Moskvadan Ukrayna və Qərbə növbəti xəbərdarlıq - buna imkan verməyəcəyik...
Ukrayna prezidenti Zelenski son vaxtlar Rusiya ilə müharibə müharibəni bitirmək üçün müxtəlif formullar, xüsusilə NATO-ya üzvlüklə bağlı açıqlamalar verir, buna qarşı çıxan Putin isə hədələyici bəyanatlar verərək buna imkan verməyəcəklərini bildirir.
Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu dəfə Moskvada Macarıstanın Xarici İşlər və Xarici Ticarət naziri Peter Szijarto ilə görüşən Lavrov bununla bağlı Ukraynaya xəbərdarlıq edib.
Lavrov bildirib ki, Ukrayna böhranın həlli üçün əsas səbəblər aradan qaldırılmalıdır: "Səbəblərdən biri NATO-nun şərqə doğru irəliləyərək Ukraynanı özünə çəkməyə çalışmasıdır. Bu, Rusiya sərhədlərində hərbi təhlükə yaradır.
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukraynanın NATO-ya daxil olması qəbuledilməzdir və biz buna imkan verməyəcəyik".
Ukraynadakı münaqişənin dondurulması ehtimalına gəlincə, Lavrov vurğulayıb ki, bu, sülhə aparan yol deyil. Rusiya ilə Ukrayna arasında danışıqların yenidən başlaması ehtimalını da dəyərləndirən Lavrov bildirib ki, "ölkəmizin qanuni maraqlarının hərtərəfli nəzərə alınması istiqamətində Ukrayna ilə danışıqlara hazırıq".
TAHİR