Cümə günü, 10 aprel 2026
     

Avropanın “Milli azlıq” Konvensiyasının bizim Media qanununa nə dəxli?..

Image


Xəyal Bəşirov: "Media haqqında və QHT-lər haqqında qanunların bu məsələ ilə heç bir əlaqəsi yoxdu"

Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasının Məşvərət Komitəsinin Beşinci Rəyində Azərbaycanla bağlı əsassız yanaşmanın yer aldığı məlumdur. Məşvərət Komitəsi Media haqqında və QHT-lər haqqında qanunlara yenidən baxılmasına dair çağırış edib. 

Söhbət Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasının hesabatından gedir ki, orada Məşvərət Komitəsi Media haqqında və QHT-lər haqqında qanunlara yenidən baxılmasına dair çağırış edir. Məşvərət Komitəsi bu iki qanunda dəyişikliklər edilməsini istəyir. Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasına Azərbaycanda media və QHT-lər haqqında qanunun nə dəxli var? Milli Azlıqlar haqqında konvensiyanın media və QHT-lər haqqında qanunlarla nə əlaqəsi var ki, bunlar belə bir çağırış ediblər?

"Gürcüstanda  atdıqları addımları Azərbaycanda QHT-lər və media üzərindən ata bilmədikləri üçün   ölkəmizə qarşı belə qərəzli çağırışlar edirlər"  

Siyasi Hüquq və Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı müxtəlif istiqamətlərdə, o cümlədən də milli azlıqların müdafiəsi məsələsində bu və digər şəkildə aidiyyəti olmayan, əsassız, qərəzli, ittiham dolu çağırışlar edirlər. "Azərbaycana qarşı qərəzli və əsassız bəyanatlar səsləndirirlər. Nə oldu, İkinci Qarabağ müharibəsinə qədər Azərbaycanda etnik azlıqlarla bağlı məsələyə yaxından uzaqdan toxunulmurdu, ölkəmizdə bu istiqamətdə nöqsan axtarılmırdı, amma İkinci Qarabağ müharibəsindən və antiterror tədbirlərindən sonra bəzi beynəlxalq institutların və bəzi dövlətlərin yadına etnik azlıqlıqların hüquqlarının müdafiəsi məsələsi düşdü? Bir atalar sözü var: "Ayının min oyunu bir armudun üstündədir". Yəni Azərbaycanın qələbəsini, öz ərazi bütövlüyünü, suverenliyini təmin etməsini və bunun fonunda Cənubi Qafqazda formalaşan yeni reallıqları qəbul etmək istəmirlər. O reallıqlar ki, tarixi ədalətə əsaslanır, bu regionda uzun illər mövcud olan ədalətsizliklərin aradan qaldırması amilini özündə ehtiva edir. Onu qəbul etmək istəməyən qüvvələr, təbii ki, əllərində bayraq etdikləri bəzi əsassız ittihamlarla Azərbaycana qarşı hücuma keçirlər. Əllərində bayraq tutduqları məsələlərdən biri də Qarabağda yaşamış və Azərbaycanı könüllü şəkildə tərk etmiş  bir neçə min ermənin "hüquqları" ilə bağlıdır ki, bu yöndə canfəşanlıq edirlər. Halbuki, o ermənilərlə bağlı hər hansı bir hüquq pozuntusundan söhbət gedə bilməz və orada onların səsləndirdiyi ittiham dolu əsassız məsələlərə yol verilməyib. Əksinə, həmin o institutlar, o dövlətlər Qərbi Azərbaycandan, indi beynəlxalq səviyyədə Ermənistan ərazisi sayılan İrəvandan, Mehridən və digər ərazilərdən yüzminlərlə azərbaycanlı etnik təmizlənməyə, deportasiyaya, qanunsuz köçürülməyə məruz qalanda, evlərindən-ocaqlarından məcburi şəkildə, onlara qarşı cinayətlər işlədilərək, həyatları üçün təhlükələr yaradılaraq qovulanda heç zaman etnik təmizləmədən danışmadılar. Yaxud Birinci Qarabağ müharibəsi zamanı ərazilərimizin 20 faizi işğal ediləndə və həmin ərazilərdən 1 milyona yaxın insanımız vəhşicəsinə döyülərək, öldürülərək, yaralanaraq zorla   qovulan zaman onların yadına belə məsələlər düşmürdü. 30 il ərzində işğal davam etdi, amma həmin o institutların, dövlətlərin birinin də Ermənistana qarşı bir bəyanatının, bir çağırışının, bir sənəd qəbul etməsinin, bir iclasın təşkil edilib müzakirələr aparılmasının şahidi olmadıq".  X.Bəşirov qeyd etdi ki, Azərbaycanın tarixi ərazilərindən heç bir qanunsuzluqla üzləşmədən, amma kimlərinsə oyununa gələrək köçən ermənilər ətrafında indi başqa oyunlar qurulur, təxribatçı, qərəzli kampaniyalar təşkil olunur. 

