KÖHNƏ VERSİYA            

Ukrayna çox ağır durumda - Qərbli müttəfiqlərin xəyanəti...

Image

Son günlərdə Rusiya-Ukrayna savaşının gedişində təşəbbüsü yenidən rusların ələ aldığına dair gələn məlumatların sayı artmaqdadır. Bunun ümdə səbəblərindən biri Qərbin tədricən Ukraynanın arxasından geri çəkilməsidir. 

Digər tərəfdən, Rusiyaya qarşı mübarizədə Qərb taktikası da özünü doğrultmur.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oliksiy Danilov bunlar fonunda NATO-nun hərbi təlimatlarının işləmədiyini bildirib. O, rəsmi Kiyevin əks-hücum üçün bəslədiyi ümidlərin özünü doğrultmadığını söyləyib: “Həddindən artıq optimizm Kiyevin səhvidir. ABŞ-dan yardımın gecikməsi isə faciəvi deyil. Heç olmasa müəyyən qədər hərbi maliyyənin gələcəyinə ümid edirəm”. Amma reallıq fərqli mənzərə yaradır. Bu barədə danışmazdan öncə qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Zalujnı hələ oktyabr ayında “The Economist” dərgisinə müsahibəsində cəbhədə “tez və gözəl” sıçrayışların olmayacağını,  müharibənin çıxılmaz duruma gəlib çatdığını demişdi. Onun bu sözləri Kiyevdə birmənalı qarşılanmamış, Qərbdə isə Ukraynaya hərbi və iqtisadi yardımlarla bağlı narahatlığı bir az da artırmışdı. Hətta prezident Volodimir Zelenski Zalujnının sözlərinə etiraz edərək müharibənin çıxılmaz durumda olmadığını deyib. Ancaq dekabrın 1-də o, savaşın yeni mərhələyə daxil olduğunu bildirib. Bunu adi ukraynalı əsgərlər də bildirir. Onlardan biri olan Maksim adlı 28 yaşlı əsgər “Free Europe” radiosuna bildirir ki, Donbas yaxınlığındakı Ukrayna mövqeləri Rusiyanın tammiqyaslı hücumuna daha çox məruz qalır: “Bu durumda Avdeyevka rusların əlinə keçə bilər”. Avdeyevkanın itirilməsi prezident seçkiləri ərəfəsində Putinə simvolik qələbə hədiyyə etmək demək olardı. Bu, Ukraynanı müdafiəsinin mühüm bir elementindən də məhrum qoyardı. ABŞ və Avropada Ukraynaya dəstəyin sürdürülməsinə qarşı çıxan skeptiklərin öz arqumentlərini gücləndirməsi də bir yandan öz işini görür. Ukraynada yeni müharibə strategiyasına dair söz-söhbətin artmasının bir səbəbi də budur. Burada xatırladaq ki, ötən ay Zelenski Donbasda, eləcə də Rusiya və Belarusla sərhədlərdə əsas müdafiə xətlərinin üzərində sürətlə geniş istehkamlar şəbəkəsinin tikintisi ilə bağlı planları açıqlayıb: “Ölkəmizin yetərincə mina və betonu olacaq”. İndi daha çox diqqət Donetsk regionunun Rusiya işğalındakı mərkəzindən şimalda yerləşən Avdeyevkaya yönəlib. Avdeyevkanı qərb səmtindən dövrələyən Oçeretino ərazi icmasının rəhbəri Mikola Kovlenko  deyib ki, yeni müdafiə xətləri üzərində iş artıq irəliləyib. Avdeyevka civarlarında irəliləməyə çalışan Rusiya qoşunları hücumun önündə tank və zirehli piyada maşınlarından yararlanır. Onların bu hücumları, hələ ki, piyadaların, artilleriya və dronların köməyi ilə dəf edilir. Canlı qüvvə problemi ilə üzləşsə də, bu hücumlarda Rusiya qoşunlarının say üstünlüyü var. Avdeyevkaya hücumlar Baxmut istiqamətindəki hücumları yada salır. Bu ərazidən daha şimalda yerləşən Baxmut şəhəri aylarla sürən ağır döyüşlərdən sonra may ayında rusların əlinə keçib. Anton adlı artilleriyaçı sözügedən radioya açıqlamasında Ukrayna topçu birliklərinin geniş