KÖHNƏ VERSİYA            

Dörd komponent növbədənkənar prezident seçkilərini zəruri edir - Yunus Oğuz

Image

"Yeni geosiyasətdə hər kəs maraqlıdır ki, Azərbaycanda etibarlı geosiyasət, etibarlı məkan, təhlükəsiz məkan, eləcə də etibarlı lider olsun"

"Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi zəruri idi. Çünki dünyada və regionda yeni geosiyasi vəziyyət yaranıb. Təbii ki, bu yenilik seçkiləri zəruri edir. Artıq Azərbaycan ərazi bütövlüyü və suverenliyini tam təmin edib. Yeni dönəmdə isə xalqdan yeni mandat almaq lazımdır. Prezident sadəcə seçkinin vaxtını tezləşdirməklə seçkiləri sürətləndirib. Bu onunla əlaqəlidir ki, artıq geosiyasi vəziyyət elə bir dönəmə çatıb ki, Azərbaycan etibarlı geosiyasi məkandadır. Bunu isə  təsdiq etmək lazımdır. Bu gün Azərbaycan etibarlı geosiyasət, etibarlı məkan, təhlükəsiz məkan və etibarlı lider kimi komponenti özündə birləşdirir". Bunu "Olaylar" qəzeti və eyni adlı  İnformasiya Agentliyinin baş redaktoru, siyasi şərhçi Yunus Oğuz deyib. Bildirib ki, hələ 2018-ci ildə seçkilərin vaxtı dəyişdirilərək noyabr ayından aprel ayına keçirildi: "Bunun səbəbi  o idi ki, yay aylarında Azərbaycana qarşı kifayət qədər təxribatlar başlayacaqdı. Sonradan Mingəçevir Su Elekrtik Stansiyası partladıldı, Gəncədə polis polkovniki güllələndi, Sumqayıtda dini məsələlərlə bağlı aksiyalar keçirildi və sair. Bunların hamısı hazırlanmışdı ki, noyabr ayında prezident seçkiləri ərəfəsində  narazılıq yaratsınlar. İndi də daxili və xarıcı prosesləri təhlil etdikdə görürsən ki, bu gün Azərbaycan saydığım dörd komponentdə birləşərək yeni dönəmə qədəm qoyur. Nəzərə alaq ki, bizim həm də müəyyən hədəflərimiz var. Əvvəl yaxın hədəfimiz Qarabağ idi, indi yaxın hədəfimiz Zəngəzurdur. Belə demək mümkündürsə, hədəflərimiz artıq dəyişib. Yeni geosiyasətdə isə hər kəs maraqlıdır ki, Azərbaycan etibarlı, təhlükəsiz məkan olsun. Etibarlı lider olsun ki, Avrasiya məkanında "Bir kəmər, bir yol" məsələsində Azərbaycandan rahat keçə bilsinlər. Əminəm ki,  buna nail olacağıq. O baxımdan növbədənkənar prezident seçkilərin keçirilməsi düz vaxtına düşüb. Hələ demirəm ki, əgər seçkilər 2025-ci ilin aprel ayında keçirilsəydi, antiAzərbaycan qüvvələr ölkəni qarışdırmaq üçün hansı təxribatları hazırlamışdılar". 


