Qazaxın azad olunan 4 kəndində müşahidə-nəzarət kameraları quraşdırılıb
Azərbaycan-Ermənistan şərti sərhəddində yerləşən, uzun müddət Ermənistan işğalı altında qalmış Qazax əlahiddə divizyasının xidməti ərazisində 1000-dən artıq kamera var. Minə yaxın müşahidə-nəzarət kameraları quraşdırılıb.
Trend xəbər verir ki, bu barədə "Qazax" əlahiddə sərhəd diviziyasına səfər edən jurnalistlərə diviziya komandiri, general-mayor Misir Əliyev məlumat verib.
"Qazaxın işğaldan azad edilmiş Bağanıs Ayrım, Qızılhacılı, Aşağı Əskipara və Xeyrımlı kəndlərində quraşdırılan müşahidə-nəzarət kameraları Ermənistanla şərti sərhəddin böyük hissəsi və Gürcüstan respublikası ilə sərhəddin bir hissəsinə nəzarət edir. Uzaqdan idarə olunan kameralar əməliyyat şəraitinə tam nəzarət edilməsinə böyük dəstək verir", - general əlavə edib.
Qeyd edək ki, Dövlət sərhəd xidmətinin təşkilatçılığı ilə Sərhəd Qoşunları Komandanlığının "Qazax" əlahiddə sərhəd diviziyası və "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisinə mediatur təşkil olunub. Jurnalistlər Qazax rayonu ərazisində yerləşən sərhəd döyüş məntəqələrinə də səfər edəcək.