Gürcüstan Patriarxlığı məktəbliləri aksiyalara çağıran Zurabişviliyə səsləndi - Ümid edirik uşaq bağçalarını da çağırmayacaqsız...
Gürcüstan Patriarxlığı prezident Salome Zurabişvilinin məktəbləri də etiraz aksiyalarına qoşulmağa çağırmasına münasibət bildirib.
Patriarxlığının İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri Andria Cağmaidze sosial şəbəkədə yazıb ki, "ümid edirəm ki, məktəblərdən sonra uşaq bağçalarını etiraz aksiyalarında iştirak etməyə çağırmayacaqsınız".
“Xanım…, ümid edirəm ki, məktəblərdən sonra uşaq bağçalarını etiraz aksiyalarında iştirak etməyə çağırmayacaqsınız” – Andria Cağmaidze yazır.
Qeyd edə ki, prezident Salome Zurabişvili sosial şəbəkədə yazıb ki, universitetlərdən sonra məktəblərin aksiyalara həmrəylik nümayiş etdirməsinin vaxtıdır.
TAHİR