KÖHNƏ VERSİYA            

Ermənilər İrəvandakı daha bir qədim türk izini silir - “Qırmızı körpü”...

Image

Ermənistanda türk mədəni irsinin izlərinin silinməsi prosesi uzun illərdir ki, davam edir. Ermənilər “bərpa” adı altında bütün abidələri saxtalaşdırıb, abidələrimizə erməni “ornamentləri” əlavə ediblər. Bu özünü saxtalaşdırılan bütün abidələrimizdə büruzə verir. 

Bilirik ki, İrəvandakı və digər tarixi torpaqlarımızdakı Azərbaycan türklərinə məxsus abidələrin, tarixi-mədəni irsin hamısı kütləvi olaraq mədəni gedosidə, saxtalaşdırmaya məruz qalıb. Bircə saxtalaşdıra bilmədikləri İrəvanın “Qırmızı körpüsü” idi ki, indi də onu “bərpa” edirlər. Erməni mediası yazır ki, İrəvandakı qədim “Qırmızı körpü” dövlət-özəl tərəfdaşlığı çərçivəsində “bərpa” olunur. Uzunluğu 80 m-dən çox olan strukturun təxminən 20%-i qorunub saxlanılıb. Bərpadan sonra körpü yalnız piyadalar üçün nəzərdə tutulub. Bu qeydləri də erməni mediası edib. 

Əslində, burada məqsəd İrəvanda qalan bir-iki izimizdən birini də silməkdir. Amma bu qədər cəhdlərinə baxmayaraq, İrəvanı türk şəhəri olmaq missiyasından məhrum edə bilməzlər. Çünki tarix var, fakt var. 

İrəvandakı qədim “Qırmızı körpü”nün tarixini araşdırdıq. Qərbi Azərbaycan İcmasının rəsmi saytında bu barədə yazılır ki, İrəvan şəhərinin ən qədim körpüsü olan “Qırmızı körpü” Zəngi çayının üzərində 1679-cu ildə inşa edilib. Həmin dövrdə Zəngi çayı üzərindən şəhərə getmək üçün yeganə keçid olan bu körpü qırmızı daşdan hörüldüyünə görə o “Qırmızı körpü” adlandırılıb. 

“Qədim İpək Yolundan keçdiyinə görə şəhərin tarixi üçün böyük əhəmiyyətə malik olmuşdur. Bəzən Zəngi çayının üzərində tikildiyi üçün körpüyə Zəngi körpüsü də deyilirdi.

Qırmızı körpünün ümumi uzunluğu 80 m, hündürlüyü 11 m, eni isə 4,8 m olmuşdur. İki tağı olan bu körpünün ikitərəfli əlavə axınını təmin etmək üçün kiçik köməkçi tağı da var idi.

“Böyük Qələbə” körpüsü tikildikdən sonra “Qırmızı körpü”dən istifadə edilməmiş və bu tarixi abidə dağılmışdır- məlumatda deyilir”.

“Qədim yurd yerimiz-Qərbi Azərbaycan” nəşrində də “Qırmızı körpü” barədə məlumat verilib. Kitabda İrəvan şəhərində Azərbaycan memarlığından bəhs edilərək yazılır ki, Azərbaycamn qədim tarix və mədəniyyət abidələri ilə zəngin olan şəhərlərindən biri də İrəvandır. “İrəvandakı saraylar, imarətlər, hamamlar, körpülər, karvansaralar, məscid və mədrəsələr Arran, Marağa-Naxçıvan və Təbriz memarlıq məktəbini yaşadan zəngin mədəni irs olııb. Buradakı memarlıq abidələri orta əsrlərdə dünyanm bir çox alim və səyyahları heyran qoyub. Ona görə də onlar bu zəngin memarlıq haqqında zaman-zaman dəyərli əsərlər yazmışlar. Hansı ki, indi də onlar etibarlı mənbə kimi istifadə olunur. Belə tarixi mənbələrdə İrəvan qalasınm Səfəvilər dövründə tikilməsi ilə bağlı məlumatlar var...

...Səfəvilər dövründə İrəvan yaxınlığıdan keçən çaylar üzərində bir neçə körpü inşa edilmişdi. Onlardan zəmanəmizə qədər gəlib çatanlardan biri Zəngi çayı üzərindəki “Qırmızı körpü”dür. O da İrəvandakı digər abidələr kimi müharibələr zamanı dağılsa da, dinc vaxtlarda bərpa edildiyi üçün zəmanəmizə qədər yaxşı vəziyyətdə qalmışdır.