Onun sözlərinə görə, Azərbaycanın əsas hədəfi Güney Qafqazda liderliyi boynuna götürməkdir: "Artıq bu istiqamətdə proses gedir və təsdiqini də tapır. Məsələn, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 gələn il Azərbaycanda keçiriləcək. Bu o deməkdir ki, təhlükəsiz məkan və etibarlı məkan öz təsdiqini tapır. Artıq dünya bütün beynəlxalq tədbiri  Azərbaycanda keçirmək istəyir. Amma daxildə vəziyyət tamamilə başqadır. Məsələ ondan ibarətdir ki, Azərbaycanın daxilində prezidentliyə namizəd olmaq istəyənlər buna hazırdırlarmı? Hələ ki, bir siyasi partiya cəsarət edib öz namizədini irəli sürməyib. Yadıma bir lətifə düşdü: "Biri hallanaraq  küçəyə çıxır və görür ki, uzun növbədir, quru balıq satırlar. Növbəyə dayanır və  növbəsi çatanda bunun üçün tərəziyə bir əyri balıq atırlar. Həmin şəxs bunu görüb deyir ki, "nə oldu, əyri balıq elə mənə qaldı?". Satıcı da deyir ki, "bunu döngədə tutublar". İndi prezident seçkiləri elan etməklə prezidentlyə namizədlərı də döngədə tutublar. Özləri də bilmirlər nə etsinlər, namizədliklərini versinlər, ya verməsinlər. Onu də nəzərə alaq ki, hazırda İlham Əliyevin reytinqinin ən pik səviyyəsidir. Niyə də seçkilərə getməsin? 

Qarabağ əhalisinin bir qismi əvvəllər İlham Əliyevə səs vermirdi. İndi İlham Əliyevin ən böyük elektoratı oradadır. İnsanları doğma yurduna köçürür, ev tikir, təmir-bərpa işləri həyata keçirilir, insanlara əkib-becərmək üçün torpaq verir, iş yerləri yaradır. O vaxt Qarabağdan təxminən 700 minə qədər vətəndaş qaçqın kimi gəlmişdisə, indi ötən otuz ildə iki nəsil dəyişib. İndi hesablamalara görə, orada haradasa bir milyon iki yüz min əhali  olmalıdır. Bu baxımdan İlham Əliyev üçün ən böyük elektorat qarabağlılardır.  Təbii ki, problemlər hələ də var. Yadıma gəlir ki, ötən əsrin 60-cı illərində İkinci Dünya müharibəsindən 20 il keçmişdi, lakin müharibənin fəsadları bitib-tükənmək bilmirdi. Lakin Azərbaycan cəmi üç ilə görün nələr edib". 

Y. Oğuz qeyd edib ki, normalda prezident seçkilərinə hələ 16-17 ay qalıb, dünya isə çalxalanır. Azərbaycana isə hədəflərinə çatmaq üçün stabillik lazımdır: "Ona görə də düşünürəm ki, ən yaxşı vəziyyət seçkilərin indi keçirilməsidir. Həm də 2024-cü ilin dekabrında bələdiyyə, 2025-ci ilin fevralında parlament, apreldə isə prezident seçkiləri nəzərdə tutulur. Bu baxımdan prezident seçkilərinin  irəli çəkilməsi ən düzgün seçimdir. Həm də bizim 7 illik hədəfimiz də bəllidir. Bu hədəflərə çatmaq üçün ilk növbədə Zəngəzurdan başlamaq lazımdır. Çünki Qarabağ məsələsi artıq hədəfimizdən çıxıb. Bir Rusiya sülhməramlıları məsələsi qalıb ki, onlar da  5 il tamam olan kimi çıxıb  gedəcəklər. Əslində indi də gedə bilərlər, çünki qorumağa heç kim yoxdur, onlar da  Xocalıda öz şəhərciklərində oturublar. Qarabağı tərk edən ermənilərin də əksəriyyəti xarici ölkələrdən gələnlər idi. Onlar da gözəl bilirlər ki, 1990-cı ilə qədər kim burada yaşayıbsa, ona vətəndaşlıq veriləcək. Ermənilərin öz xisləti var, onlar qorxularından deyil, ianə almaq üçün Qarabağı tərk ediblər. Məlumdur ki, Qarabağ ermənilərinə ildə bir milyarda qədər ianə gəlirdi. Onun 367 milyonu elə İrəvandan gəlirdi. İndi də təzə qrantlar üçün şərait yaranıb, ona görə Qarabağı tərk ediblər. Ermənistanın özünün məlumatına görə Qarabağı tərk edən ermənilərin 17 mini başqa ölkələrə gedib. Ermənilərin vətəni yoxdur, hardan qrant alacaqlarsa, ora da gedəcəklər. Rusiya Təhlükəsizlik Komitəsinin sədr müavini elan etdi ki, "Ermənistan çox atılıb düşməsin, bilirik ki, Ermənistanda milyon yarımdan artıq erməni yoxdur". Nə olsun ki, 120 min Qarabağda, 3 milyon isə Ermənistanda erməninin olduğunu qeyd edirlər. Bunu yalnız qrant almaq üçün qabardırdılar. Faktdır ki, Qarabağda 25-30 mindən artıq erməni yox idi. Onların da əksəriyyəti xaricdən gələnlər idi. Hamısı da Ermənistan vətəndaşı pasportunu gəzdirirdi. Onlar qaçqın sayılmır, çünki Ermənistan vətəndaşı öz ölkəsinə qayıdıb. Odur ki, həm daxili, həm də xarici siyasət bir daha bizə belə qənaətə gəlmək imkanı yaradır ki, bütün kataklizmlərdən, sosial katastroflardan qaçmaq üçün seçkilərin fevral ayında keçirilməsi daha məqsədəuyğundur".








VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Vurulmuş təyyarəmizin qutusu ilə bağlı Lavrovdan yayındırıcı eyham - "uyğunsuzluq var"...

Bakıda İran rejiminin fahişə-casus dəstəsi tutuldu...

Bakıda yəhudi icma fəalını 200 min dollara sifariş edənlərin hədəfləri...

SON XƏBƏRLƏR

18.01.2025 | 22:34
Hökümə Əliyevanın atasının kartından pul oğurlayan şəxs həbs edildi - FOTO

18.01.2025 | 21:20
Kiyevlə London arasında “100 illik tərəfdaşlıq” sazişi... İngiltərə Ukraynada hərbi baza yerləşdirəcək – Kreml narahatdır...

18.01.2025 | 20:09
Rusiya Ukraynanın Kurskda ələ keçirdiyi torpaqların 60 faizini geri aldı - Ukrayna qoşunları mühasirədə...

18.01.2025 | 18:19
Qədim adı Bərəkət olan, göllər şəhəri adını alan İsparta...

18.01.2025 | 18:15
ABŞ-ı dünyada hörmətdən salan Bayden və Blinken (2 BB) oldu...

18.01.2025 | 16:37
Rusiyada Azərbaycana qarşı media kampaniyalarını "FSB" idarə edir...

18.01.2025 | 16:21
Gürcüstan seçkilərinin regionda sakitliklə nə əlaqəsi? - İlham Əliyev cavabladı...

18.01.2025 | 16:14
Vəkillərlə aqrar sektorun əməkdaşlığı başladı - kimə nə fayda?

18.01.2025 | 15:55
Hökumə Əliyevanın ailəsinin pulu necə oğurlanıb? - Bank detalları açıqladı...

18.01.2025 | 15:31
Hökumə Əliyevanın ailəsinə qarşı dələduzluq edənlər tapıldı, pul geri qaytarıldı...

18.01.2025 | 15:03
"Suriyaya müxtəlif istiqamətlərdə yardımlar təklif edirik" - Ceyhun Bayramov

18.01.2025 | 14:51
"Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıyıq" - Hakan Fidan

18.01.2025 | 14:45
Azərbaycandan Türkiyəyə yatırılan investisiyaların həcmi açıqlandı - 20 milyard...

18.01.2025 | 14:40
XİN: "Suriyada Azərbaycan səfirliyinin fəaliyyəti ən qısa zamanda bərpa ediləcək"

18.01.2025 | 14:27
Hakan Fidan: "Türkiyə və Azərbaycan bundan sonra da hər zaman eyni yolda irəliləyəcək"

18.01.2025 | 13:53
"Azərbaycan və Türkiyə arasında münasibətlər əhatə dairəsinə görə geniş, məzmunca zəngindir" - Ceyhun Bayramov

18.01.2025 | 13:48
Azərbaycan-Türkiyə-Özbəkistan XİN rəhbərlərinin görüşü olacaq...