X.Bəşirov hesab edir ki, həmin qüvvələr tərəfindən indən sonra da Azərbaycana qarşı çoxlu əsassız ittihamlar səsləndiriləcək, məkrli siyasət ortaya qoyulacaq, amma bütün bunların səsləndirilməsində nə haqq, nə ədalət, nə reallıq, nə də digər əsas var. "Bunlar sadəcə beynəlxalq ictimaiyyətdə Azərbaycana qarşı yanlış fikrin formalaşdırılması məqsədinə xidmət edir. Hər bir halda düşünürəm ki, Gürcüstanda  atdıqları addımları Azərbaycanda  QHT-lər və media üzərindən ata bilmədikləri üçün  ölkəmizdə qarşı belə qərəzli çağırışlar edirlər.  Azərbaycanda vətəndaş cəmiyyəti, media, xalq və dövlət birliyi mövcud olduğu üçün bunu bacara bilmirlər. Burda, əlbəttə, söhbət mütləq əksəriyyətdən gedir. Çox təəssüf ki, bizim içimizdə də bəzi xarici qüvvələrə işləyən, zaman-zaman o prosesin tərkib hissəsi olan, bəzi məqamlarda bilərəkdən, bəzən də özlərindən aslı olmayan səbəblərdən oyuna gələnlər var. Sayları az olsa da, mövcuddurlar. Amma bütün hallarda mütləq əksəriyyət dövlətin milli maraqlarımıza xidmət edən siyasəti ətrafında birləşib və belə oyunlara qarşıdırlar. 

Təbii ki, Media haqqında və QHT-lər haqqında qanunların bu məsələ ilə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq, o institutlar media və QHT sahəsində qurduqları oyunları bizə qarşı oynaya bilmədiklərinə görə Azərbaycanda etnik azlıqlarla bağlı məsələni gündəmə gətirmək və onu media və QHT qanunları ilə yaxınlaşdırmağa çalışırlar. Nəyə görə? Çünki Azərbaycanda çox sayda etnik azlıq mövcuddur. Ermənistandan fərqli olaraq, Azərbaycanda müxtəlif etnik qruplar yaşayır, onlar öz dillərini, mədəniyyətlərini, dini inanclarını qoruyub saxlayırlar. Amma bildiyiniz kimi, Ermənistan monoetnik bir dövlətdir. Ermənistan monoetnik dövlət olmaq üçün zamanında çox cinayətlər törədib, qanlar töküb, yerli əhalini deportasiya edib, hüquqa zidd əməllər həyata keçirib. Amma Azərbaycan çoxsaylı etnik azlıqların, o cümlədən də erməni əsilli şəxslərin harmoniya, sülh, dostluq və əməkdaşlıq şəraitində yaşadığı bir dövlətdir. Sizə bir nümunə deyim: 44 günlük müharibə zamanı Azərbaycanın bütün guşələrindən, o cümlədən də etnik azlıqlarının kompakt yaşadığı bölgələrimizdən gənclərimizin dövlət, Vətən, torpaq uğrunda, torpaqlarımızın işğaldan azad edilməsi yolunda canlarını  necə fəda etdiyinin, canlarından keçdiyinin şahidi olduq. Bu məsələdə dünyada bir nümunə ortaya qoyduq. Bu da uzun illər Azərbaycan dövlətinin yürütdüyü uğurlu siyasətin nəticəsidir ki, istənilən etnik qrupa aid olan, Azərbaycan vətəndaşı olan bütün gənclərimiz   o müharibədə dövlətimizin, ordumuzun, dövlət rəhbərinin ətrafında birləşib bir hədəfə vurdular. Bu da həmin o qüvvələri narahat edir. Ona görə də belə qondarma çağərışlar edir, uydurma ittihamlar səsləndirirlər". 

