KÖHNƏ VERSİYA            

Şəhid əmisi Milli Qəhrəman idi, özü kəşfiyyatçı kimi şəhid oldu - Anası Aynur xanım...

Image

Aynur Rzayeva: “Əmisinin şəhid olduğu Füzuli bölgəsində 26 il sonra Məhəmməd-Nadir də şəhid oldu”

Sən gedəli dörd il oldu, ay oğul! Bir ananın dörd il bu ayrılığa, hicrana dözməsinin nə demək olduğunu bu ağrını çəkənlər bilər. 

Oğul, oğul, deyib gözlərəm hər gün

Gəlməzsən, yolların bağlıdır balam! 

Dörd bahar, dörd yay, dörd payız, dörd qış ötür bu hicranın düşdüyü gündən. Amma Aynur xanım hələ də inana bilmir ki, oğlu bir daha evinə, ocağına qayıtmayacaq. Hər gün gözləri yol çəkir. Ana ümidi heç zaman ölmür axı.

Bu dəfə Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçısı, 44 günlük Vətən müharibəsində şəhid olmuş Məhəmməd-Nadir İlqar oğlu Rzayevin qısa, amma zəngin mübarizə örnəkləri ilə dolu ömürlüyünə yol salacağıq. 

O, 18 noyabr 1994-cü ildə Sumqayıt şəhərində anadan olub. 2001-2012-ci illərdə Sumqayıt şəhər 17 saylı tam orta məktəbdə təhsil alıb.

Məhəmməd-Nadir Rzayev 2012-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətə yollanıb. O, 2014-cü ildən artıq Xüsusi Təyinatlı Dəstələrin tərkibində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun əsgəri olan Məhəmməd-Nadir Rzayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşaraq şücaətlər göstərib.

Məhəmməd-Nadir Rzayev 15 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Məhəmməd-Nadir Rzayev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

“Mən də bir şəhid anası kimi oğlumun qəhrəmanlığı ilə fəxr edirəm”

Əvvəlcədən deyək ki, Məhəmməd-Nadirin anası Aynur xanımla Xatirə Kitabı Redaksiyasının hazırladığı “44 gün – Tarixi zəfər” adlı kitabın III cildinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında keçirilən təqdimat mərasimində həmsöhbət olduq. 

Məhəmməd-Nadir əmisi, Milli Qəhrəman Nadir Rzayevin adını daşıyıb. Nadir  Birinci Qarabağ müharibəsində şəhid olduqdan sonra Rzayevlər ailəsində bir oğul da dünyaya gəlib, ailə deyib ki, Tanrı bir oğulu bizdən aldı, amma əvəzinə başqa bir oğul verdi. Körpəyə igid əmisinin adı verilir. Amma onlar nə biləydilər ki, Uca Tanrı Nadir əmisinin taleyini də bu körpəyə yazıb. “Oğlum 44 günlük Vətən müharibəsində şəhid olub. Məhəmməd-Nadir 18 noyabr 1994-cü ildə doğulub. 1994-cü ilin yanvarında da qaynım şəhid olub. Oğlum şəhid əmisi Nadir Rzayevin adını daşıyrdı. Yəni oğlum əmisi şəhid olandan sonra dünyaya gəlib. Şəhid əmisinin adını qoyduq, onunla eyni taleyi də yaşadı. Əmisinin şəhid olduğu Füzuli bölgəsində 26 il sonra Məhəmməd-Nadir də şəhid oldu. Yəni əmisinin taleyini yaşayıb, hər iki qəhrəman eyni amal uğrunda eyni bölgədə şəhidlik zirvəsinə yüksəlib”. 

Oğlunun Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçısı olduğunu deyən Aynur Rzayeva  onun necə şəhid olmasından danışarkən bildirdi ki, Məhəmməd-Nadir şəhid olan döyüşçü yoldaşının nəşini götürmək üçün irəli gedib. “İlk dördlükdə onlar postun alınmasında iştirak ediblər. Yoldaşlarından biri orda şəhid olub, o, döyüş yoldaşının nəşini çıxarmaq üçün irəli gedib. Həmin vaxt da “geri çəkil” komandası verilib, o, neytral zonada sağ olaraq qalıb, geri qayıda bilməyib.

