"Ermənistanın mövqeyi qeyri-müəyyən olaraq qalır"
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ( BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “Azərbaycan-Ermənistan arasında sülh sazişinə başlıca maneə” adlı beynəlxalq konfransda çıxışı zamanı mühüm məsələlər barədə danışıb. F.Şəfiyev qeyd edib ki, Azərbaycan Ermənistanla sülhün əldə edilməsində maraqlıdır.
O bildirib ki, Azərbaycan 2020-ci ildən əvvəl də sülhün əldə edilməsi üçün çalışıb. SİTAT: “Bu problemin kökü 100 illərə dayanır. 2020-ci və 2023-cü illərdə Ermənistanın işğalı altında olan torpaqların azad edilməsindən sonra sülh üçün imkanlar yaranıb. Lakin Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi ilə bağlı Ermənistanın mövqeyi qeyri-müəyyən olaraq qalır. Ermənistanın ali qanunu olan Konstitusiyada, o cümlədən digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddiaları qalmaqda davam edir”.
Mətləb Salahov