Bu qurumun Qarabağdan köçüb getmiş erməniləri əllərində bayraq etdiyini deyən X.Bəşirov bildirdi ki, onlar Azərbaycanın daxilində guya etnik azlıqlarla bağlı problem olması görüntüsü yaratmaq istəyirlər, əlbəttə, burada müxtəlif qüvvələrin oynuna gələn erməniləri əsas götürməyə çalışırlar. X.Bəşirov qeyd etdi ki, o ermənilərə Azərbaycan dövləti çağırış etdi, "Azərbaycanı tərk etməyin, qalın Azərbaycan vətəndaşı kimi yaşayın" dedi, onların Azərbaycan vətəndaşlığını qəbul etməsi üçün qanunauyğun şərtlərini qəbul etmələri ilə bağlı təşəbbüs irəli sürdü, amma onlar bu çağırışa fikir verməyib ərazilərimizi tərk etdilər, çünki onlar hansısa oyunların tərkib hissəsi olmağa üstünlük verdilər. 

X.Bəşirov hesab edir ki, sözügedən Komitə bu amildən istifadə edib Azərbaycana qarşı hücuma keçmək istəyir, amma indiyə qədər Azərbaycana qarşı hazıladıqları digər planlar kimi bu planları da uğursuzluğa düçar olacaq: "Onlar Azərbaycan üzərində belə təxribatçı planları həyata keçirə bilməyəcəklər".

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Rəsmi Bakıdan Kremlə təpki - “...qəbuledilməzdir”

Azərbaycan 5 ildən çoxdur mina problemi ilə təkbaşına mübarizə aparır...

Putin etiraf etdi - “Qarabağın tanınması KTMT-nin siyasətini dəyişdi”...

SON XƏBƏRLƏR

10.04.2026 / 15:50
Livandan Ermənistana ermənilərin qaçqın köçü başlayır....

10.04.2026 / 15:50
Livan üzrə Trampla Netanyahunun birgə dəhşətli planı var...

10.04.2026 / 15:48
Pakistan danışıqlarda iştirak edəcək İran nümayəndələrini İsraildən qorumaq üçün qırıcılarını havaya qaldırdı…

10.04.2026 / 15:35
Putin tarixində görmədiyi reytinq itkisi ilə üzləşdi...

10.04.2026 / 15:02
Prezident MİDA-nın bir qrup əməkdaşını təltif etdi

10.04.2026 / 15:00
Kim kimə yalvardı - ABŞ İrana, ya əksinə?..

10.04.2026 / 14:52
Tehranda erməni kilsəsində Xamenei üçün 40 təziyyə mərasimi? - Təəccüblü qarşılandı...

10.04.2026 / 14:34
Trampın İranla bağlı 8 aprel qərarının ilginc səbəbi...

10.04.2026 / 13:59
Britaniyanın Baş naziri üsyan etdi - Putin və Trampın hərəkətlərindən bezdim…

10.04.2026 / 13:43
Tramp Livan məsələsində ifşa edildi… Hər şeyi dəyişdirən telefon danışığı - əvvəlcə razılaşdı, sonra geri çəkildi…

10.04.2026 / 13:31
Qadın və kişilər üçün bərabər maaş məcburi olacaq

10.04.2026 / 13:09
İçərişəhərdə qala divarının u,mas;n;n səbəbi açıqlandı

10.04.2026 / 12:44
"Repetitorluq sistemi oxuyub-anlama bacarıqlarına mane olur" - Emin Əmrullayev

10.04.2026 / 12:20
Buraxılış imtahalarınin nəticələri nə vaxt açıqlanacaq...

10.04.2026 / 11:57
Nazir imtahan sistemində islahatlara çağırış etdi

10.04.2026 / 11:40
Zakir Həsənov döyüş atışlı taktiki təlimi yoxladı - FOTO

10.04.2026 / 11:32
Con Kerri: "Üç ABŞ prezidenti İrana hücum etməkdən imtina etdi"

10.04.2026 / 11:16
Məleykə Abbaszadə:DİM fəaliyyəti dövründə 6 milyondan çox insanı imtahandan keçirib

10.04.2026 / 11:11
Emin Əmrullayev:"İmtahan sistemində tədricən dəyişikliklər aparılmalıdır"

10.04.2026 / 10:51
Nazir imtahan suallarının çətinliyi ilə bağlı danışdı

10.04.2026 / 10:26
Azərbaycan nefti bahalaşdı - 125 dollar...

