KÖHNƏ VERSİYA            

Paşinyan güc nazirlərini sabiq prezidentə görə işdən çıxarıb... Ölkə tam avtoritarizmə hazırlanır...

Image

Ermənistanın məhkəmə və hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də hökumətin üç üzvünün eyni vaxtda istefaya getməsi bu ölkə daxilində hökumət böhranı olmasına dair iddialara yol açıb. Ermənistan mediasında yayılan bilgilərə görə, istefalar baş nazir Nikol Paşinyanın adıçəkilən qurum və şəxsləri kəskin tənqidə tutmasından sonra gerçəkləşib.

Noyabrın 18-də istefalarla bağlı xahişləri  təsdiqləyən Paşinyanın fikrincə, altı ildən çox hakimiyyətdə olduğu bir zaman dilimində məhkəmə və hüquq-mühafizə orqanları ölkədə ədalətin olmaması hissini aradan qaldıra bilməyib. İstefaya gedənlər arasında Ali Məhkəmə Hüquq Şurasının sədri Karen Andreasyanın, İstintaq Komitəsinin başçısı Arqişti Karamyanın, Korrupsiyaya qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryanın, daxili işlər naziri Vaqe Kazaryanın, infrastruktur naziri Qnel Sanosyan ilə Dövlət Gəlirləri Komitəsinin sədri Rustam Badasyanın adları var. Vəzifədə olarkən Paşinyana məhkəmə hakimiyyətinin müstəqilliyini boğmağa kömək etdiyi iddia edilən Ali Məhkəmə Hüquq Şurasının sədri öz müdafiə çıxışında ölkənin məhkəmə sistemini biabırçı böhrandan çıxardığını deyib. Paşinyan sabiq prezident Robert Köçəryan da daxil, keçmiş məmurların məhkəməyə çıxarılmasının ləngidilməsi ilə bağlı Andreasyana kəskin iradını bildirib. Andreasyanın tənqidçilərinin fikrincə, Ali Məhkəmə Hüquq Şurasının sədri və daha iki nazirin vəzifədən uzaqlaşdırılması sözdə müstəqil sayılan məhkəmə orqanının, əslində, hökumətin nəzarətində olmasının daha bir sübutudur. Paşinyanın güvəndiyi şəxslərdən biri - Karamyan istefa qərarını hüquq mühafizə orqanlarının son davranışlarından qaynaqlanan durumu yenidən qiymətləndirməsi ilə əlaqələndirib. Paşinyan hüquq-mühafizə sahəsində elan edilən islahatların gözlənilən nəticələr gətirmədiyini desə də, uşaqlıq dostu Karamyan qurumunun  “böyük” uğurlar qazandığını, özünün və tabeliyində olanların “dərin, hərtərəfli” islahatlar mərhələsi keçdiyini söyləyib. Ermənistan mediası sözügedən istefaları baş nazirin azalan reytinqinə bağlayır. Paşinyan, beləcə, 2026-cı il və ya daha erkən keçiriləcək seçkilər öncəsində azalan populyarlığını yüksəltmək istəyir. Baş verənlərlə bağlı “armenianreport” portalı yazır: “Ermənistanın səssiz siyasi meydanı baş nazir Paşinyanın tanınmış tərəfdarları və əlaltılarının bir sıra səs-küylü istefaları ilə sözün əsl mənasında partladı. Bu da öz növbəsində baş verənlərlə bağlı müxtəlif şərhlər və spekulyasiyalar etməyə başlayan müxalifəti ruhlandırıb. Və indiki hakimiyyətin əleyhdarları öz “hesablamaları” ilə nə qədər çox açıqlamalr verdilərsə, onları eşitmək bir o qədər gülməli oldu. Bu da öz növbəsində Paşinyan gedəcəyi təqdirdə rəhbər vəzifələr hədəfləyənlərin primitivliyindən açıq şəkildə xəbər verir. Məsələn, müxalifətin “Ayakve” təşəbbüsünün həmtəsisçisi Avetik Çalabyan “Facebook”da yazıb ki, “bu, Paşinyanın başlatdığı yeni oyundur, onun köməyi ilə aşağı düşən reytinqini xilas etməyə və antimilli mövqeyini ağartmağa çalışır”. Və sonra o, tamamilə incimiş uşağın lağlağına keçib: “Eyni oyuna Paşinyanın yeni, dövlətpərəst və müasir obrazını yaratmaq üçün nəzərdə tutulmuş təraş, ultra qorunan velosiped sürmək və siyasi teatr oyununun bir çox digər komponentləri daxildir”. 

