayanırmış, Sumqayıtda əzilən, döyülən ermənilər onlara Qriqoryanın və onun dəstəsinin hücum etdiyini deyirdilər.    Qriqoryanı Rusiyaya apardılar, qatı cinayətkar olmasına baxmayaraq ona az iş verdilər, sonra da buraxdılar. O da, başqa təxribatçılar da erməni fondlarına pul ödəməyən erməniləri hədəfə almışdı. Hadisələrdən sonra akademik Ziya Bünyadov rus dilində “Niyə Sumqayıt?” adlı elmi məqalə dərc etdi və bununla da ermənilərin bu təxribatını ifşa etdi”.

M.Zülfüqarlı qeyd etdi ki, bu hadisəni planlaşdıran və idarə edən Moskvadakı və xaricdəki qüvvələr, erməni mərkəzləri  Sumqayıta çəkiliş qrupu göndərmişdi ki, hadisələri çəksinlər. “Ermənistan mətbuatının yazdıqlarına gəlincə, fikrimcə, o saxta arxivin silinməsi oradakı faktların ermənilərin cinayətlərini ifşa etməsi ilə bağlıdır. O sənədlər açıq şəkildə sübut edir ki, Sumqayıt hadisələrini erməni terror mərkəzləri törədib. Marağa məsələsinə gəlincə, bilirsiz ki, ermənilər Qarabağa Türkmənçay müqaviləsindən sonra köçürülüblər. Rus tarixçilərinin yazdıqlarına görə, 1913-cü ilə qədər 1 milyona yaxın erməni Qafqaza köçürülüb. O cümlədən də Azərbaycan ərazilərində məskunlaşdırılıblar. Qarabağa köçən ermənilər 1978-ci ildə ora köçmələrinin 150 illiyinə abidə qoymuşdular. Bu abidənin şəkilləri də var. Separatizm başlayanda isə özlərinin bura gəlmə əhali olmasının izini itirmək üçün abidəni sökdülər. Onlar erməni riyakarlığının, erməni saxtakarlığının iç üzünün açılmasına mane olmaq istəyirlər. Uzun illər bu faktları pərdələməyə çalışdılar, amma fakt faktlığında qalır. Sadəcə olaraq, biz heç nəyə arxayən olmalı deyilik. Hələ də ermənilər Sumqayıt hadisəsindən Azərbaycana qarşı təxribat kimi istifadə edirlər. Əgər Sumqayıt və Marağa hadisələri ilə bağlı materaillar götürülübsə, mütləq bunu məqsədli şəkildə ediblər. Bilirsiz ki, artıq internet əsridir və saytlara girib istənilən məlumatı əldə etmək olur. Ermənistanın özü də yaxşı bilir ki, real faktlar, sənədlər onların yalançı iddialarını darmadağın edir, odur ki, bu addımı atıb. Yenə də deyirəm, biz arxayın olmalı deyilik, ermənidən məkr, xəyanət, təxribat əskilməz, həmişə var. Biz də işimizi ehtiyatlı tutaq. Həm ermənilərin Marağaya köçü, həm də Sumqayıt hadisələri ilə bağlı müxtəlif dillərdə məqalələr çap edib yayaq. Marağa abidəsini də özləri məhv edib, Sumqayıt hadisələrini də onlar törədib, bütün faktlar ermənilərin əleyhinə işləyir ”-deyə M.Zülfüqarlı qeyd etdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

SON XƏBƏRLƏR

25.12.2024 | 21:14
Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

25.12.2024 | 12:10
Mehriban Əliyeva Aktaudakı təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi - FOTO

25.12.2024 | 12:00
“Müsəlman Səkkizliyi”nə üzv olduq - bu təşkilatdan qazancımız nə olacaq?

25.12.2024 | 11:25
Bakı-Qroznı reysi ilə uçan təyyarə qəzaya uğradı - FOTO/VİDEO/YENİLƏNDİ

25.12.2024 | 11:20
İnsult xəstəliyi üzrə tibbi xidmətlər təkmilləşdirilir

25.12.2024 | 11:16
Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları dinləyəcək

25.12.2024 | 11:10
Şəkidə avtomat gizlədən keçmiş məhkum yaxalandı

25.12.2024 | 11:05
Türkiyədə ƏMƏLİYYAT - İŞİD-ə bağlı 182 nəfər saxlanıldı

25.12.2024 | 11:00
Vladiqafqazda güclü partlayış - ölən və yaralananlar var

25.12.2024 | 10:30
Bu gün Cəhridə işıq olmayacaq -XƏBƏRDARLIQ

25.12.2024 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq

25.12.2024 | 10:10
"35 yaşımda artıq məcburi köçkünlük həyatı sona çatır” - Cəbrayıl sakini

25.12.2024 | 10:05
"Məşədi Dadaş" məscidinə bıçaqla hücum edən şəxsə hökm oxunub -18 il həbs cəzası...

25.12.2024 | 10:00
Paşinyan Putinlə məzələnir - MDB iclasına getməmək üçün "virusa yoluxmuşam" dedi...

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031