KÖHNƏ VERSİYA            

Azərbaycan Tiflisdə Qərbin qarmaqarışıq oyunlarına laqeyd ola bilməz - bu səbəblərdən...

Image

Dəyanət Osmanlı: “Qərbin Gürcüstandakı siyasəti, təxribatçı hərəkətləri təkcə Gürcüstan  məsələsi deyil, bütövlükdə Cənubi Qafqaz, o cümlədən də Azərbaycan məsələsidir”

Qərbin Gürcüstanda hakimiyyəti dəyişmək, devirmək üçün hazırladığı planı həyata keçirmək üçün müxalif qüvvələr, QHT-lər dağıdıcı addımlar atır və qonşu ölkədə vəziyyəti gərginləşdirirlər.

Qərbin Gürcüstanda hazırladığı qarşıdurma və qeyri-sabitlik ssenarilərinin Azərbaycan üçün nə təhlükəsi var? Bizim üçün də hər hansı bir təhlükə ola bilərmi?

“Gürcüstanda təxribatla, qarışdırıcılıqla məşğul olan Qərb dairələri Azərbaycana da təsir göstərmək məqsədi güdürlər”

 “Borçalı” İctimai Birliyinin İdarə Heyətinin sədri Dəyanət Osmanlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Qərbin əsas niyyətlərindən biri də bu yolla Cənubi Qafqazda qarışıqlıq yaratmaqdır. 

“Qərb və Avropa Gürcüstanda öz maraqlarının təminatı yönündə müxtəlif siyasi və ictimai təzyiqlərdən istifadə edir. Eyni zamanda müşahidə olunan odur ki, qanunvericilik sahəsində bu ölkəninin ictimai, sosial həyatına, milli-mənəvi dəyərlərinə uyğun olmayan dəyişikliklər etməyə çalışan xarici qüvvələr fəaliyyətə keçiblər. Gürcüstan dövləti isə bu yad təsirlərə dayanıqlıq göstərərək müstəqil dövlətçilik yolunu, müəyyənləşdirdiyi siyasi kursu müdafiə edir.

"Xarici təsirlər haqqında" və "Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında" qanunların qəbulundan sonra isə Qərbin Gürcüstan hakimiyyətinə qarşı təzyiqləri daha da artıb.

Əlbəttə ki, Gürcüstanda sabitliyi pozmaq yolu ilə hakimiyyət dəyişikliyinə nail olmaq və bundan sonra mövqe üstünlüyü qazanaraq Cənubi Qafqaz regionuna içəridən, daha yaxından diqtə etmək Qərbin əsas arzusudur. Zənnimcə, Gürcüstanda keçirilən parlament seçkiləri Qərbin və Avropanın regionda bölücülük xəttinə xalqın tutarlı cavabıdır. Seçkilərin nəticələri Qərbin Gürcüstan üzərində ayırıcı xətlər yaratmaq cəhdlərinə və regionda münaqişələri qızışdırmaq yönündə siyasətinə ciddi bir zərbədir. Borçalı türklərinin digər vətəndaşlar kimi sülhün və stabilliyin yanında yer almaları təbiidir. Qərbin təsirləri ilə ölkəni parçalamaq və onu müharibəyə sövq etmək cəhdləri bu seçkilərin nəticələri ilə iflasa uğradı”. 

D.Osmanlı qeyd etdi ki, Gürcüstandaki tarixi torpaqlarında yaşayan azərbaycanlılar bu ölkənin ictimai-siyasi, sosial, mədəni sferalarında, regionun sabitliyi və davamlı inkişaf proseslərində həlledici rola malikdir. “Builki seçkilərdə orada yaşayan soydaşlarımızın böyük aktivliyi və seçkilərin nəticələrinə təsirləri bunu sübut edir.

Eyni zamanda indiki seçkilər göstərdi ki, Gürcüstanın azərbaycanlı əhalisinin regiondakı proseslərin gedişatında və ölkənin gələcəyində əhəmiyyətli bir nüfuzu vardır. Bu, Azərbaycanın və Gürcüstanın dostluq münasibətləri timsalında Qərbin və eləcə də Ermənistanın regiondakı təxribatçı siyasətinə qarşı fəaliyyətdə və regional təhlükəsizlik məsələlərində eyni mövqedə olduqlarını bir daha sübut edir. Soydaşlarımız həmişə tutduqları mövqe ilə dağıdıcı siyasətə qarşı çıxaraq, sülh və sabitliyi müdafiə ediblər. 