17 gündən sonra bildik ki, oğlumuz qəhmancasına şəhid olub. Orada şəhadətə ucalan dörd oğuldan biri mənim oğlum olub. Onu axtarmaq üçün Füzuli bölgəsinə yollandım, orda nəməlum şəhidlərin içində oğlum tanındı. Mənim oğlumun kürəyində bayraq simgəsi olub, ondan tanındı. Onun necə qəhrəman olduğu bundan da bilinir, bu onların qəhrəmanlığını sübut edir. Mən də bir şəhid anası kimi oğlumun qəhrəmanlığı ilə fəxr edirəm. Qürur duyuram ki, oğlum 44 günlük müharibədə canını Vətən uğrunda fəda edib və Azərbaycanı qalib ölkə olaraq tanıdıb. Ona görə də, bir ana kimi onunla qürur duyuram və onun qəhrəmanlığı ilə təsəlli tapıram”.

Oğlunun adının əbədiləşdirildiyini deyən ana qeyd etdi ki, yaşadıqları Corat bağlarında oğulunun adı əbədiləşdirilib, ona abidə qoyulub. “Mənə elə gəlir ki, şəhidlərimiz əbədi olaraq yaşayır. Özümüz də, xalqımız da, dövlətimiz də onların əbədi yaşaması üçün əlimizdən gələni edəcəyik”. 

Məhəmməd-Nadir şəhid olsa da, onun adı ilə anası əbədi olaraq qürir duyur. Oğlunun 7 il idi ki, hərbidə  xidmət etdiyini deyən ana bildirdi ki, o, peşəkar hərbiçi kimi qar-yağış demədən ucqar ərazilərimizdə Vətəni qoruyub. “Oğlum kəşfiyyatçı, rabitəçi və Xüsusi Təyinatlı idi”-deyə ana bildirdi. 

İllər keçəcək, amma Məhəmməd-Nadir kimi oğullar unudulmayacaq, bu xalqın yaddasında əbədiyyən yaşayacaq. Vətən o oğulları heç vədə unutmur!

İradə SARIYEVA








VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Avropanın Azərbaycan qazı ilə bağlı siyasətinin çox təhlükəli pərdəarxası gizlinləri var...

Deputat 20 milyonluq əmlakı necə qazanıb - üstəlik xəbərlərə reaksiya da yoxdur...

Azərbaycan şirkətləri milyardlarla depozitlərini banklardan çəkir...

SON XƏBƏRLƏR

14.01.2025 | 00:13
Ukrayna Avropaya qaz nəqlini dayandırmaq üçün bu dəfə “Türk axını”nı hədəf aldı – Avrokomissiya Kiyevdən izahat istədi...

13.01.2025 | 23:48
Rusiya XİN-dən Lavrovun Bayramova yazdığı iddia edilən saxta məktubla bağlı açıqlama - siyasi sifarişdir...

13.01.2025 | 22:33
13 ədədi həyəcan rəmzidir

13.01.2025 | 21:24
Ermənistan Azərbaycanın bu tələbini yerinə yetirməyə necə məcbur edildi...

13.01.2025 | 21:09
Avropanın Azərbaycan qazı ilə bağlı siyasətinin çox təhlükəli pərdəarxası gizlinləri var...

13.01.2025 | 20:55
Avroittifaqda heç kim Ermənistanı gözləmir, ölkə Rusiyanın liderlik etdiyi təşkilatlardan da qovulur

13.01.2025 | 20:41
Serbiya və Bolqarıstana Azərbaycandan qaz ixracı niyə dayandı - boruya kənar müdaxilə ehtimalına ekspert izah verir...

13.01.2025 | 20:28
Türk Dövlətləri Təşkilatı Rusiyaya qarşı anqlo-sakson layihəsidir?

13.01.2025 | 20:14
Avropa İttifaqının Ermənistandakı missiyasını ABŞ generalı idarə edir - TƏFƏRRÜATLAR...

13.01.2025 | 19:59
Azərbaycan Avropadan Mərkəzi Asiyaya keçidi bağlaya bilər - qitənin daha bir çətin sınağı...

13.01.2025 | 19:46
Çayçılığın inkişafı üzrə 10 illik Dövlət proqramı iflasa gedir - Kənd Təsərrüfatı Nazirliyi hara baxır?

13.01.2025 | 19:32
Müəllimlərin maaşını vahid dövlət əmək haqqı cədvəlinə daxil etmək olmaz?

13.01.2025 | 19:18
Fransa Əlcəzair xalqına qarşı müharibəni hələ davam etdirir...