10.04.2026 / 10:18
Zelenskidən Putinin atəşkəs qərarına reaksiya - bu bir fürsət ola bilər…

10.04.2026 / 09:51
ETX Macarıstandan daxil olan müraciət əsasında araşdırma aparıb

10.04.2026 / 09:28
ABŞ-ın NATO-dan niyə çıxmaq istədiyi məlum oldu - Suriyada İsrail-Türkiyə toqquşmasına hazırlıq…

10.04.2026 / 09:15
ABŞ-İran müharibəsi Rusiyaya milyardlar qazandırdı...

10.04.2026 / 08:55
İranın Ali Rəhbəri: Hörmüz boğazına nəzarət yeni səviyyəyə qaldırılacaq

10.04.2026 / 08:21
Almaniya kansleri: "ABŞ-İran müharibəsi səbəbindən NATO-nun parçalanması arzu olunan deyil"

10.04.2026 / 07:35
Livan bombalandığı müddətdə ABŞ-İran danışıqları olmayacaq(?)..

10.04.2026 / 07:22
İranın vitse-prezidenti sərt danışdı - “…boş xəyalları onlarla qəbirə gedəcək”

10.04.2026 / 07:04
Kamal Xərrazi də həyatını itirdi...

10.04.2026 / 06:23
Qalibaf: "Livana edilən hücumlara güclü cavab veriləcək"

09.04.2026 / 23:57
Az öncə Meloni Tramp hamını şoka salan addım atdı...

09.04.2026 / 23:04
Netanyahudan atəşkəs qərarı – İsrail Livanla danışıqlara başlayır...

09.04.2026 / 22:35
"Ana dünyada ən gözəl varlıqdır"

09.04.2026 / 21:18
Rusiya ilə İranın Rəşt-Astara layihəsi yenidən aktuallaşır...

09.04.2026 / 20:35
Tramp Hörmüz boğazı üzrə birgə İran-ABŞ müəssisəsi yaradır...

09.04.2026 / 19:27
Sosial şəbəkələrdə insanlara kütləvi hörmətsizlik qadağan edildi...

09.04.2026 / 19:10
İstedadlı jurnalist və insani dəyərlər tərənnümçüsü Zahid Rzayevin yol hekayəsi - FOTO

09.04.2026 / 18:57
İsrail Hizbullahın yüksək rütbəli komandirini məhv etdi

09.04.2026 / 18:34
Körfəz ölkələrinin ABŞ-a güvəni qırıldı - Zelenski ilə “dron ticarəti” önə çıxır...

09.04.2026 / 18:09
Ukrayna müharibəsi yenidən qızışa bilər - Tramp Avropadan acıq çıxacaq...

09.04.2026 / 17:45
“Biz dünyadan köçüb getsək də, övladlarımız əbədi yaşayacaq” - şəhid anasından kövrək mesaj...

09.04.2026 / 17:26
İran cəbhəsində anormal atəşkəs, Trampsayağı bitirilmiş "müharibələrə" yeni nümunə, İlham Əliyevin praktikası... Aydın QULİYEV yazır...

09.04.2026 / 17:18
Vilayət Eyvazov Türkiyənin daxili işlər naziri ilə görüşüb - FOTO

09.04.2026 / 17:15
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ABŞ-ıa İran arasında əldə olunmuş atəşkəs barədə fikir mübadiləsi aparıb

09.04.2026 / 17:10
Bütün yaş qrupları üçün ideal ailəvi səyahət ünvanı - Türkiyə

09.04.2026 / 16:58
Həm regional, həm qlobal - Azərbaycanın təcrübəsi...

09.04.2026 / 16:43
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi

09.04.2026 / 16:28
Hörmüzdən keçən tankerlər hər barel üçün 1 dollar ödəyəcəklər - İran boğazdan keçid üçün haqq qoydu...

09.04.2026 / 16:12
Göy Türklərin - “Ərgən Hunların yığnağı” və Təbiətdə İmdad/Xilas yolu... törəni…

09.04.2026 / 15:50
İran Trampı körfəzdəki bazalarla bağlı çox çətin seçimdə qoydu...