Bu gün regionda həyata keçirilən qlobal əhəmiyyətli layihələr məhz Gürcüstan-Azərbaycan tərəfdaşlığına əsaslanır. Ölkələrimiz  arasında münasibətlər hər zaman qarşılıqlı etimad və inama əsasalanıb. Bu gün Gürcüstan və Azərbaycan arasında mövcud olan birlik, hər iki dövlətin gücünü artırmaqla yanaşı, onların regional və beynəlxalq arenalarda daha möhkəm mövqelərdən çıxış etmələrinə şərait yaradır. Bunu isə Qərbin gözü götürmür, çünki regionda bölücülük planlarının reallaşmasına imkan vermir.

Azərbaycan-Gürcüstan əməkdaşlığı tarixən regionun sabitliyinin təminatçısı sayılıb və bu gün də ölkələrimizin regional, beynəlxalq müstəvidə birliyi siyasi, iqtisadi sahədə inkişafa, müstəqilliyin möhkəmlənməsinə imkan yaradır. Gürcüstanın hazırkı hökuməti Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək üçün azərbaycanlı əhalinin təsirini və əhəmiyyətini yaxşı anlayır. 

Azərbaycanlılar Gürcüstanın iqtisadi və sosial-mədəni həyatında, iki dövlət arasındakı əlaqələrdə fəal iştirak edərək həm öz milli maraqlarını, həm də hər iki ölkənin birgə maraqlarını təmin edir, qoruyurlar. Regionda mövcud təhlükələr fonunda Azərbaycan və Gürcüstan təhlükəsizlik sahəsində əməkdaşlığa böyük önəm verir. Bu əməkdaşlıqda hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinin qorunması əsas məqsədlərdən biridir. Həm Azərbaycan, həm də Gürcüstan bir-birinin ərazi bütövlüyünü dəstəkləyir və terrorizmə qarşı mübarizədə həmrəylik nümayiş etdirirlər. Gürcüstanın və Azərbaycanın birliyi regionda ikinci bir cəbhə açılması təhlükəsi qarşısında etibarlı səddir. Hər iki dövlət öz milli maraqlarını qorumağa davam etməyə qadir durumdadır”. 

D.Osmanlının sözlərinə görə, tarix də göstərir ki, bu birlik olduqda həm Azərbaycan, həm də Gürcüstan öz ərazilərinin, milli maraqlarının və təhlükəsizliyinin müdafiəsində daha güclü olurlar. “Ermənistan tərəfi regionda gedən proseslərdən nəticə çıxarmalı, sülh və inkşaf yolunu tutmalıdır. 

Seçkilər sonrası Gürcüstandakı  son etiraz aksiyaları da ölkəni  qarşıdurma meydanına çevirmək xəttinin tərkib hissəsidir. Təxribatçı qüvvələr burada baş rolda çıxış edirlər. Etiraz iştirakçılarına qarşı silah işlətmək də həmin təxribatçıların işidir. Qərbin burada küçə döyüşləri ssenarisini həyat keçirmək niyyətləri açıq-aydın görünməkdədir. Və ümidvarıq ki, xalq bu proseslərdə milli dövlətçilik mövqeyində duracaq, Qərbin ölkəsini əlaltısına çevirməsinə imkan verməyəcək”.

