KÖHNƏ VERSİYA            

Fransanın Afrikada gizli nüvə sınaqları bəşəriyyətə nə qədər ziyan vurub...

Image

Elşad Həsənov: “Fransa törətdiyi cinayətlərə görə mütləq şəkildə cavab verməlidir, insan sağlamlığına, ekosistemə vurduğu ziyanı etiraf edib təzminat ödəməlidir”

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində dekolonizasiya və yaşıl gələcəyə həsr edilmiş konfransın iştirakçıları Mavi Zonada aksiya keçiriblər.

Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən keçirilmiş “Dekolonizasiya və yaşıl gələcək naminə həmrəylik” adlı aksiyanın iştirakçıları - Afrikanın Mali, Keniya, Konqo Demokratik Respublikası, Nigeriya, Cibuti, Toqo, Mavritaniya, Zimbabve, Zambiya və Kamerundan olan deputatlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri, siyasətçilər, ekofəallar, hüquq müdafiəçiləri öz ölkələrindəki acınacaqlı ekoloji vəziyyətlə bağlı məlumat verib, ekoloji çağırış ediblər.

Aksiyada Fransanın həyata keçirdiyi nüvə sınaqlarının ətraf mühitə, yerli əhalinin sağlamlığına və geosiyasi dinamikaya ciddi və davamlı mənfi nəticələri nümayiş olunub. Bildirilib ki, Fransanın 1960-cı illərdə Afrikada, xüsusilə Əlcəzairdə həyata keçirdiyi nüvə sınaqları ətraf mühitə, yerli əhalinin sağlamlığına və geosiyasi dinamikaya ciddi və ağır təsirlər göstərib. “Soyuq müharibə” və Fransanın müstəqil nüvə gücü əldə etmək istəyi fonunda bu sınaqlar həyata keçirildiyi bölgələrdə zəhərli miras qoyub. Fransanın Afrikadakı nüvə sınaqları torpağın, havanın və yeraltı suların kütləvi şəkildə radioaktiv çirklənməsinə səbəb olub. Fransanın 1960-1966-cı illərdə Əlcəzairdə, Böyük Səhranın mərkəzində yerləşən Reqqane və In Ekker bölgələrində 17 nüvə sınağı keçirdiyi, onların atmosferə xeyli miqdarda radioaktiv hissəciklər buraxaraq ətrafdakı ekosistemi çirkləndirdiyi, bu əraziləri yaşayış və kənd təsərrüfatı üçün yararsız hala saldığı qeyd edilib. Həmçinin nüvə sınaqlarının aparıldığı ərazilərin yaxınlığında yaşayan icmaların çox vaxt məlumatlandırılmadığı və qorunmadığı üçün birbaşa radioaktivliyə məruz qaldığı, minlərlə insanın xərçəng, anadangəlmə qüsurlar və tənəffüs xəstəlikləri də daxil olmaqla çirklənmə ilə əlaqədar xəstəliklərə yoluxduğu vurğulanıb. Sınaq meydançalarında işləyən, çox vaxt adekvat qoruyucu vasitələri olmayan yerli işçilərin uzun müddət təhlükəli radiasiya dozasına məruz qaldıqları diqqətə çatdırılıb.

Bildirilib ki, nüvə sınaqları ətraf mühitə və əhaliyə təsirləri məhdudlaşdırmaq üçün kifayət qədər ehtiyat tədbirləri görülmədən həyata keçirilib. Sınaqlardan sonra radioaktiv materiallar, çirklənmiş avadanlıqlar və nüvə tullantıları təhlükəsizlik standartlarına riayət olunmadan ətrafda qalıb və ya düzgün basdırılmayıb. Bu məsuliyyətsiz idarəetmə radioaktiv çirklənmənin xeyli məsafəyə yayılmasına təkan verib. Bu sınaqların təsirləri Fransa tərəfindən rəsmi olaraq tanınmayıb və yerli əhali hələ də rəsmi üzrxahlıq və təzminat gözləyir. Nüvə sınaqlarının təsirinə məruz qalan bölgələrdə doğulmuş uşaqlar radiasiyanın təsirindən, radiasiyanın törətdiyi qüsurlardan və xroniki sağlamlıq problemlərindən əziyyət çəkirlər. Afrikada nüvə sınaqlarından sağ çıxanlar, eləcə də QHT-lər və yerli birliklər uzun müddət Fransadan tanınma və təzminat tələb ediblər.