“Qırmızı körpü” memarlıq və konstmksiya biçimi ilə Azərbaycanın Qazax rayonundakı eyniadlı (Qırmızı körpü) körpü ilə oxşarlıq təşkil edir. Bu baxımdan güman etmək olar ki, hər iki körpüniin inşası və ya onun sonrakı təmir işləri eyni memar tərəfındən icra edilib.

Körpünün ümumi uzunluğu təqribən 80 m, mərkəzdən ən hündür yeri 11 m, eni isə 4,8 m-dir. Onun sahillə birləşən hər iki tərəfı enişə malikdir. Ona görə də körpünün gövdəsi bütövlükdə tağbənd formadadır. Bu da körpünün yükgötürmə qabiliyyətini qat-qat artınr və onun möhkəmliyinə zəmin yaradır. Bununla yanaşı, əsas dayaqlar önümdəki dalğaqıranlar da körpünün uzunömürlü olması üçün əsas şərtdir. Bütün bunlar “Qırmızı körpü” üçün xarakterikdir. Körpünün su ötürən tağbəndləri oxvaridir. İslam memarlığı üçün xarakterik olan həmin tağlar relyefli xətlərlə haşiyələnib. Qazax körpüsündə olduğu kimi, bu körpünün də sahilə yaxın yerində köməkçi su ötürən keçid var. Onlar da körpünün digər konstruksiya və memarlıq formasındadır.

Bir sözlə, İrəvandakı “Qırmızı Körpü” Azərbaycan memarlığının orta əsr körpüsalma sənətinin dəyərli memarlıq əsəridir. Ona görə də heç də təsadüfü deyil ki, burada olmuş rəssam və səyyahlar yeri gəldikcə onun foto, rəsmlərini çəkib, öz əsərlərində çap etdirmişlər. Bütün bunlara baxmayaraq, sonralar körpü üzərində bərpa işləri aparan ermənilər onu özününküləşdirmişlər”. Bu məlumatlar “Qədim yurd yerimiz-Qərbi Azərbaycan” kitabında əks olunub. 

Araşdırma nəticəsində əldə etdiyimiz materiallardan, təkzib olunan faktlardan da aydın olur ki, “Qırmızı körpü” Azərbaycan türklərinin maddi mədəni irs nümunəsidir və o, Səfəvilər dövründə inşa olunub. Yəni bu körpünün ermənilərlə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Dağıdılıb baxımsız vəziyyətə salınan “Qırmızı körpü” Ermənistan rəhbərliyinin indi yadına düşüb. Əlbəttə, burada da məqsəd körpüdən tamamilə Azərbaycan türklərinin izlərini silib abidənin tamamilə erməniləşdirilməsinə nail olmaqdır. Özündə olmayan erməni memarlığının heç bir izini daşımayan körpü, yəqin ki, “restavrasiya” ediləndən sonra tamamilə qondarma ornamentlərlə “bəzədiləcək”. Ermənilərin nə etməsindən aslı olmayaraq, “Qırmızı körpü” İrəvanın bir parçası olduğu kimi, Azərbaycan türklərinin zəngin memarlıq xüsusiyyətlətlərini, ruhunu ehtiva edir. Bunu gərək ki, erməni saxtakarları unutmasınlar!

İradə SARIYEVA







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Azərbaycanla bağlı yanvarın sonunadək vaxt qoyuldu, Trampın Karterdən, Reyqandan nəyi kəm-kəsirdi ki...

Prezident İlham Əliyev xalqa müraciət etdi... - VİDEO/YENİLƏNDİ

Bir ildə cəmi 13 km delimitasiya, 1053 km hələ qalır - Ermənistan 2025-də nə edəcək...

SON XƏBƏRLƏR

03.01.2025 | 23:28
AZAL Bakı–Kazan reysilə bağlı iddiaları təkzib etdi

03.01.2025 | 21:49
Moskva rus qazının Avropaya nəqlinin dayandırılmasına görə ABŞ-ı günahlandırdı - bədəlini ödəyəcəklər...

03.01.2025 | 20:07
Ermənistandakı pirotexniki məmulatlar anbarında yanğın olub

03.01.2025 | 19:07
Antalyada qorxulu anlar - 4,5 bal gücündə zəlzələ oldu...