D.Osmanlı qeyd etdi ki,  Qərbin əsas məqsədi Cənubi Qafqazda sabitliyi pozmaqdır və Gürcüstanda baş verənlər Qərbin çirkin, məkrli oyunlarındandır. Müsahibimiz vurğuladı ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi faktını qəbul etmək istəməyən, hər cür vasitələrlə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına mane olan Qərb Cənubi Qafqazı öz əlinə almaq üçün ən iyrənc vasitələrdən istifadə edir. Gürcüstanda baş verən hadisələrin Azərbaycana təsirinə gəlincə, D.Osmanlı bildirdi ki, Qərbin təzyiqləri, antiazərbaycan addımları ölkəmizin nüfuzuna kölgə salmaq məqsədi daşıyır. O qeyd etdi ki,  Azərbaycan və Türkiyə regionda mühüm gücə malikdir, Qərb isə  bu gücü sarsıdıb regionda öz yerini müəyyən etmək istəyir, amma buna nail ola bilmir: “Bir məqamı nəzərə almaq lazımdır ki, Qərbin Gürcüstandakı siyasəti, təxribatçı hərəkətləri təkcə Gürcüstan  məsələsi deyil, bütövlükdə Cənubi Qafqaz, o cümlədən də Azərbaycan məsələsidir. Gürcüstanda təxribatla, qarışdırıcılıqla məşğul olan Qərb dairələri Azərbaycana da təsir göstərmək məqsədi güdürlər. Onlar müxtəlif vasitələrlə Azərbaycana da təsir göstərmək istəyəcəklər. Amma bilirsiz ki, Azərbaycan Qərbin bu niyyətlərini yaxşı bilir və  təhükəsizlik tədbirləri görür.   Biz uzun müddətdir ki, Qərbin o təxribatçı qüvvələri, institutlarının bu əməllərindən xəbərdarıq. Qərb Ermənistan hökumətini  öz əlinə alıb, indi də Gürcüstanı qarışdırır, emissarlarını ortaya atıb təxribatlar törədir. Amma hesab edirəm, Gürcüstan dövləti lazımı dirəniş göstərib o qüvvələri zərərsizləşdirəcək. Azərbaycanı isə o qüvvələr çoxdan hədəfə alıb və bizim ölkəmizdə onlar heç nəyə nail ola bilməyib, indən sonra da olmayacaqlar. 

Bəziləri deyirdi ki, Azərbaycan quru sərhədləri açmalı idi. Amma görürsüz ki, dövlət quru sərhəddləri açmamaqla nə qədər müsbət iş görüb, bu təhlükəni əvvəlcədən gördüyü üçün  bu şəkildə də qabaqlayıcı tədbirlər həyata keçirib. Təbii, quru sərhəd açıq olsaydı o qüvvələr Azərbaycana da sızmağa cəhd edərdilər. Amma sərhədin bağlı olması o qüvvələrin bizim daxilimizdə hansısa təxribatlar planlaşdırmasının qarşısını alır. Bütövlükdə, Azərbaycan dövləti onların bütün məkrli planlarını alt-üst etməyə qadirdir” - deyə D.Osmanlı qeyd etdi. 

İradə SARIYEVA 







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Dünyanın "strateji idarəedicisi" İlham Əliyevlə görüş istəyini reallaşdırdı...

Hərbi cinayətdə ittiham olunan ermənilərin ziyan vurduğu 531 min azərbaycanlı kimlərdir...

Abdolbari Gözəlin sərvəti kim(lər)ə qalacaq?...

SON XƏBƏRLƏR

23.01.2025 | 20:52
Paşinyan Bakıda məhkəməsi gedən erməniləri şok fikirlərlə müdafiə etdi...

23.01.2025 | 20:39
"Zəngəzur dəhlizi ABŞ-a verilir" - iddia...

23.01.2025 | 20:25
Qərbi azərbaycanlı şəhidlər Xocalı soyqırımından sonra cəbhəyə könüllü getdi - Hicran Zülfiyev...

23.01.2025 | 20:11
Baydenin Trampla Bakının arasına buraxdığı daha bir problem - USAİD...

23.01.2025 | 19:58
SOCAR-ın xarici aeroportda sərmayə qərarı nə qədər qazanclı olacaq...

23.01.2025 | 19:44
Misilsiz layihə - 3 ölkənin qaz və elektrik sistemləri birləşdirilir, Azərbaycan açar mövqedədir...

23.01.2025 | 19:30
Tramp Rusiyaya qarşı planlarının bəzi maddələrini açıqladı...

23.01.2025 | 19:17
Azərbaycanın "Yaşıl dəhliz" strategiyası işləməyə başladı...

23.01.2025 | 19:11
“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nə dəyişiklik edildi

23.01.2025 | 19:10
Prezident bəzi fərmanlarda dəyişiklik etdi

23.01.2025 | 19:07
Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti ƏDV-dən azad edildi

23.01.2025 | 19:05
Prezident Kənd Təsərrüfatı Nazirliyi Aparatının işçilərinin say həddinin artırılması ilə bağlı sərəncam imzaladı

23.01.2025 | 18:55
Avropa Şurasında Azərbaycana qarşı növbəti düşmənçilik edildi...

