Suriyadan şok xəbərlər gəlir - müxaliflər 3-cü şəhəri ələ keçirdi, Dəməşq qarışdı, rejim generalı qiyam qaldırdı, Əsədin ölkədən qaçdığı xəbərləri yayıldı...
Suriyada üç gün ərzində böyük bir ərazini ərazini ələ kçirən silahlı müxalif qruplar Hələbə nəzarəti ələ keçirib. Müxalifətin Hələbi ələ kçirib Hamaya doğru irəliləməyə başladıqdan qısa müddət sonra Əsəd rejiminin nəzarətində olan paytaxt Dəməşqdə iğtişaş baş verdiyi barədə xəbərlər yayılıb. İddia edilir ki, rejimin generallarından biri prezident sarayını mühasirəyə alıb və Əsəd ailəsi ilə birlikdə qaçıb.
Qeyd edək ki, Hələbdə Dəməşq ordusuna verdikləri tarixi məğlubiyyətdən sonra Suriya müxalifəti istiqamətini digər strateji mərkəz olan Hama vilayətinə çevirib. Hamaya hücum başladıqdan sonra şəhərdəki universitet binaları və hərbi hava limanı boşaldılıb. Sursat anbarı və hərbi maşınları sıradan çıxaran rejim qüvvələri Humsa doğru çəkilməyə başlayıb. Silahlı müqavimət döyüşçüləri axşam saatlarında Hamanın mərkəzinə daxil olmağa başlayıb.
Bu arada Suriya Milli Ordusu (SMO) Əl-Bab istiqamətində başlatdığı mühasirə əməliyyatı ilə Tedif və Şiryan kimi qəsəbələri ələ keçirib. Fərat Qalxanı bölgəsində hərəkətə keçən SMO əsgərləri YPG/PKK-nın Rakkadan gələn təchizat yolunu da kəsib. SMO Hələbdə digər müxalif qruplarla birləşərək Tel Rıfatda PKK terrorçularını tamamilə mühasirəyə almağı planlaşdırır.
Hələb və Hamadakı məğlubiyyətdən sonra paytaxt Dəməşqdə qarışıqlıq yarandığı xəbərləri yayılıb. İddialara görə, rejim generalı Husam Əl-Luk ilə Mahir Əsəd qüvvələri arasında toqquşma baş verib və qarşıdurmada çoxlu əsgər ölüb. Əl-Lukun çevrilişə cəhd etdiyi və Bəşər Əsədin ailəsi ilə birlikdə ölkəni tərk etdiyi iddia edilir. Qiyamçıların Əsədin sarayı və parlament binasını mühasirəyə aldıqları bildirilir. Qeyd edilib ki, Bəşər Əsədin qardaşı Mahir Əsədin 4-cü diviziyası ilə çevriliş qüvvələri arasında toqquşmalar bir neçə saat davam edib.
TAHİR