18.01.2025 | 13:47
"Azərbaycan Qəzzada atəşkəs və girovlara dair razılaşmanın icrasını gözləyir" - Nazir

18.01.2025 | 12:43
Nobel Komitəsinə açıq məktub - Qorbaçovun mükafatdan məhrum edilməsi barədə tarixi qərara imza atın...

18.01.2025 | 12:30
Ceyhun Bayramov və Hakan Fidan regional və qlobal vəziyyəti müzakirə ediblər - FOTO

18.01.2025 | 12:00
Hakan Fidan Ermənistanla sülh müqaviləsinin bağlanmasınin tezləşdirilməsi üçün Bakıya gəlib

18.01.2025 | 11:50
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul etdi

18.01.2025 | 11:31
Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı aşkarlanıb - RƏSMİ

18.01.2025 | 11:30
Makron Livana "lağım atdı"...

18.01.2025 | 11:23
Hökumə Əliyevanın ailəsinə qarşı edilən dələduzluqla bağlı cinayət işi başlandı

18.01.2025 | 11:14
Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinə qarşı dələduzluq - külli miqdarda pulları oğurlandı

18.01.2025 | 10:32
Bu aktyor "Kuruluş Osman"dan ayrılır

18.01.2025 | 10:28
24 yaşı var, həftədə 1 milyon funt sterlinq qazanacaq...

18.01.2025 | 10:16
Saatlıda narkotika satanlar saxlanılıb

18.01.2025 | 10:00
Rusiyadan Kiyevə raket hücumu - azı 4 nəfər həlak olub

18.01.2025 | 09:30
"Kommunizmin şərindən qorxmayan Azərbaycan xalqı azadlığa can atdı" - amerikalı konqresmenlər

18.01.2025 | 09:27
Qəbiristanlıqlar bələdiyyələrə pulsuz verildi, bələdiyyələr isə qəbir yerlərini satır...

18.01.2025 | 09:00
Daha 42 ailə Cəbrayıla yola salınıb

18.01.2025 | 08:43
Mənzillərin qiyməti artır, sökülmüş evlərə görə kompensasiyalar artmır...

17.01.2025 | 23:35
Rusiyadan İrana Azərbaycan üzərindən qaz kəməri çəkiləcək...

17.01.2025 | 23:03
Kobaxidze Əliyevə "bizə də nümunəsiniz" dedi... niyə ?

17.01.2025 | 22:36
Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başladı - FOTO

17.01.2025 | 21:28
Bakının bu bələdiyyələri “kupçasız” əmlaklardan da vergi tələb edir...

17.01.2025 | 21:12
Vurulmuş təyyarəmizin qutusu ilə bağlı Lavrovdan yayındırıcı eyham - "uyğunsuzluq var"...

17.01.2025 | 20:59
ABŞ-la strateji sənəd imzalayan ölkələr - heç kim ərazi bütövlüyünü bərpa edə bilmədi...

17.01.2025 | 20:44
Rusiyada Azərbaycana qarşı qərəzli media kampaniyası - strateji müttəfiqliyə sarsıdıcı zərbə...

17.01.2025 | 20:41
Trampın komandası Rusiya əleyhinə "Geniş miqyaslı strateji sanksiyalar paketi" hazırlayır...(?)

17.01.2025 | 20:29
Bir azdan Ermənistan sərhədlərini Amerika mütəxəssisləri qoruyacaq...

17.01.2025 | 20:18
Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında müqavilə imzalandı

17.01.2025 | 20:15
Paşinyan İlham Əliyevin 2 mühüm şərtini yerinə yetirir - birini tezliklə, digərini yayda...

17.01.2025 | 20:07
Bizans, Roma və Osmanlı sivilizasiyalarını özündə yaşadan qədim Göynük

17.01.2025 | 20:01
Məxfi ABŞ-Azərbaycan danışıqları açıldı - Azərbaycana qarşı işləyən qurum bağlandı...

17.01.2025 | 19:48
Avropa xofda - Tramp Qrenlandiyanı hərblə tuta bilər...