23.01.2025 | 18:41
Azad rayonlarda enerji istehsalı regionların inkişafında mühüm mərhələdir...

23.01.2025 | 18:28
Kreml rəsmiləri Trampla görüş üçün əldən-ayaqdan gedir - Trampdan hələ uyğun cavab yoxdur...

23.01.2025 | 18:23
İrana casusluq edən gəmi kapitanının cəzası dəyişmədi - 16 il...

23.01.2025 | 18:14
Azərbaycanın xarici ticarətində narahatlıq yaradan göstərici - üç dəfə azalıb...

23.01.2025 | 17:58
Məhkəmə Köçəryanla Sarkisyanın Bakıya gətirilməsini tələb edə bilər...

23.01.2025 | 17:45
Britaniya Qroznıda vurulmuş təyyarəmizlə bağlı narahatdır... Niyə?

23.01.2025 | 17:32
Bakıda 5-ci sinif rus bölməsində qalmaqal...

23.01.2025 | 17:26
Azərbaycan-Gürcüstan əlaqələri qarşılıqlı hörmət və etimada əsaslanır

23.01.2025 | 17:20
Azərbaycan sahibkarları növbəti 1 il də rahat "nəfəs alacaqlar"...

23.01.2025 | 17:15
Narkotiklərin satışında ittiham edilən tiktokerə 5 il 1 ay iş verildi

23.01.2025 | 17:08
Trampdan daha bir radikal qərar - ABŞ qoşunları Avropadan çıxarılır...

23.01.2025 | 16:55
Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənlər yaxalandı

23.01.2025 | 16:43
Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi siyasətini sərt şəkildə qınadı

23.01.2025 | 16:36
Ceyhun Bayramov Cahit Bağcını qəbul etdi

23.01.2025 | 16:26
Zelenski 2022-də İstanbul razılaşmalarının niyə pozulduğunu açıqladı - Ukraynada biri mənə Putindən ultimatum gətirdi…

23.01.2025 | 16:15
Qəhrəmanlıq zirvəsinə ucalanlar

23.01.2025 | 16:08
Trampdan Putinə təhdid kimi xəbərdarlıq - müharibəni dayandırın, yoxsa... mənim başqa yolum qalmayacaq

23.01.2025 | 15:58
MOK Makronun saxta medalları ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə müraciət etdi

23.01.2025 | 15:24
Polis Nəsimidə əməliyyat keçirdi, 16 kiloqram narkotik tutuldu

23.01.2025 | 15:16
Cinayətkarlıqla mübarizə üzrə Koordinasiya Şurasının sədri dəyişdirildi

23.01.2025 | 14:55
"Ukraynanın məğlub olması NATO-ya trilyonlarla dollara başa gələcək" - Baş katib

23.01.2025 | 14:30
Gəncədə 10-dan çox avtomobili soyan şəxslər yaxalandı...

23.01.2025 | 13:57
Suraxanıda mağazadan oğurluq edən şəxs saxlandı

23.01.2025 | 13:42
Paris prokurorluğu Fransa daxili işlər nazirini səriştəsizlikdə günahlandırdı...

23.01.2025 | 13:28
Tehrandakı səfirliyimizə hücumda şəhid olan Orxan Əsgərovun atası - "Biz o terrorçunun edamını istəyirik"

23.01.2025 | 13:14
Личный враг Путина на инаугурации Трампа. Почему? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

23.01.2025 | 13:06
Xaçmazda dələduzluq edənlər yaxalandı

23.01.2025 | 12:43
Prezident İlham Əliyev Ərdoğana zəng edib

23.01.2025 | 12:15
Bölgədə sülh və təhlükəsizlik Ermənistan üzərindən təhdid edilir

23.01.2025 | 12:05
Deputatlar Qarabağ yolçusudur - azad edilmiş ərazilərdə görülən işlərlə tanış olacaqlar

23.01.2025 | 12:00
Tovuzda ustanı elektrik cərəyanı vurub

23.01.2025 | 11:30
“Fənərbağça” “Lion”a, “Mançester Yunayted” “Reyncers”ə qarşı

23.01.2025 | 11:20
“Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı təsis ediləcək

