Ermənistan silahlandırılır - Yunanıstan və Fransa sülhə mane olur...
Yunanıstan Ermənistana ölkənin hava hücumundan müdafiə sistemində istifadə edilən S-300 və Rusiya istehsalı olan digər iki silah sistemini təhvil verməyə hazırlaşır. Trend xəbər verir ki, bu barədə Yunanıstan KİV məlumat yayıb.
Qeyd edilib ki, Ermənistanın müdafiəsini gücləndirmək sırf yunan təşəbbüsü deyil, Fransa ilə əməkdaşlığın məhsuludur və bu, həm də bu ölkənin silahlanmasına töhfə verəcək.
Regionda sabitlik, sülhün bərpa olunmasına dəstək göstərmək yerinə, Ermənistanı silahlandıraraq, revanşist meyillərin daha da artmasına dəstək olan Yunanıstan və Fransa bölgədə sülhün bərqərarında maraqlı olmadığını açıq-aşkar nümayiş etdirir.
Ermənistana gəldikdə, onun yeni yaranan reallıqları həzm edə bilməyib, hər vəchlə sülhün qarşısını almaq cəhdləri hər kəsə məlumdur. Beynəlxalq ictimaiyyəti aldadaraq, özünü "sülhpərəst" göstərib, "barışıq çağırışları" etsə də, reallıqda Azərbaycanın ona uzatdığı sülh əlini geri çevirib, silahlanmağa davam edir. Bu isə onun əsl niyyətinin sülh olmadığını göstərir.