17.01.2025 | 19:34
Masazır bələdiyyəsinin fəaliyyəti bunlardan ibarət imiş...

17.01.2025 | 19:20
Sabiq prezident Olland hakimiyyətə qayıdır, Makron gedir, Yeni Xalq Cəbhəsi yarandı...

17.01.2025 | 19:07
Dövlətçilik tariximizdə suverenlik anlayışı - hüquqi və praktik tərəflər...

17.01.2025 | 18:52
Bakıda İran rejiminin fahişə-casus dəstəsi tutuldu...

17.01.2025 | 18:38
Bakıda yəhudi icma fəalını 200 min dollara sifariş edənlərin hədəfləri...

17.01.2025 | 18:24
Kommunikasiyalar üzrə danışıqlarda uğursuzluq Qərbin Ermənistana təsirləri ilə bağlıdır?

17.01.2025 | 18:24
“Yalquzaq” tamaşaçılara təqdim olundu

17.01.2025 | 18:10
Ermənistan sərhəd məsələsində loyaldır, sazişi isə sabotaj edir - ziddiyyətin səbəbləri...

17.01.2025 | 17:56
10 ildən yaşlı avtomobillərin idxalı qadağandır - praktikada nələr görürük?

17.01.2025 | 17:43
ABŞ-la birgə USAID də Azərbaycandan getdi - Baydenin növbəti uğursuzluğu...

17.01.2025 | 17:29
Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə təşəkkür məktubları ünvanlayıblar

17.01.2025 | 17:25
Ermənistandakı Aİ missiyasına Azərbaycanla bağlı kəskin sual qoyuldu...

17.01.2025 | 17:20
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub

17.01.2025 | 17:12
DİM qəbul imtahanlarını rəqəmsallaşdırır - kimlər nə gözləyir?

17.01.2025 | 16:55
Gürcüstanın Baş naziri Prezident İlham Əliyev haqqında - Siz fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz

17.01.2025 | 16:51
Almaniyadan Rusiyaya çağırış - Suriyadakı bazaları bağlayın, qoşunları ölkədən çıxarın...

17.01.2025 | 16:49
"Gürcüstanla Azərbaycan Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır" - Prezident

17.01.2025 | 16:45
Prezident: "Azərbaycanla Gürcüstan arasında energetika sahəsində əməkdaşlıq daha geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır"

17.01.2025 | 16:42
"Azərbaycanla Gürcüstanın siyasi əlaqələri bütün qonşular üçün nümunə ola bilər" - Prezident İlham Əliyev

17.01.2025 | 16:25
Los-Ancelesdə yanğın bölgəsindəki sakinlər silahlanmağa başladı – hökumət qarətçilərin qarşısını ala bilmir...

17.01.2025 | 16:12
Şəhid mayor Kamran Fərəcovun doğum günündə məzarı ziyarət olundu - FOTO

17.01.2025 | 16:07
Sərxoş halda maşın sürən şəxs həbs edildi

17.01.2025 | 15:55
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə başsağlığı verdi

17.01.2025 | 15:46
Putinlə Paşinyan telefon danışığında nəyi müzakirə ediblər...

17.01.2025 | 15:34
Ombudsman 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar bəyanat yaydı

17.01.2025 | 15:12
Hakan Fidan Bakıya gəlir

17.01.2025 | 15:08
BMU-da 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib

17.01.2025 | 14:47
Sumqayıt polisi əməliyyat keçirdi - Kamil Məmmədov 20 kq narkotiklə tutuldu - VİDEO

17.01.2025 | 14:25
Gürcüstanın Bakıdakı səfirliyinin yeni binası üçün ayrılmış əraziyə baxış keçirildi

17.01.2025 | 14:23
Prezident İlham Əliyev və Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

17.01.2025 | 14:17
Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclası keçirildi - FOTO

17.01.2025 | 14:14
Gürcüstan Cənubi Qafqaz ölkələrinin iştirakını nəzərdə tutan üçtərəfli əməkdaşlıq təşəbbüsü təklif edib

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031