KÖHNƏ VERSİYA            

Gürcüstanın daxili işinə müdaxilə edildi - prezident ilk dəfə kütlə ilə xüsusi təyinatlıların arasında dayandı...

Image

Avropa İttifaqının və ABŞ-ın Gürcüstanla bağlı siyasəti Qərbin bu qonşu ölkəni, belə demək olarsa, itirməsinə gətirib çıxarmaqdadır. Bütün bunlara səbəb odur ki, Gürcüstan müstəqil siyasət yürütməkdə, Qərb isə buna qarşı çıxmaqda israrlıdır. Elə bu da Tiflisi daha qəti addımlara sövq edir.

Bu barədə danışmazdan öncə xatırladaq ki, Gürcüstanda son parlament seçkilərindən sonra Qərblə Tiflis arasında münasibətlər daha da pisləşib. Hakim “Gürcü “Arzusu” yeni parlamentdə 150 yerdən 88-ni qazanıb. Dağınıq gürcü müxalifəti oktyabrdakı parlament seçkilərinin nəticələrini ədalətsiz sayır və mandatların ləğvinə çalışır. Hakim partiya yetrəsaya malik olduğundan Gürcüstan parlamenti hökumətin yeni tərkibini və qarşıdakı 4 illik fəaliyyət planını təsdiqləyib.Parlamentin sədri hökumətin tərkibini elan edib. Parlament baş nazir vəzifəsinə İrakli Kobaxidzeni təsdiqləyib. Kobaxidze “Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının ofisində keçirdiyi brifinqdə bildirib ki, Gürcüstan hakimiyyəti Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilin sonuna qədər gündəliyə gətirməyəcək. Kobaxidze qeyd edib ki, Avropa İttifaqına üzvlük müzakirələrinin başlanması Gürcüstanı təhdid etmək üçün alət kimi istifadə olunur. Bu cür təhdidlər Gürcüstana namizədlik statusu məsələsində də edilib: “Avropa İttifaqına inteqrasiyanın mərhəmət kimi müzakirə olunması qətiyyən yolverilməzdir". O, ölkəsinin Avropa İttifaqının qrantlarından imtina edildiyini açıqlayıb. Bu xəbərin ardınca prezident Salome Avropa İttifaqının Gürcüstandakı diplomatik nümayəndəlikləri ilə təcili görüş keçirib. Müxalifət isə hakim partiyanın baş ofisinin və parlament binasının önündə aksiyaya başlayıb. Zurabişvili xalqa təcili müraciətində xalqı belə demək olarsa, hakim partiyaya qarşı üsyana çağırıb: “Bu gün bu ölkədə yeganə qanuni institut mənəm, bu ölkənin yeganə qanuni nümayəndəsiyəm, cəmiyyətimiz adından dünyaya danışmaq hüququna malik olan yeganə insanam. Mən bunu edəcəm və sona qədər burada, sizin və ictimaiyyətin yanında olacağam”. Gürcüstan prezidenti “divandan qalxmağa və təslim olmamağa” çağırıb: “Televizor qarşısında oturanlara, ona baxmayanlara müraciət edirəm: ümidinizi itirməyin, heç kimə cəsarət edib bugünkü etirazı öldürməyə imkan verməyin. Dözümsüzlük, itaətsizlik və müqavimət - siz sona qədər sadiq olduğunuz kimi mən də buna sona qədər sadiq olacağam”. Zurabişvili Gürcüstanda baş verən son hadisələri “konstitusion çevriliş” kimi qiymətləndirib. Onun sözlərinə görə, “Gürcü Arzusu” hökuməti artıq heç nə gizlətmir, Avropa İttifaqı ilə danışıqlardan imtina etdiyini açıq şəkildə bəyan edir: “Bir neçə həftə, bəlkə də aylardır davam edən konstitusiya çevrilişi bu gün başa çatıb. Bu gün Avropadan Rusiyaya gedən yol başa çatıb. İnsanların bəlkə də belə olmadığına, başqa izahat ola biləcəyinə dair bütün şübhələr bu gün aradan qalxdı. Bu gün bu qeyri-legitim hakimiyyət öz xalqına, öz keçmişinə və gələcəyinə müharibə elan edib. Bu yolda Gürcüstanın dövlət suverenliyi, müstəqilliyi və Rusiyadan başqa gələcəyi yoxdur”. Bundan sonra Tiflisdə və digər ərazilərdə kütləvi aksiyalar başlayıb. Aksiyaya Zurabişvili də qoşulub. O, əraziyə cəlb edilən xüsusi təyinatlıların qarşısında dayanıb və onlara müraciət edib: “Rusiyaya, yoxsa Gürcüstana xidmət edirsiniz? Siz kimə and içmisiniz? Mənə cavab maraqlıdır. Siz öz prezidentinizə cavab vermirsiniz”. Zurabişvili onları övladlarının gələcəyini düşünməyə çağırıb. Xüsusi təyinatlılar isə prezidentə cavab verməyiblər. Zurabişvili bir neçə təhlükəsizlik işçisi, etirazçılar və onlarla jurnalistin müşayiəti ilə ərazini tərk edib. Gürcüstan mediası bu anı tarixi adlandırıb, çünki prezidentin xüsusi təyinatlılarla nümayişçilər arasında dayanması presedenti olmayıb.

