Şuşaya köçən daha 48 ailəyə evlərin açarları təqdim olundu
Dekabrın 4-də növbəti köç karvanı ilə Şuşaya qayıdan daha 48 ailəyə evlərinin açarları təqdim olunub. Beləliklə, 164 nəfər Şuşa sakini bu gün doğma yurduna qovuşub.
Açarların təqdim olunma mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları iştirak ediblər.
Şuşaya qayıdan sakinlərə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olunub.
ZÜMRÜD