23.01.2025 | 11:18
Tanınmış jurnalist vəfat edib

23.01.2025 | 11:15
ABŞ-da ATIŞMA - 4 polis yaralanıb

23.01.2025 | 11:05
Miqrantlara bəd xəbər - Tramp deportasiya üçün bu Nazirliyə səlahiyyət verdi

23.01.2025 | 11:03
Ermənistan Trampa gərək olacaqmı? - CANLI

23.01.2025 | 11:00
İrandan Azərbaycana 80 kq narkotikin keçirilməsinin qarşısı alınıb

23.01.2025 | 10:30
Naxçıvanda bu idarəyə yeni rəis təyin olunub

23.01.2025 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

23.01.2025 | 10:14
Bakıda "Tofaş" yolu keçən qadını vurub öldürdü

23.01.2025 | 10:05
"Qarabağ" bu gün Avroliqada növbəti oyununa çıxır

23.01.2025 | 10:00
Tramp durmaq bilmir - indi də "Husilər"i terror təşkilatı elan etdi

23.01.2025 | 09:25
Avropa ərzağı Bisfenol A maddəsində saxlamağı qadağan etdi - bilirsiz bu nədir?..

23.01.2025 | 09:20
Qəzzada dağıntılar altından daha 212 nəfərin cəsədi çıxarılıb

23.01.2025 | 09:10
Bir ildə 83 milyona yaxın tibbi xidmət göstərilib - TƏBİB

23.01.2025 | 09:05
Tramp öz şəxsi mühafizə rəhbərini Məxfi Xidmətə direktor təyin edib

23.01.2025 | 09:00
Tehranda Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalanıb

23.01.2025 | 08:39
Həcc ziyarəti azərbaycanlılar üçün buna görə bahalaşır - QMİ-nin inhisarı...

22.01.2025 | 23:27
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İsveçrə səfərilə bağlı videoçarx paylaşılıb - VİDEO

22.01.2025 | 22:55
Azərbaycan Dünyanın Mənəviyyat Mərkəzidir - İlin 22-ci gününə sözardı

22.01.2025 | 21:27
Tramp İranla iş görən ölkələri hədələdi - İranla münasibətlərimiz necə olacaq...

22.01.2025 | 21:15
Məktəblərdə 5 gün dərs olmayacaq

22.01.2025 | 21:14
Suriya üsyançıları Putinlə Tartus sazişini ləğv etdilər...

22.01.2025 | 20:59
Tramp 1-ci dönəmdə Azərbaycanın enerji siyasətinə necə dəstək verib - yaxın tarixin gerçəyi...

22.01.2025 | 20:44
Tramp Azərbaycanla bağlı nə edəcək - "Yol xəritəsi" hazırdır...

22.01.2025 | 20:30
Bakıda məhkəməsi gedən ermənilərin "ev dustaqlığına" çıxmaq planlarının məqsədi...

22.01.2025 | 20:15
Dünyanın "strateji idarəedicisi" İlham Əliyevlə görüş istəyini reallaşdırdı...

22.01.2025 | 20:02
Hərbi cinayətdə ittiham olunan ermənilərin ziyan vurduğu 531 min azərbaycanlı kimlərdir...

22.01.2025 | 19:53
Əli Əsədov fəaliyyət müddəti başa çatan Cahit Bağçını qəbul etdi

22.01.2025 | 19:45
Tramp Makronun axırına çıxacaq - Avropa liderləri qorxuya düşüb...

22.01.2025 | 19:32
Naxçıvanda 640 baş donuz yoxa çıxıb...

22.01.2025 | 19:18
Tramp ABŞ-Ermənistan strateji sazişini ləğv edə bilər...

22.01.2025 | 19:05
Bakıda xəstənin ölümünə görə plastik cərrah həbs edildi…

22.01.2025 | 18:53
Prezident İlham Əliyev Davosda Xorvatiyanın Baş naziri ilə görüşdü

22.01.2025 | 18:48
"RUSİYANI DAĞITMA!" - Trampın Putinə mesajı...

22.01.2025 | 18:33
Abdolbari Gözəlin sərvəti kim(lər)ə qalacaq?...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031