Suriyanın Hələb şəhərində maraqlı hadisə - Hafiz və Bəşər Əsədlərin fotosu.....
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Suriyada baş verən son hadisələr barədə paylaşım edib. A.Quliyev yazır: "Suriyada tarixi Hələb şəhəri 8 illik işğaldan sonra PKK - PYG- YPG terrorçularından geri alınıb. Çox şeyləri dağıdıblar. Ancaq möhtəşəm Hələb qalası yerindədir.Ən maraqlısı odur ki, qalanın girişində mərmər üzərində Bəşər Əsədin və atası Hafiz Əsədin böyük fotoları həkk olunub və qalaya qalxan minlərlə insan hər gün həmin fotoları ayaqlayaraq qalaya qalxıblar. Diktator qaniçən ata- balanın üstündən ötən 8 ildə nə qədər insanın ayaqlayaraq keçdiyini Allah bilir....
Şəhəri Türkiyənin dəstəklədiyi Əsədə müxalif Suriya Azadlıq Ordusu azad edib...."
Mətləb