09.04.2026 / 15:23
Yaşar Əməşov XRİTDX-nin rəisinin birinci müavini təyin edildi

09.04.2026 / 15:14
Atəşkəsdən saatlar əvvəl ABŞ elitası Trampı yerdən-yerə vurdu...

09.04.2026 / 14:57
İlin sonuna kimi Azərbaycanın əlavə milyardlar qazanmaq şansı var...

09.04.2026 / 14:52
Azərbaycan sayəsində Ermənistan üçün yeni dəmiryolları açılır...

09.04.2026 / 14:44
Netanyahu ABŞ-İran sülhünü pozdu, müharibə təhlükəsi qayıtdı...

09.04.2026 / 14:17
"Ermənistan sentyabrda Azərbaycanla müharibəyə başlaya bilər" - Paşinyan qorxunc sözlər dedi...

09.04.2026 / 14:05
Zelenskidən Putinə təklif - ABŞ-la İran razılaşdı, biz də oxşar addım ata bilərik...

09.04.2026 / 13:37
Xatirə Kitabı Redaksiyası Birinci Qarabağ müharibəsi şəhidlərinin də xatirəsini əbədiləşdirəcək

09.04.2026 / 13:36
İran öz nüvə proqramının qanunlaşmasına doğru böyük addım atdı...

09.04.2026 / 13:27
Nəzakət Məmmədova: "İllər, qərinələr ötə­cək, onlar heç vaxt unu­dul­mayacaqlar"

09.04.2026 / 13:19
Nəzakət Məmmədova:"Bu kitablar Azərbaycanın hər yerində şəhid ailələrinə çatdırılıb"

09.04.2026 / 12:59
Trampın başı qismən açıldı - Zəngəzur dəhlizində yeni durum...(?)

09.04.2026 / 12:32
Çin Hörmüz məsələsində Amerikadan çox təsirli mövqeyə çıxdı...

09.04.2026 / 12:26
BƏƏ İrandan atılan raket və dronları zərərsizləşdirib

09.04.2026 / 12:20
ABŞ Zelenski-Orban davasında tərəfini seçdi - qəbuledilməzdir...

09.04.2026 / 12:06
Prezident Türkiyənin daxili işlər nazirini qəbul etdi - FOTO

09.04.2026 / 12:02
Trampın İranı güc tətbiqilə hədələməsi - beynəlxalq hüquqla cinayət sayılan əmələ qiymət veriləcək?..

09.04.2026 / 11:56
İsraildən atəşkəsi pozacaq iddia - Hizbullah lideri öldürüldümü…

09.04.2026 / 11:47
Prezident İlham Əliyev Litvanın Baş nazirini qəbul edib - FOTO

09.04.2026 / 11:41
Prokuror Şahin Şıxlinski və oğluna 9 il iş istədi...

09.04.2026 / 11:31
ABŞ-İran atəşkəsi dünya milyarderlərinə bir gündə 265 milyard dollar qazandırdı...

09.04.2026 / 11:06
İran Trampa 48 saat vaxt verəcək -İsrail Livanda atəşi kəsməsə...

09.04.2026 / 10:54
İrandan Hörmüzlə bağlı xəbərdarlıq - mina təhlükəsinə görə alternativ marşrut açıqlandı…

09.04.2026 / 10:38
Azərbaycan neftinin qiyməti 120 dollara düşdü...

09.04.2026 / 10:34
Tramp İrana yeni təhdid – müharibə əvvəllər görünməmiş güclə başlayacaq...

09.04.2026 / 10:23
İçərişəhərdə Qala divarlarının bir hissəsi uçdu...

09.04.2026 / 10:00
Kepler: Atəşkəsin ilk günündə Hörmüz boğazından dörd gəmi keçib

09.04.2026 / 09:40
İranla ABŞ arasında Livan gərginliyi - verdiyi sözdən geri çəkildilər...

09.04.2026 / 09:20
Nəsimidə 6 narkokuryer 72 kiloqram narkotiklə yaxalandı - VİDEO

09.04.2026 / 08:48
Tramp Rutteyə gileyləndi - NATO ehtiyac duyduğumuz zaman yanımızda deyildi...

Sosial şəbəkələrdə insanlara kütləvi hörmətsizlik qadağan edildi...

XƏBƏR ARXİVİ