Məktəbəqədər təhsildə "ailə modeli" yaradılacaq - nazirdən AÇIQLAMA
Elm və təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfransda çıxışı zamanı bəyan edib ki, daha kiçik kəndlərdə məktəbəqədər təhsildə "ailə modeli" yaratmaq üçün pilot layihə üzərində iş gedir.
Nazir qeyd edib ki, ucqar kəndlərdə avtobus vasitəsilə məktəbəqədər təhsil xidmətini göstərmək planlaşdırılır. SİTAT: "İcma əsaslı məktəbəqədər təhsil mümkün olmayan ərazilərdə bu modeli tətbiq edəcəyik. Bu modeldə uşaqların bir ailədə təhsil alması nəzərdə tutulur. Ucqar kəndlərdə bunun üçün avtobuslar ayrıla bilər".
Mətləb Salahov