13.01.2025 | 19:05
İctimai və dövlət maraqlarının vəhdət şəklində qorunması Azərbaycanda uğurla həyata keçirilir

13.01.2025 | 18:52
Syerra-Leone Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

13.01.2025 | 18:50
SOCAR-ın 3-cü "partiya dollar istiqrazı"nı alanlar nə qazana, nə itirə bilər...

13.01.2025 | 18:37
Rəqəmsal valyutaların qanuniləşdirilməsi Azərbaycana böyük ziyanlar vuracaq(?)...

13.01.2025 | 18:23
Deputat 20 milyonluq əmlakı necə qazanıb - üstəlik xəbərlərə reaksiya da yoxdur...

13.01.2025 | 18:20
Əbu-Dabidə Prezident İlham Əliyevin BƏƏ Prezidenti ilə görüşü olub - FOTO

13.01.2025 | 18:09
Ermənilərin qədim dedikləri dövlət tarixindən bir sərkərdənin qəbri yoxdur - niyə?

13.01.2025 | 18:06
Səfirlik təkzib etdi - yeni səfir Birol Akgün Bakıya gəlməyib

13.01.2025 | 17:55
Şabranda hadisə - şagirdi məktəbdən qovmaq çıxış yoludur?...

13.01.2025 | 17:42
Tramp Putinlə görüşə hazırlaşır - Ukrayna üzrə nümayəndə isə belə sözlər danışır...

13.01.2025 | 17:30
Ucarda uşaq yazıçısı Gülzar İbrahimova ilə görüş keçirildi

13.01.2025 | 17:29
Kilsənin bir addımlığında Azərbaycan əleyhinə hərbi istehkam - ermənilər köhnə taktikanı davam etdirir...

13.01.2025 | 17:26
Azərbaycan şirkətləri milyardlarla depozitlərini banklardan çəkir...

13.01.2025 | 17:15
Ukrayna 2022-ci ildə Gürcüstandan nə istəyib? - "Sonradan münasibətlər gərginləşdi..."

13.01.2025 | 17:03
Makronun dövlət vəsaitini mənimsəyən nazirinə iş açıldı

13.01.2025 | 16:50
Ukraynada 300-ə yaxın şimali koreyalı döyüşçü öldürülüb - Cənubi Koreya kəşfiyyatı açıqladı...

13.01.2025 | 16:35
Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlar başladı

13.01.2025 | 16:30
Qarabağla bağlı əlyazmalar daha geniş tədqiq olunacaq

13.01.2025 | 16:06
Gürcüstan XİN rəhbərinin Azərbaycana səfər tarix məlum oldu

13.01.2025 | 15:53
Pentaqon ABŞ-ın müdafiə büdcəsini 1 trilyon dollara çatdırmağı təklif etdi

13.01.2025 | 15:22
Erməni nazir: "Hökumət Avrasiya İqtisadi İttifaqından çıxmağı nəzərdən keçirmir"

13.01.2025 | 15:09
Sabirabad sakini 6 kiloqram narkotik və odlu silahla tutuldu

13.01.2025 | 14:47
Bilgəh sahilində suiti və quşların ölümü ilə bağlı araşdırma başladı

13.01.2025 | 14:17
Bakıda oğurluq edən şəxslər saxlandı

13.01.2025 | 14:11
Prezident İlham Əliyev və Şeyx Məhəmməd bin Zayed Al Nəhyan birgə nahar ediblər

13.01.2025 | 14:00
İxrac pullarını ölkəyə qaytarmayanların işi məhkəməyə göndərildi

13.01.2025 | 13:46
İran Fransaya nota verdi

13.01.2025 | 13:30
Ötən il itkin düşmüş kişini arvadı yox, oğlu öldürüb - Baş Prokurorluq açıqladı

13.01.2025 | 13:16
İsrailin yeni səfiri təyinatı ilə bağlı paylaşım etdi...

13.01.2025 | 13:03
Теперь Платошкин угрожает Азербайджану - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

13.01.2025 | 12:20
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfər edib - FOTO

13.01.2025 | 12:00
Ermənistana və havadarlarına SƏRT XƏBƏRDARLIQ!

