"Hər 4 məktəblidən biri zorakılığa və psixoloji təsirlərə məruz qalır" - UNİCEF
"Bullinq təkcə fərdi, ailəni, məktəbi deyil, bütün cəmiyyəti narahat edən problemdir. Bu problemin həlli üçün qüvvələr birləşməli və birgə mübarizə aparılmalıdır."
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva "Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: Bullinq" mövzusunda keçirilən konfransda deyib.
A. Sofiyeva qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının son bir neçə il ərzində apardığı statistik hesabata əsasən uşaqların 20 faizi bullinqə məruz qalır və ya onun iştirakçısı olur: "UNİCEF-in hesabatına əsasən isə hər 4 məktəblidən biri zorakılığa və psixoloji təsirlərə məruz qalır. Valideynlər isə bildirirlər ki, uşaqların 60 faizi kiberbullinqə məruz qalırlar", - deyə sədr müavini qeyd edib.
Mətləb Salahov