03.01.2025 | 18:38
Cənubi Koreyada gərgin anlar - prezidenti həbs etmək üçün saraya minlərlə polis və xüsusi təyinatlı yeridildi

03.01.2025 | 16:57
Trampın sülh mesajları Moskvanın diqqətini çəkmədi - "...bizi maraqlandıracaq heç nə yoxdur”

03.01.2025 | 16:36
Slovakiya Zelenskiyə görə ukraynalı qaçqınlara dəstəyi azaldır...

03.01.2025 | 15:47
Bayden və ailəsinin xarici liderlərdən aldıqları hədiyyələr ortaya çıxdı - 20 min dollarlıq 7,5 karatlıq brilyant...

03.01.2025 | 14:58
Tokayev BMT baş katibi olacağı ilə bağlı şayiələrə aydınlıq gətirdi

03.01.2025 | 13:00
Qadın azarkeşi qucaqladı, yarım milyard cərimələndi - İranda skandal hadisə!

03.01.2025 | 12:10
"Milan" və "Yuventus" görüşəcəklər - bu dəfə Səudiyyə Ərəbistanında

03.01.2025 | 12:00
Bələdiyyə seçkilərində “exit-poll” keçirilməsi üçün sənəd qəbulu bu tarixdə başa çatır

03.01.2025 | 11:13
Almaniyalı nazir Dəməşq yolçusudur - Əhməd əl-Şaraa ilə görüşəcək

03.01.2025 | 11:10
20 il əvvəl İraqda necə oldusa, Suriyada da elə olacaq- sabah Ümumsuriya konfransı başlayır, sonda yenə Kürd muxtariyyatı...

03.01.2025 | 11:03
MSK seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısını açıqladı

03.01.2025 | 11:00
ABŞ bu ölkəyə 3,64 milyard dollarlıq raket satdı

03.01.2025 | 10:20
"Qara qutuların Braziliyaya göndərilməsi ədalətli istintaq üçün yeganə vasitədir" - Tokayevdən AÇIQLAMA

03.01.2025 | 10:10
Hacıqabulda dəhşətli yol qəzasında 3 nəfər ölüb

03.01.2025 | 10:00
20 yaşlı özbək futbolçu İngiltərə nəhənginin transfer hədəfində

03.01.2025 | 09:51
Bu ölkə prezidentindən Makrona çağırış - "qoşunlarını ölkəmizdən çıxart!"

03.01.2025 | 09:48
Türkiyəli aktyor özündən 22 yaş kiçik xanıma eşq elan etdi...

03.01.2025 | 09:00
Berlində baş verən partlayışda 2 polis yaralanıb

02.01.2025 | 23:46
Yeni Orleanda izdihamın üstünə sürülmüş "İŞİD avtomobili" əslində Trampa qarşı əməliyyatdır...

02.01.2025 | 23:00
Netanyahu əməliyyatdan sonra xəstəxananı tərk edib

02.01.2025 | 22:41
"Opel" Gəncədə qəza törətdi, 1 nəfər öldü

02.01.2025 | 22:30
Məşhur türkiyəli müğənni 80 yaşında vəfat etdi

02.01.2025 | 22:18
Ukraynanın üzərinə öhdəlik qoyulur - itirdiyi torpaqları hərbi yolla geri ala bilməyəcək...

02.01.2025 | 22:00
"Buna görə məyusam" - "Barselona"nın futbolçusundan ETİRAF

02.01.2025 | 21:30
İsrail ordusu Suriyanın cənubdakı ən böyük su anbarını ələ keçirdi...

02.01.2025 | 21:30
İran səfirini çağırdılar, tələb qoydular - "jurnalisti dərhal azad edin!"

02.01.2025 | 19:10
Azərbaycan XİN ABŞ-dakı hücumu pislədi

02.01.2025 | 17:47
Prezident İlham Əliyev Monteneqro Prezidentinə başsağlığı verdi

02.01.2025 | 17:16
Fransada iğtişaş - bir gecədə minə qədər avtomobil yandırıldı, 420 nəfər saxlandı...

02.01.2025 | 16:36
Bəzi plastik cərrahların tibbi təhsil sənədləri saxta imiş - rəsmən təsdiqləndi...

02.01.2025 | 16:07
Moskvada Bəşər Əsədə sui-qəsd cəhdi - zəhərlədilər...

02.01.2025 | 15:20
Bu ölkə ötən il 9,5 milyard dollarlıq silah ixrac edib

02.01.2025 | 15:07
6 iranlının edam edilməsi gərginliyə səbəb oldu - İran Səudiyyəyə nota verdi...

