Şamaxıda zəlzələ olub - TƏCİLİ
Bu gün səhər saatlarında Pirqulu stansiyasından 14 km cənub-qərbdə, Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan mətbuata verilən məlumata görə, yerli vaxtla saat 05:50-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.7-ə bərabər olub. Zəlzələnin ocağı 45 kilometr dərinlikdə yerləşib.
Mətləb