ABŞ Beynəlxalq Məhkəmənin Netanyahu qərarını dəstəkləyən ölkələri hədələdi - müttəfiqlərimiz də olsa... bitirəcəyik...
ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant haqqında həbs qərarına əməl edəcəklərini açıqlayan ölkələri hədələyib.
ABŞ Konqresində Arkanzas ştatından respublikaçı senator Tom Kottonla birlikdə bununla bağlı yeni qanun layihəsi hazırladığını ifadə edən Qrem deyib: “İsrailli hər hansı siyasətçinin həbsinə yardım və təhrik edəcək hər hansı bir ölkəyə sanksiya tətbiq etmək üçün qanunu ən qısa zamanda qəbul etdirməyə çalışıram”.
Qrem sözügedən qanun layihəsinin ABŞ-ın müttəfiqlərini də əhatə edəcəyini bildirib. "Yəni Kanada, İngiltərə, Fransa, Almaniya, hər hansı müttəfiq BCM-nə kömək etməyə cəhd edərsə, sanksiyalara məruz qalacağıq" - senator Qrem deyib.
BCM-nin həbs qərarından sonra Kanadanın baş naziri Castin Trüdonun hər kəsi beynəlxalq hüquqa riayət etməyə çağırmasına da münasibət bildirən Qrem deyib ki, onların iqtisadiyyatını məhv etməliyik. Bundan başqa Senator Birləşmiş Millətlər Təşkilatında (BMT) İsraili pisləyən qətnamələrin sayının bütün xalqların ümumi sayından çox olduğunu ifadə edərək, BMT-nin "antisemit təşkilatı" olduğunu iddia edib.
Qeyd edə ki, noyabrın 21-də elan etdiyi qərarda BCM Qəzzadakı hadisələrə görə, İsrailin baş naziri Netanyahunun və keçmiş müdafiə naziri Qallantın həbsinə order verdiyini bildirib. Kanadanın baş naziri Castin Trüdo isə Kanadanın BCM-nin "təsisçi üzvlərindən" biri olduğunu ifadə edərək, beynəlxalq məhkəmələrin bütün qayda və qərarlarına əməl edəcəklərini deyib və bütün ölkələri beynəlxalq hüquqa riayət etməyə çağırıb.
TAHİR