02.01.2025 | 14:59
Rusiyanın "qara polkovnik"i idi, 74 yaşında öldü

02.01.2025 | 14:48
Bu ölkədə narkotikaya görə cəzalar sərtləşdirildi

02.01.2025 | 14:08
Saxta pul dövriyyəsi ilə məşğul olan şəxs tutuldu

02.01.2025 | 13:20
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şahdağda “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olublar - FOTO/YENİLƏNDİ

02.01.2025 | 12:41
Əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi dəyişdi

02.01.2025 | 12:35
Su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib

02.01.2025 | 12:31
Tarif Şurası elektrik enerjisi üzrə yeni tarifləri müəyyənləşdirdi

02.01.2025 | 12:27
Təbii qaz tarifləri tənzimləndi

02.01.2025 | 12:15
Bir sıra kommunal xidmətlər və dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirildi

02.01.2025 | 11:48
Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edildi - FOTO

02.01.2025 | 10:55
Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

02.01.2025 | 09:28
ABŞ-da sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində ölənlərin sayı 15-i keçdi

01.01.2025 | 20:38
Afrika ölkələrindən Makrona Yeni il sürpizi - daha 3 ölkə Fransa ordusuna qapını göstərdi...

01.01.2025 | 18:37
Almaniya 9 Gürcüstan rəsmisinin ölkəyə girişini qadağan etdi

01.01.2025 | 18:06
Rusiyanın iki ölkəyə qarşı müharibə planı 10 il sonra ortaya çıxdı - nüvə obyektləri də rusların hədəfində olub...

01.01.2025 | 15:36
Azərbaycanla bağlı yanvarın sonunadək vaxt qoyuldu, Trampın Karterdən, Reyqandan nəyi kəm-kəsirdi ki...

01.01.2025 | 15:15
Nazir Vilayət Eyvazov İsmayıllıda vətəndaşları qəbul edəcək

01.01.2025 | 14:51
İran səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı

01.01.2025 | 11:17
Prezident İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədrinə məktub göndərdi

01.01.2025 | 11:12
Prezident İlham Əliyev kubalı həmkarını təbrik etdi

31.12.2024 | 23:59
"Ümid edirəm ki, gələn il yanvarın sonlarından Azərbaycana qarşı şər, böhtan siyasətinə son qoyulacaq" - Prezident İlham Əliyev

31.12.2024 | 23:53
"Gələn il Qarabağa və Şərqi Zəngəzura qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq" - Prezident

31.12.2024 | 23:53
Prezident: "Gələn il üçün hərbi büdcəmiz rekord həddə çatıb"

31.12.2024 | 23:48
Prezident İlham Əliyev bu il Azərbaycan üçün ən narahatedici məqamı açıqlayıb

31.12.2024 | 23:47
Prezident: "Bütün dünya Cənubi Qafqazda yaratdığımız yeni reallıqları qəbul edib"

31.12.2024 | 23:46
"Azərbaycan sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır" - Prezident İlham Əliyev

31.12.2024 | 23:45
Prezident İlham Əliyev xalqa müraciət etdi... - VİDEO/YENİLƏNDİ

31.12.2024 | 18:26
Təqvimlər üzərində Allahın rəqəmsal imzası var - Elmi-lədun hesablama

31.12.2024 | 17:00
"Qalatasaray" 62 hektarlıq idman kompleksi tikir

31.12.2024 | 16:08
DİN-dən kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq...

31.12.2024 | 14:36
"Azərbaycandakı qardaşlarımızın yanında olmuşuq və olacağıq" - Yaşar Güler

31.12.2024 | 14:01
Prezident Agentliyin bir qrup əməkdaşını təltif etdi...

31.12.2024 | 13:58
Prezident Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarını təltif etdi

31.12.2024 | 13:55
Röya Tağıyeva “Şərəf” ordeni ilə təltif edildi

31.12.2024 | 13:53
Tahir Budaqov “Şöhrət” ordeni ilə təltif edildi

31.12.2024 | 13:03
Surinam Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

31.12.2024 | 12:44
ABŞ-nin “Times” meydanında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü aksiyası keçirilib - FOTO

31.12.2024 | 12:09
Türkiyə səfirliyi Azərbaycan xalqını Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib

31.12.2024 | 10:55
Leyla Əliyeva və Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər - FOTO

31.12.2024 | 10:33
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi

31.12.2024 | 00:15
Azərbaycan Yeni ili möhtəşəm Zəfər atəşfəşanlığı ilə qarşıladı

31.12.2024 | 00:10
Mehriban Əliyeva Azərbaycan xalqını Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi - FOTO

31.12.2024 | 00:03
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunur

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031