“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi hazırlanır” - Patruşev
“Azərbaycan Ermənistandan xeyli üstündür”
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi hazırlanır. İnterfax yazır ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
“Qarabağ problemi ilə əlaqədar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün ardıcıl səylər göstərilib. Bu dövlətlər arasında sülh müqaviləsi hazırlanır”, - deyə o bildirib.
Patruşev deyib ki, Rusiya Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün ilkin şərtlər görür.
“İndi bilirsiniz ki, Rusiya Prezidenti bu münasibətlərin normallaşması üçün çox böyük və müsbət işlər görüb. İndi sülh müqaviləsinin imzalanması üçün bütün ilkin şərtlər var”, - deyə o bildirib.
Patruşevin sözlərinə görə, indiki şəraitdə Azərbaycan böyük iqtisadi potensiala malikdir. “İqtisadi potensial - gəlin müqayisə edək: Azərbaycan - 10 milyon insan, Ermənistan – deyirlər ki, üç milyondur. Ancaq biz dəqiq bilirik ki, belə deyil - maksimum 2 milyon insan var. Azərbaycan həm də iqtisadi və maliyyə baxımından əhəmiyyətli üstünlüyə malikdir”, - deyə Təhlükəsizlik Şurasının katibi vurğulayıb.
TAHİR