Bu arada isə bəlli olub ki, Gürcüstanda tezliklə prezident də dəyişəcək. Gürcüstanın altıncı prezidenti ilk dəfə dolayı yolla, 300 üzvdən ibarət seçki kollegiyası tərəfindən seçiləcək. Prezident seçkiləri dekabrın 14-də Parlament Sarayında keçiriləcək. Gürcüstan Konstitusiyasına və qanunvericiliyin tələblərinə əsasən, seçki kollegiyasında parlamentin, Abxaziya və Acarıstan Muxtar respublikalarının Ali sovetlərinin, siyasi partiyalar tərəfindən irəli sürülmüş şəhər şuralarının üzvlərinin hamısı proporsional şəkildə təmsil olunmalıdır. Konstitusiyaya görə, namizəd birinci turda seçilmək üçün kollegiya üzvlərinin ən azı üçdə ikisinin səsini toplamalıdır. Prezidentliyə namizəd 2/3 səs toplaya bilməsə, ikinci tur keçiriləcək. Prezidentin andiçmə mərasimi dekabrın 29-da, seçki günündən sonra üçüncü bazar günü keçiriləcək. Dövlət başçısı bu vəzifəni 5 il müddətinə icra edəcək. “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası Gürcüstanın altıncı prezidenti vəzifəsinə Mixail Kavelaşvilinin namizədliyini irəli sürüb. Keçmiş futbolçu, 53 yaşlı sağçı populist Mixeil Kavelaşvili “Gürcü Arzusu”nun antiqərb qolu olan “Xalqın gücü” partiyasının qurucularından biridir. Məhz bu partiya, prezident Salome Zurabişvili veto qoysa da, ötən il ölkədə geniş etirazlar doğuran xarici agentlər haqqında qanunu qəbul etdirib. Kavelaşvili hökumətyönlü etirazların birində qanun tənqidçilərinin ölkədəki durumu qızışdırmağa çalışdığını söyləyib.  Ölkənin ən varlı şəxsi, keçmiş baş nazir, milyarder Bidzina İvanişvili Kavelaşvilinin “gerçək gürcü kişisinə xas” bütün özəlliklərə sahib olduğunu və “prezidentlik institutundan müvəqqəti alınan ləyaqət”i yenidən qaytaracağını bildirib. Maraqlıdır ki, hakim partiyaya, onun yanaşmalarına cəmiyyətdə də dəstək yükskdir. Qərbi narahat edən məqamlardan biri də məhz budur. Bunlar fonunda Avropa Parlamenti Gürcüstanın hökumət rəhbərlərinə sanksiya tətbiq edilməsi ilə bağlı qətnamə qəbul edib. Qətnamədə Gürcüstanın bəzi rəsmi şəxslərinə qarşı sanksiyaların tətbiqi tələb edilir, Gürcüstan vətəndaşlarının vizasız gediş-gəlişi rejiminə yenidən baxılması təklif olunur. Qətnamədə qeyd olunub ki, son parlament seçkilərinin legitimliyi ciddi şəkildə pozulub və səsvermə zamanı qeydə alınan pozuntular Aİ-yə namizəd ölkədən gözlənilən standartlara uyğun gəlmir, beynəlxalq ictimaiyyət seçkilərin nəticələrini tanımamalıdır. Bununla Gürcüstanın daxili işlərinə açıq müdaxilə baş verib. Tiflis də məhz buna etiraz edir.

Nahid SALAYEV







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Azərbaycanla bağlı yanvarın sonunadək vaxt qoyuldu, Trampın Karterdən, Reyqandan nəyi kəm-kəsirdi ki...

Prezident İlham Əliyev xalqa müraciət etdi... - VİDEO/YENİLƏNDİ

Bir ildə cəmi 13 km delimitasiya, 1053 km hələ qalır - Ermənistan 2025-də nə edəcək...

SON XƏBƏRLƏR

03.01.2025 | 23:28
AZAL Bakı–Kazan reysilə bağlı iddiaları təkzib etdi

03.01.2025 | 21:49
Moskva rus qazının Avropaya nəqlinin dayandırılmasına görə ABŞ-ı günahlandırdı - bədəlini ödəyəcəklər...

