Turizm iqlim dəyişikliyinin təsirlərinə qarşı həssas sahədir - COP29-un Prezidenti
Noyabrın 20-də Bakıda COP29 çərçivəsində keçirilən Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşündə ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev bir sıra fikirlər səsləndirib. O bildirib ki, turizm qlobal istixana qazı emissiyalarının əhəmiyyətli bir hissəsinə görə məsuliyyət daşımaqla yanaşı, eyni zamanda, iqlim dəyişikliyinin təsirlərinə qarşı da həssas sahədir. Ona görə də bu tədbir turizmin qlobal iqlim gündəminə inteqrasiya edilməsi və onu Paris Sazişi və Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırmaq üçün konkret addımdır.
SİTAT: "Dünya Səyahət və Turizm Şurasının ən son məlumatlarına görə, turizm sektoru qlobal ÜDM-in 10 faizini yaradır və hər 10 nəfərdən biri bu sahədə işləyir. Bir çox inkişaf etməkdə olan ölkələr, o cümlədən kiçik ada dövlətləri və ən az inkişaf etmiş ölkələr üçün turizm həyat mənbəyidir – əhalini gəlir, məşğulluq və xarici valyuta ilə təmin edir."
Mətləb Salahov