Qeyd olunub ki, Fransanın Afrikadakı nüvə sınaqlarının, işğal etdiyi ərazilərdə hərbi fəaliyyətlərinin ağır nəticələrinə görə məsuliyyət daşıyır. Fransa bu sınaqlardan təsirlənən əhali qarşısında mənəvi məsuliyyət daşıyır.

Bu ölkənin Afrikadakı nüvə sınaqları Fransa ilə onun keçmiş müstəmləkələri arasında münasibətlərin tarixində qaranlıq səhifədir. Bu fəaliyyətlərin nəticələri yerli əhaliyə və təsirə məruz qalmış rayonların ətraf mühitinə təsir etməkdə davam edir. Bu zəhərli irslə üzləşən xalqlarla beynəlxalq həmrəylik vurulan zərərin rəsmi şəkildə tanınması və bu sınaqların təsirlərini aradan qaldırmaq üçün səylərin artırılması keçmişdəki ədalətsizlikləri aradan qaldırmaq və daha ədalətli gələcəyə doğru irəliləmək üçün vacibdir.

Aksiya zamanı Fransanın nüvə sınaqlarının mənfi təsirlərini əks etdirən fotolardan ibarət sərgi nümayiş olunub.

Fransanın bu cinayətləri ifşa olunur, onun qanunsuz keçirdiyi nüvə sınaqların fəsadları beynəlxalq aləmə çatdırılır və əziyyət çəkən insanlar bu ölkədən təzminat tələb edirlər. 

“Bu birbaşa Fransanın məsuliyyətidir, borcudur, bütün bunları həyata keçirməlidir”

Siyasi ekspert Elşad Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, Fransa prezidenti E.Makron, nazirlər  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) gəlmədi. “Gəlməmələrinin səbəbi bizim Fransanın törətdikləri cinayətləri beynəlxalq səviyyədə ifşa etdik. Onu da bildirim ki, COP29 tədbiri ilə bağlı hər gün yeni məlumatlar yayımlanır, dünyanın bütün ölkələri burada verilən qərarlardan, çıxışlardan xəbər tuturlar, gedən proseslər dünya ictimaiyyəti tərəfindən yaxından izlənilir. Bu günlərdə Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən keçirilmiş “Dekolonizasiya və yaşıl gələcək naminə həmrəylik” adlı aksiyada Afrikanın Mali, Keniya, Konqo Demokratik Respublikası, Nigeriya, Cibuti, Toqo, Mavritaniya, Zimbabve, Zambiya və Kamerundan olan deputatlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri, siyasətçilər, ekofəallar, hüquq müdafiəçiləri öz ölkələrindəki acınacaqlı ekoloji vəziyyətlə bağlı məlumat verdilər və  ekoloji çağırışlar etdilər. Fransa Afrikada uzun illər-1960-1966-cı illərdə 17 nüvə sınağı həyata keçirib və bu zaman yerli əhaliyə xəbərdarlıq olunmayıb, bu səbəbdən də insanlar qoruyucu geyimlərdən istifadə edə bilməyiblər, nəticədə xəstələnənlər, həyataını itirənlər olub. Bu gün də orda ekosistemin kütləvi zəhərlənməsi problemi var, o nüvə sınaqları zamanı təbiətə vurulan ziyan hələ də qalır. Afrikada nüvə sınaqlarından sağ çıxanlar, eləcə də QHT-lər və yerli birliklər tələb edirlər ki, Fransa bunu tanısın və vurduğu ziyana görə təzminat ödəsin. Təkcə bu deyil. Elə 1966-1996-cı illər ərzində Fransanın Polineziyada apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühit ciddi ekoloji  çirklənmə ilə üzləşib. Fransa orada torpağın və suyun kəskin şəkildə zəhərlənməsinə, radiasiyaya məsuliyyət daşıyır. O ərazidə radiasiya səviyyəsi 490 faizi keçir. Təsəvvür edirsizmi, bu nə deməkdir? Fransanın həyata keçirdiyi bu nüvə sınaqları planetin ekopsisteminə necə bir ziyan vurduğunu görürük. Fransa eyni zamanda “dəniz ərazilərində” insan hüquqlarını pozmaqla da məşğuldur. Makron rejimi Yeni Kolendoniyada kanakların bu ilki etiraz aksiyalarında 13 nəfəri öldürüb, 169 nəfəri isə yaralayıb. Eyni zamanda Martinikada və Qvadelupa adasında etirazlar zamanı 38 nəfər həbs olunub. Demokratiyadan dəm vuran Fransanın bu qeyri-insani, qeyri-humanist bu hərəkətlərinə isə nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də Avropa Şurası Parlament Assambleyası tərəfindən bir reaksiya verilməyib, onun sərgilədiyi bu siyasət pislənilməyib”.