03.01.2025 | 20:07
Ermənistandakı pirotexniki məmulatlar anbarında yanğın olub

03.01.2025 | 19:07
Antalyada qorxulu anlar - 4,5 bal gücündə zəlzələ oldu...

03.01.2025 | 18:38
Cənubi Koreyada gərgin anlar - prezidenti həbs etmək üçün saraya minlərlə polis və xüsusi təyinatlı yeridildi

03.01.2025 | 16:57
Trampın sülh mesajları Moskvanın diqqətini çəkmədi - "...bizi maraqlandıracaq heç nə yoxdur”

03.01.2025 | 16:36
Slovakiya Zelenskiyə görə ukraynalı qaçqınlara dəstəyi azaldır...

03.01.2025 | 15:47
Bayden və ailəsinin xarici liderlərdən aldıqları hədiyyələr ortaya çıxdı - 20 min dollarlıq 7,5 karatlıq brilyant...

03.01.2025 | 14:58
Tokayev BMT baş katibi olacağı ilə bağlı şayiələrə aydınlıq gətirdi

03.01.2025 | 13:00
Qadın azarkeşi qucaqladı, yarım milyard cərimələndi - İranda skandal hadisə!

03.01.2025 | 12:10
"Milan" və "Yuventus" görüşəcəklər - bu dəfə Səudiyyə Ərəbistanında

03.01.2025 | 12:00
Bələdiyyə seçkilərində “exit-poll” keçirilməsi üçün sənəd qəbulu bu tarixdə başa çatır

03.01.2025 | 11:13
Almaniyalı nazir Dəməşq yolçusudur - Əhməd əl-Şaraa ilə görüşəcək

03.01.2025 | 11:10
20 il əvvəl İraqda necə oldusa, Suriyada da elə olacaq- sabah Ümumsuriya konfransı başlayır, sonda yenə Kürd muxtariyyatı...

03.01.2025 | 11:03
MSK seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısını açıqladı

03.01.2025 | 11:00
ABŞ bu ölkəyə 3,64 milyard dollarlıq raket satdı

03.01.2025 | 10:20
"Qara qutuların Braziliyaya göndərilməsi ədalətli istintaq üçün yeganə vasitədir" - Tokayevdən AÇIQLAMA

03.01.2025 | 10:10
Hacıqabulda dəhşətli yol qəzasında 3 nəfər ölüb

03.01.2025 | 10:00
20 yaşlı özbək futbolçu İngiltərə nəhənginin transfer hədəfində

03.01.2025 | 09:51
Bu ölkə prezidentindən Makrona çağırış - "qoşunlarını ölkəmizdən çıxart!"

03.01.2025 | 09:48
Türkiyəli aktyor özündən 22 yaş kiçik xanıma eşq elan etdi...

03.01.2025 | 09:00
Berlində baş verən partlayışda 2 polis yaralanıb

02.01.2025 | 23:46
Yeni Orleanda izdihamın üstünə sürülmüş "İŞİD avtomobili" əslində Trampa qarşı əməliyyatdır...

02.01.2025 | 23:00
Netanyahu əməliyyatdan sonra xəstəxananı tərk edib

02.01.2025 | 22:41
"Opel" Gəncədə qəza törətdi, 1 nəfər öldü

02.01.2025 | 22:30
Məşhur türkiyəli müğənni 80 yaşında vəfat etdi

02.01.2025 | 22:18
Ukraynanın üzərinə öhdəlik qoyulur - itirdiyi torpaqları hərbi yolla geri ala bilməyəcək...

02.01.2025 | 22:00
"Buna görə məyusam" - "Barselona"nın futbolçusundan ETİRAF

02.01.2025 | 21:30
İsrail ordusu Suriyanın cənubdakı ən böyük su anbarını ələ keçirdi...

02.01.2025 | 21:30
İran səfirini çağırdılar, tələb qoydular - "jurnalisti dərhal azad edin!"

02.01.2025 | 19:10
Azərbaycan XİN ABŞ-dakı hücumu pislədi

02.01.2025 | 17:47
Prezident İlham Əliyev Monteneqro Prezidentinə başsağlığı verdi

02.01.2025 | 17:16
Fransada iğtişaş - bir gecədə minə qədər avtomobil yandırıldı, 420 nəfər saxlandı...

02.01.2025 | 16:36
Bəzi plastik cərrahların tibbi təhsil sənədləri saxta imiş - rəsmən təsdiqləndi...

02.01.2025 | 16:07
Moskvada Bəşər Əsədə sui-qəsd cəhdi - zəhərlədilər...

02.01.2025 | 15:20
Bu ölkə ötən il 9,5 milyard dollarlıq silah ixrac edib

02.01.2025 | 15:07
6 iranlının edam edilməsi gərginliyə səbəb oldu - İran Səudiyyəyə nota verdi...