yayılmış mərmi qıtlığı ilə üzləşdiyini deyir. Avropa İttifaqı ölkələrinin öz vədini yerinə yetirməsi - gələn ilin yazınadək Ukraynanı bir milyon mərmi ilə təchiz etməsi real görünmür. Digər tərəfdən, Rusiya Şimali Koreyadan aldığı mərmilər və daxili hərbi istehsalı gücləndirməsi sayəsində sursat baxımından öz durumunu xeyli yaxşılaşdırıb. Antonun döyüş yoldaşı, dron operatoru Mikita deyir ki, ukraynalılar dronların tanınması və dron hücumları sahəsindəki üstünlüyünü əldən verib. Onun sözlərinə görə, ruslar Ukrayna ordusunun taktikasını köçürərək sabit dron təchizatını təmin edib və effektiv elektron döyüş birlikləri yaradıb, beləliklə də, döyüş meydanını “mat üçün ümidin az olduğu şahmat taxtası”na döndəriblər. Qərbin vəd etdiyi F-16 döyüş təyyarələri də hələ Ukraynaya verilməyib. Rusiya ön xəttin üzərindəki səmada dominantlığını sürdürməkdədir. Rusiya təyyarələrindən atılan yüksək dəqiqlikli iri bombalar tədricən Donbasın şəhər və kəndlərini yerlə bir edir. Ukrayna hökumətinə bağlı araşdırma qurumu olan Milli Strateji Araşdırmalar İnstitutunun təhlilçisi Mikola Byelyeskov qeyd edir: “Problemin özəyi strategiyada deyil, resursların çatışmamasındadır. Biz artıq öyrəndik ki, klassik hücum hər iki tərəfin imkanları xaricindədir, ancaq yeni taktikalar qurula bilər”. Almaniyada fəaliyyət göstərən Kil Dünya İqtisadiyyatı İnstitutunun yeni araşdırmasına görə, Qərb ölkələrinin Ukraynaya yeni vəd etdiyi yardımın həcmi bu ilin avqust-oktyabr aylarında ən aşağı səviyyəsinə enib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə, az qala, 90 faiz daha az deməkdir. ABŞ prezidenti Co Baydenin Ukraynaya milyardlarla dollarlıq əlavə yardım cəhdləri aylardır dalana dirənib. Daha doğrusu, onun Konqresdən tələb etdiyi 110 milyard dollarlıq yardım paketi – bunun 61 milyardı Ukrayna, qalanı İsrail və digər xərclər üçün nəzərdə tutulub – ötən həftə Senatdan keçməyib. Özlərinin immiqrasiya islahatı ilə bağlı tələblərini irəlilətməyə çalışan respublikaçılar buna imkan verməyiblər. Ağ Ev dekabrın 4-də ötən il ayrılan 45 milyard dollarlıq yardım paketinin bu ayın sonunadək tükənəcəyini bildirib. 2003-2006-cı illərdə ABŞ-ın Ukraynadakı səfiri olmuş, hazırda Vaşinqtonda fəaliyyət göstərən Atlantika Şurasının təhlilçisi Con Hörbst qeyd edir: “Bu, Moskvanın 10 ilə yaxındır sürən savaşının və iki illik iri müdaxiləsinin başlanmasından bəri ən təhlükəli andır. Amerikanın Ukraynaya dəstəyi azalmasa, Ukrayna son nəticədə müharibədən qalib çıxacaq. Bizim yardımımız kəskin azalsa, yaxud yoxa çıxsa, Ukrayna müharibədə yenilmək təhlükəsi ilə üz-üzə qalacaq”. Gələn ilin noyabrında keçiriləcək seçkilər yaxınlaşdıqca ABŞ-da siyasi çəkişmələr daha da kəskinləşə bilər. Bununla yanaşı, Hörbst Konqresin Ukraynaya daha bir yardım paketini təsdiqləməsi ehtimalının 50 faizdən yüksək olduğunu düşünür. Ancaq o və bir çox digər mütəxəssislər bunun Yeni ildən tez baş verməyəcəyini söyləyirlər. Savaşın gedişatı və nəticələri ilə bağlı Putinin Zelenskidən daha az basqı ilə üzləşəcəyi düşünülür. Rusiyalıların çoxu müharibənin bitməsini istəyir, ancaq təhlilçilər deyir ki, Kreml istənilən nəticəni vətəndaşlara qələbə kimi sırıya bilər.