13.01.2025 | 11:30
İki gündə 62,6 kiloqramdan çox narkotik vasitə aşkarlanıb - polisdən AÇIQLAMA

13.01.2025 | 11:30
14 qələbə - "Atletiko"dan yeni REKORD

13.01.2025 | 11:20
"Ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək..." - DYP sürücülərə müraciət etdi

13.01.2025 | 11:15
İranda qadın hüquq müdafiəçisi həbsxanada ölüb

13.01.2025 | 11:05
Tərin tərkibində olan elementlər ən təsirli göz dərmanıdır

13.01.2025 | 11:03
Paşinyanın Azərbaycana qarşı 12 şərti - CANLI

13.01.2025 | 11:00
İranlı deputatlar İrəvandadır

13.01.2025 | 10:30
Yasamalda avtomobil piyadanı vuraraq öldürüb

13.01.2025 | 10:20
İki məşhur aktyor yeni serialda

13.01.2025 | 10:15
ABŞ-ın gələcək vitse-prezidenti Baydeni "BOMBALADI"

13.01.2025 | 10:10
“Qarabağ” - FCSB matçının biletləri satışda - ən ucuzu 5 manat, ən bahalısı 300 manat...

13.01.2025 | 10:05
Lənkəranda evdən kişi meyiti tapılıb

13.01.2025 | 10:00
NATO ölkələrinə hücum etməyəcəyik - Moskvadan AÇIQLAMA

13.01.2025 | 09:30
ABŞ-dakı yanğın faciəsi böyüyür - 8 milyon insan təhlükədədir...

13.01.2025 | 09:20
"Əsirləri qaytarıram, amma.." - Zelenski Koreya liderinə ŞƏRT QOYDU

13.01.2025 | 09:12
Sumqayıtda DƏHŞƏT - bir ailənin 5 üzvü dəm qazından zəhərləndi!

13.01.2025 | 09:05
Cəbrayıla daha 39 ailə köçürüldü

13.01.2025 | 09:00
"Barselona" "Real"ı əzdi, Superkubokun qalibi oldu!

12.01.2025 | 23:16
Tramp-Putin görüşünə hazırlıqlar başladı - ilk addım yaxın günlərdə atıla bilər...

12.01.2025 | 22:57
Polşa Moskvaya gedən Slovakiya deputatlarının təyyarəsinə yol vermədi...

12.01.2025 | 22:35
Slovakiya ilə Ukrayna arasında gərginlik artır - Fiko Zelenskini “dilənçi, şantajçı” adlandırdı...

12.01.2025 | 22:09
İranı korrupsiya qalmaqalı bürüdü - neft və əczaçılıq sahələrində milyardlarla dollar necə yoxa çıxıb...

12.01.2025 | 19:07
Co Bayden çərşənbə günü vida nitqi söyləyəcək

12.01.2025 | 14:35
Putin Trampdan NATO-nu şərq sərhədlərindən çəkməsini istəyəcək...

12.01.2025 | 14:14
"Şahdənizdən" Bolqarıstan və Serbiyaya qaz nəqlinin dayanması ətrafında çox həssas durum var...

12.01.2025 | 13:20
Biləsuvarda narkokuryer külli miqdarda narkotik və həblərlə yaxalandı...

12.01.2025 | 12:38
ABŞ-dakı yanğınlarla bağlı iddia - Xilasedicilər varlıların iqamətgahlarının yerləşdiyi ərazilərə yönəldilir...

12.01.2025 | 12:12
İrandan meşə yanğınları ilə bağlı ABŞ-a sürpriz təklif - yardım göndərməyə hazırıq...

12.01.2025 | 11:54
Sumqayıtda avtomobildə baş verən yanğında 1 nəfər yanaraq ölüb

12.01.2025 | 11:23
Bakıda avtomobillərə qənim kəsilən 2 oğru yaxalandı

11.01.2025 | 21:52
Türkiyə ordusu Suriyaya girir - geri sayım başladı...

11.01.2025 | 21:36
Şolts iki alman nazirin Ukraynaya 3 milyardlıq hərbi yardım paketini blokladı...

11.01.2025 | 21:09
Proses başladı - Türkiyədə 14 millət vəkilinin toxunulmazlığı ləğv edilir...

11.01.2025 | 21:04
Yazıçı Gülzar İbrahimovanın Ağdaş və Zərdab rayonlarının oxucuları ilə görüşləri keçirildi

11.01.2025 | 19:19
"Seymur Talıbov 3,1 milyon manat "şapka pulunu" cəzasız yeyə bilər"(?) - 144 milyonun kimə çatdığı hələ bir yana...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031