02.01.2025 | 14:59
Rusiyanın "qara polkovnik"i idi, 74 yaşında öldü

02.01.2025 | 14:48
Bu ölkədə narkotikaya görə cəzalar sərtləşdirildi

02.01.2025 | 14:08
Saxta pul dövriyyəsi ilə məşğul olan şəxs tutuldu

02.01.2025 | 13:20
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şahdağda “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olublar - FOTO/YENİLƏNDİ

02.01.2025 | 12:41
Əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi dəyişdi

02.01.2025 | 12:35
Su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib

02.01.2025 | 12:31
Tarif Şurası elektrik enerjisi üzrə yeni tarifləri müəyyənləşdirdi

02.01.2025 | 12:27
Təbii qaz tarifləri tənzimləndi

02.01.2025 | 12:15
Bir sıra kommunal xidmətlər və dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirildi

02.01.2025 | 11:48
Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edildi - FOTO

02.01.2025 | 10:55
Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

02.01.2025 | 09:28
ABŞ-da sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində ölənlərin sayı 15-i keçdi

01.01.2025 | 20:38
Afrika ölkələrindən Makrona Yeni il sürpizi - daha 3 ölkə Fransa ordusuna qapını göstərdi...

01.01.2025 | 18:37
Almaniya 9 Gürcüstan rəsmisinin ölkəyə girişini qadağan etdi

01.01.2025 | 18:06
Rusiyanın iki ölkəyə qarşı müharibə planı 10 il sonra ortaya çıxdı - nüvə obyektləri də rusların hədəfində olub...

01.01.2025 | 15:36
Azərbaycanla bağlı yanvarın sonunadək vaxt qoyuldu, Trampın Karterdən, Reyqandan nəyi kəm-kəsirdi ki...

01.01.2025 | 15:15
Nazir Vilayət Eyvazov İsmayıllıda vətəndaşları qəbul edəcək

01.01.2025 | 14:51
İran səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı

01.01.2025 | 11:17
Prezident İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədrinə məktub göndərdi

01.01.2025 | 11:12
Prezident İlham Əliyev kubalı həmkarını təbrik etdi

31.12.2024 | 23:59
"Ümid edirəm ki, gələn il yanvarın sonlarından Azərbaycana qarşı şər, böhtan siyasətinə son qoyulacaq" - Prezident İlham Əliyev

31.12.2024 | 23:53
"Gələn il Qarabağa və Şərqi Zəngəzura qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq" - Prezident

31.12.2024 | 23:53
Prezident: "Gələn il üçün hərbi büdcəmiz rekord həddə çatıb"

31.12.2024 | 23:48
Prezident İlham Əliyev bu il Azərbaycan üçün ən narahatedici məqamı açıqlayıb

31.12.2024 | 23:47
Prezident: "Bütün dünya Cənubi Qafqazda yaratdığımız yeni reallıqları qəbul edib"

31.12.2024 | 23:46
"Azərbaycan sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır" - Prezident İlham Əliyev

31.12.2024 | 23:45
Prezident İlham Əliyev xalqa müraciət etdi... - VİDEO/YENİLƏNDİ

31.12.2024 | 18:26
Təqvimlər üzərində Allahın rəqəmsal imzası var - Elmi-lədun hesablama

31.12.2024 | 17:00
"Qalatasaray" 62 hektarlıq idman kompleksi tikir

31.12.2024 | 16:08
DİN-dən kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq...

31.12.2024 | 14:36
"Azərbaycandakı qardaşlarımızın yanında olmuşuq və olacağıq" - Yaşar Güler

31.12.2024 | 14:01
Prezident Agentliyin bir qrup əməkdaşını təltif etdi...

31.12.2024 | 13:58
Prezident Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarını təltif etdi

31.12.2024 | 13:55
Röya Tağıyeva “Şərəf” ordeni ilə təltif edildi

31.12.2024 | 13:53
Tahir Budaqov “Şöhrət” ordeni ilə təltif edildi

31.12.2024 | 13:03
Surinam Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

31.12.2024 | 12:44
ABŞ-nin “Times” meydanında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü aksiyası keçirilib - FOTO

31.12.2024 | 12:09
Türkiyə səfirliyi Azərbaycan xalqını Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib

31.12.2024 | 10:55
Leyla Əliyeva və Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər - FOTO

31.12.2024 | 10:33
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi

31.12.2024 | 00:15
Azərbaycan Yeni ili möhtəşəm Zəfər atəşfəşanlığı ilə qarşıladı

31.12.2024 | 00:10
Mehriban Əliyeva Azərbaycan xalqını Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi - FOTO

31.12.2024 | 00:03
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunur

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031