Tahir TAĞIYEV







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Bir ildə cəmi 13 km delimitasiya, 1053 km hələ qalır - Ermənistan 2025-də nə edəcək...

Təyyarə qəzasına görə Azərbaycana nə qədər kompensasiya ödəniləcək?..

Konstitusiyamızın 30, suverenliyimizin 5 yaşı olacaq...

SON XƏBƏRLƏR

30.12.2024 | 18:07
Ermənistanın keçmiş müdafiə naziri Moskvada saxlandı

30.12.2024 | 17:33
Bakıda 5000-dən artıq pirotexniki vasitə satan şəxs saxlandı...

30.12.2024 | 16:56
Təyyarə qəzası ilə bağlı Baş Prokurorluqdan yeni açıqlama - istintaq davam etdirilir...

30.12.2024 | 16:25
IATA təyyarə qəzası ilə bağlı bəyanat yaydı - qərəzsiz və şəffaf araşdırılmalıdır...

30.12.2024 | 15:55
Litva Prezidenti Prezident İlham Əliyevə zəng edib

30.12.2024 | 15:28
Bakı və bölgələrdə pirotexniki vasitələr satan 11 nəfər saxlandı

30.12.2024 | 14:42
Suraxanıda ödəmə terminalını soyub 5 min manata yaxın pul apardılar...

30.12.2024 | 13:52
İrandan Azərbaycana 68 kq narkotik keçirilməsinin qarşısı alındı

30.12.2024 | 13:12
"BakuBus" Naxçıvana sərnişin daşımağa başlayır...

30.12.2024 | 11:16
Azərbaycandan Suriyaya ilk humanitar yardım karvanı yola düşdü -FOTO

30.12.2024 | 09:29
Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib - XƏBƏRDARLIQ

30.12.2024 | 09:10
Nazirlər Kabinetindən benzin və dizellə bağlı YENİ QƏRAR

30.12.2024 | 09:00
Ukrayna mediası Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərinə geniş yer ayırıb

30.12.2024 | 08:44
34 min sakin - Azərbaycan üçün pis rəqəm deyil…

30.12.2024 | 08:10
60 yaşında "Beşiktaş"ın prezidenti oldu

30.12.2024 | 08:00
Cimmi Karter vəfat edib - 100 yaşında...

29.12.2024 | 22:41
Azərbaycanın Dəməşqdəki səfirliyi 12 ildən sonra yenidən açılır...

29.12.2024 | 22:27
Azərbaycandan Suriyaya ilk rəsmi səfər - Diplomatımız Dəməşqə görüş keçirdi...

29.12.2024 | 21:34
Bir ildə cəmi 13 km delimitasiya, 1053 km hələ qalır - Ermənistan 2025-də nə edəcək...

29.12.2024 | 21:18
Təyyarə qəzasına görə Azərbaycana nə qədər kompensasiya ödəniləcək?..

29.12.2024 | 21:04
Azərbaycanın Putindən gözlədiyi tək üzrxahlıq deyildi, həm də... Cəza...

29.12.2024 | 20:50
Konstitusiyamızın 30, suverenliyimizin 5 yaşı olacaq...

29.12.2024 | 20:35
Ermənistan Xankəndidə ölmüş erməni qadının tabutuna niyə sahib çıxmadı...

29.12.2024 | 20:21
Ermənistanda görünməmiş proses başladı...

29.12.2024 | 20:06
Təyyarə qəzasının səbəbləri məlum, ancaq ortada hələ də suallar var...

29.12.2024 | 19:53
2024 Ermənistanın delimitasiyaya məcbur edildiyi ildir...

29.12.2024 | 19:39
Gürcüstan prezidenti dünyadan "xəbərsiz" and içdi...

29.12.2024 | 19:25
İqtisadi inkişaf və ətraf mühitin mühafizəsi bir-biri ilə sıx bağlıdır...

29.12.2024 | 19:20
Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Prezident İlham Əliyevə başsağlığı verib

29.12.2024 | 19:18
Ukraynanın ali müftisi Prezident İlham Əliyevə başsağlığı məktubu göndərdi

29.12.2024 | 19:15
Sankt-Peterburq qubernatoru Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

29.12.2024 | 19:12
Prezident Neft Fondunun investisiya siyasətini dəyişdirdi...

29.12.2024 | 18:59
Lukaşenko Prezident İlham Əliyevə başsağlığı verdi

29.12.2024 | 18:58
Azərbaycan-Rusiya münasibətləri barədə düşmən proqnozlar doğrulmadı...

29.12.2024 | 18:53
Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti olma müddəti 90 günə endirildi

29.12.2024 | 18:44
İran Ermənistanla hərbi təlimə niyə bu qədər can atır?..

29.12.2024 | 18:31
“İmralı missiyası” iflasa uğradı – Öcalanla görüşdə PKK lideri nə açıqlayıb?

29.12.2024 | 18:22
Kadırovun Çeçenistanda "matəmi" gecikmiş addımdır...

29.12.2024 | 18:09
Neft Fondumuzun xərcləri gəlirlərdən 188 milyon çox olacaq...

29.12.2024 | 17:56
Həmzət Kadırovun və Rostov aviasiya məmurlarının cinayətdə ayrıca rolu var...