E.Həsənovun sözlərinə görə, beynəlxaq qurumların Fransanın cinayətlərinə reaksiya verməməsi isə siyasi riyakarlığın nümunəsidir, ikiüzlülükdür, ikili standarlardır. “Bu reaksiyasızlıq onu göstərir ki, Avropa ölkələri insan hüquqlarını poza bilərlər. Budur onların düşüncəsi. Hesab edirəm ki, Fransanın Əlcəzairdə törətdiyi cinayətləri, oranı işağlda saxladığı dövrdə milyon yarım əlcəzairlini qətlə yetirməsini bəşəriyyət yaxşı bilir. İndiyə qədər törətdiyi cinayətlərə görə Fransa hələ cavab verməyib. Fransa törətdiyi cinayətlərə görə mütləq şəkildə cavab verməlidir, insan sağlamlığına, ekosistemə vurduğu ziyanı etiraf edib təzminat ödəməlidir. BTQ-nin apardığı işlər də məhz buna yönəlib. Necə olur ki, siz Azərbaycanda kiçik bir qanun pozuntusunu görüb onu qəzetlərinizin manşetinə çıxarırsınız, Azərbaycana qarşı qarayaxma kampaniyaları aparırsınız, amma özünüzün törətdiyiniz bu cinayətlər isə bugünə qədər də cəzasız qalır? Təbii ki, bunlar belə qalmayacaq. Biz bu məsələlərlə bağlı BMT qarşısında məsələlər qaldırmışıq. Ona görə də hesab edirəm ki, Fransa törətdiyi bu saysız cinayətlərə görə həmin ölkələrə təzminat ödəməlidir. O ərazilərdə çirkəndirilmiş, zəhərləndirilmiş ətraf mühitin sağlamlaşıdırılması üçün çox böyük miqdarda maliyyə vəsaiti ayrılmalıdır ki, həmin ərazilərin ekositemi təmizlənsin, çirkmələrdən xilas olsun, yeni meşə massivləri salınsın. Bütün bu işlər görülməlidir. Bu birbaşa Fransanın məsuliyyətidir, borcudur, bütün bunları həyata keçirməlidir” - deyə Elşad Həsənov bildirdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

SON XƏBƏRLƏR

25.12.2024 | 22:35
Ərdoğan Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 22:30
Azərbaycan çempionatı bir günlük təxirə salındı

25.12.2024 | 22:28
Mədəniyyət Nazirliyinin teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb

25.12.2024 | 22:26
ABL-ın basketbol görüşü təxirə düşdü

25.12.2024 | 22:22
Matəmə görə güləş üzrə Azərbaycan çempionatı 1 günlük təxirə salındı

25.12.2024 | 22:10
"Təyyarənin qəzaya uğramasının səbəbi barədə danışmaq hələ tezdir" - Qazaxıstan Baş nazirin müavini

25.12.2024 | 21:32
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər - YENİLƏNDİ

25.12.2024 | 21:30
Aktauda qəzaya uğramış təyyarənin “qara qutu”su tapıldı

25.12.2024 | 21:23
"Yaralıların yaxın qohumlarından DNT analizi götürülür" - Baş Prokurorluq

25.12.2024 | 21:14
Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:57
İrakli Kobaxidze Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının iclası keçirildi - FOTO

25.12.2024 | 19:53
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:51
Emoməli Rəhmon Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:50
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə başsağlığı verib

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:38
Təyyarə qəzasında 38 nəfər ölüb, 29 nəfər yaralanıb...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Azərbaycan Prezidenti Rusiya səfərindən yarımçıq qayıtdı - təyyarə limanında operativ müşavirə, tapşırıqlar verildi...

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

25.12.2024 | 12:10
Mehriban Əliyeva Aktaudakı təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi - FOTO

25.12.2024 | 12:00
“Müsəlman Səkkizliyi”nə üzv olduq - bu təşkilatdan qazancımız nə olacaq?

25.12.2024 | 11:25
Bakı-Qroznı reysi ilə uçan təyyarə qəzaya uğradı - FOTO/VİDEO/YENİLƏNDİ

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031