"Azərbaycanlı tələbələrin şüarlarında ekstremizm faktları yoxdur" - Rusiya İstintaq Komitəsi
Rusiya Federasiyası İstintaq Komitəsi Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin azərbaycanlı tələbələrinin şüarlarında ekstremizm faktları aşkar etməyib. Bu barədə İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.
"Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin müstəntiqi tərcüməçi ilə birlikdə yuxarıda göstərilən hərəkətlərin əks olunduğu videoyazıları araşdırıb. Gənclərin sözlərində ekstremist xarakterli çağırışlar aşkar edilməyib. Gənclər qanunazidd hərəkətlər etmədikləri üçün istintaq müvafiq prosessual qərar qəbul edəcək", - məlumatda qeyd olunub.
Mətləb