29.12.2024 | 17:55
Prezident yüksəkixtisaslı miqrantlar üçün yeni güzəştlərlə bağlı qanunu təsdiqlədi

29.12.2024 | 17:53
Naxçıvanın Qaz İstismar Xidmətinin funksiyaları SOCAR-a ötürülür

29.12.2024 | 17:48
Azərbaycanda hərbi xidmətkeçmədə son yaş həddi 30-a endirildi

29.12.2024 | 17:46
Rusiyanın baş yepiskopu Prezident İlham Əliyevə başsağlığı verib

29.12.2024 | 17:42
Putinin Azərbaycan xalqından üzrxahlığının altında nələri oxumaq olar...

29.12.2024 | 17:40
Təyyarə qəzasında yaralanan ekipaj üzvləri 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edildi

29.12.2024 | 17:37
Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinə “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi

29.12.2024 | 17:32
Prezident İlham Əliyev qəzaya uğrayan təyyarənin ekipaj üzvlərini təltif etdi

29.12.2024 | 17:29
İnsanlar təyyarə faciəsində, Kadırov qohum-əqrəbasına orden paylayır - bağışlanmaz mənəvi cinayət....

29.12.2024 | 17:24
Almaniya Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

29.12.2024 | 17:16
ABŞ-dan Zelenskiyə Kursk xəbərdarlığı - geri çəkilmə əmrini vaxtında verməlidir, yoxsa...

29.12.2024 | 17:10
Çap və onlayn mediaya da əlavə yardım ayrılsaydı... Prezident sərəncamına reaksiya...

29.12.2024 | 17:00
Rusiya kəşfiyyatından Suriya iddiası - ABŞ və Britaniya hərəkətə keçib, Rusiya bazalarına hücum olacaq...

29.12.2024 | 16:47
Putin Prezident İlham Əliyevə zəng edib

29.12.2024 | 16:41
Suriyadakı siyasi proseslərdə iştirak edən dövlətlər və rejim dəyişdikdən sonra onların məqsədləri

29.12.2024 | 16:10
Bələdiyyə seçkilərində namizədliyi qeydə alınanların sayı açıqlandı

29.12.2024 | 15:23
Azyaşlı qıza qarşı quldurluq edən saxta istilik işçisinin daha bir cinayəti açıldı...

29.12.2024 | 15:12
"Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər" - Prezident

29.12.2024 | 15:07
Prezident təyyarə qəzası ilə bağlı sual kimi qalan məsələləri sadaladı

29.12.2024 | 15:04
"Günahını etiraf etmək, dost ölkə Azərbaycandan vaxtında üzr istəmək görüləsi tədbirlər idi" - Prezident

29.12.2024 | 15:01
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri ilə bağlı bir sıra faktları açıqladı

29.12.2024 | 14:46
Vardanyanın cinayət işi icraata verildi

29.12.2024 | 14:39
"TikTokda" dələduzluq edən şəxs saxlandı

29.12.2024 | 14:26
Vətəndaşların pulunu ələ keçirən Dövlət Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısında...

29.12.2024 | 14:10
Təyyarənin ekipaj üzvləri II Fəxri Xiyabanda dəfn edildi - FOTO

29.12.2024 | 13:52
Kapitan: "İqor son saniyəyə kimi bacardığı hər şeyi edib"

29.12.2024 | 13:10
Milli Məclis Prezident İlham Əliyev və Mehriban Əliyevaya təbrik məktubları ünvanlayıb

29.12.2024 | 12:47
"Bu açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir" - Prezident Əliyev...

29.12.2024 | 12:44
Roland Prays Prezident İlham Əliyevə başsağlığı verdi

29.12.2024 | 12:37
Petr Pavel Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

29.12.2024 | 12:26
Prezident İlham Əliyev və Mehriban Əliyeva təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimində iştirak ediblər - FOTO

29.12.2024 | 12:12
Təyyarə qəzasında həlak olan ekipaj üzvləri ilə vida mərasimi keçirildi - FOTO

29.12.2024 | 12:10
Sabunçuda pirotexniki vasitələr satan 8 nəfər saxlanılıb

29.12.2024 | 12:03
Prezidentin təltif etdiyi şəxslərə orden və medallar təqdim edilib

29.12.2024 | 11:52
"Təyyarəmizə qeyri-qanuni müdaxilə olunub" - İlham Əmirov

29.12.2024 | 11:34
"Videolar bizə deməyə əsas verir ki, təyyarəmiz xarici təsir altında qəzaya uğrayıb" - Rəşad Nəbiyev

29.12.2024 | 11:15
Bu ölkədə bütün uçuşlar ləğv edilib

29.12.2024 | 11:05
Azərbaycanda ovçuluq bileti ilə bağlı yeni qayda - Nazirlər Kabineti təsdiqlədi

29.12.2024 | 11:00
"Napoli" Ronaldonun həmyerlisinə qapını göstərdi

29.12.2024 | 10:30
Slovakiyalı basketbolçunun evi qarət olundu - 30 min dollarını apardılar...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031