Hindistan bu ölkə ilə sərhədə 2 min təhlükəsizlik qüvvəsi yeridib
Hindistanın Sərhəd Təhlükəsizliyi Qüvvələri (BSF) Pakistanla həmsərhəd olan Cammu bölgəsinə qeyri-qanuni sərhəd keçidlərinin qarşısını almaq məqsədilə əlavə iki batalyon yerləşdirib. Bu barədə PTI agentliyi təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
Yerləşdirilən qüvvələr 2000-dən çox şəxsi əhatə edir və bu addım Pakistanla beynəlxalq sərhəddə mövcud BSF mövqelərinin arxasında ikinci müdafiə xəttini gücləndirmək məqsədini daşıyır. Sərhəd müdafiəsinin gücləndirilməsi qərarı 2024-cü ildə Rajouri, Poonç, Reasi, Udhampur, Kathua və Doda bölgələrində 18 təhlükəsizlik işçisi də daxil olmaqla 40-dan çox insanın həlak olduğu silsilə terror aktlarından sonra verilib.
Mətləb