Nə deyə bilərik? Bəlkə də ondan başlayaq ki, çətin ki, bu yüksək profilli istefalar Paşinyanın öz reytinqini saxlamaq cəhdləri kimi görünsün. Birincisi, onun reytinqi bütün müxalifətçilərin cəmi reytinqindən xeyli yüksəkdir. Sadəcə insanlar arasına çıxmaq və kameralar və ya səs yazıları olmadan ünsiyyət qurmaq kifayətdir. Bəli, Paşinyandan narazılıq var, amma bu, hakimiyyətin bu cür siyasətindən deyil, lənglikdən irəli gəlir. İstər Ermənistan daxilində islahatlar, istərsə də xarici siyasət sahəsində qüsurlar var. İndiki hakimiyyət Ermənistan vətəndaşlarının həyatını yaxşılaşdırmağa çalışır və heç Köçəryanı demirəm, Sarkisyanın dövründə həyat səviyyəsi ilə müqayisədə bu, həqiqətən də yaxşılaşır. Amma təbii ki, daha çox istərdik. Eyni şey xarici siyasətə də aiddir - Ermənistan sonuncu birləşməyə mümkün qədər yaxınlaşsa da, hələ NATO və Aİ-nin tamhüquqlu üzvü olmayıb. Bununla belə, ümidimizi itirmirik ki, biz tezliklə ümumavropa və Avroatlantik ailənin bir hissəsinə çevriləcəyik. 

O ki qaldı Paşinyanın seçkilərə bu cür hazırlaşması ilə bağlı ittihamlara, onlar heç bir tənqidə dözmürlər. İndiki hakimiyyətin mövqeyini nəzərə alsaq, onların növbədənkənar seçki keçirməyə əsasları yoxdur. Və növbəti seçkilər yalnız 2026-cı ildə keçiriləcəyindən indiki istefaların bir növ yeni parlamentin seçilməsi ilə bağlı olduğunu söyləmək axmaqlıqdır. Razılaşın, bir il yarımdan sonra insanlar çox vaxt onları unudacaqlar. Üstəlik, Paşinyan özü də irimiqyaslı istefaların səbəbini artıq açıqlayıb. O, bəzi yüksək rütbəli məmurların vəzifələrindən getmələrini xahiş etdiyini bildirib. Yaxşı, işindən narazı olduğu məmurları işdən azad etmək hökumət başçısının konstitusion hüququdur. “Hayastan” blokundan olan deputat Levon Köçəryanın açıqlamaları daha gülməli görünür. Onun atası və “Hayastan” blokunun rəhbəri uzun müddət diktatura, korrupsiya problemini dərinləşdirib və xalqa qarşı fəaliyyətlə güclü əlaqədə olub və bununla belə, paradoksal olaraq onun partiyası Milli Məclisdə təmsil olunur. Üstəlik, Köçəryan öz partiyası vasitəsilə oğlunu parlamentə sürükləyib. Hansı ki, bildiyimiz kimi, həmin oğlan xüsusi  zəkası ilə seçilmir. Bunu onun bir sıra istefalarla bağlı açıqlamaları da göstərdi. “O, xalqımızın haqlı məyusluğunu saqqalı ilə eyni aqibəti yaşayan məmurların üzərinə yıxa biləcəyinə ümid edərək, zədələnmiş reytinqini xilas etməyə çalışır. Kim təyin olunacaq və nə dəyişəcək? Üzlərin dəyişməsindən başqa heç nə gözləmək lazım deyil. Özünü müxalifətçi hesab edənlər: bütün bunları cəmiyyətə mümkün qədər aydın və başa düşülən şəkildə izah edin ki, hökumət başçısı başqa bir azdırmaq və manipulyasiya etmək cəhdində uğur qazanmasın”, – kiçik Köçəryan Teleqram kanalında yazıb. Əlbəttə, Levon Robertoviç elə bir ailədəndir ki, 2018-ci ilə qədər nə problem, nə də imtina bilirdi. Atası 10 il hakimiyyətdə olduğu müddətdə ona Ermənistanı qarət etməyə kömək edən şəxsi hakimiyyət sistemi qurdu, sonra isə öz himayədarı olan Sarkisyanı da prezidentliyə sürüklədi. Hətta üz dəyişikliyi də yox idi. Köçəryan gedəndən, Sərkisyan gələndən sonra Ermənistan və onun xalqı üçün nəsə dəyişdimi? Tamamilə heç nə. Həmin Qarabağdan olan dəstə bizi alçaltmaqda, soymaqda davam edirdi. Ermənistanın bəlkə də ən nifrət edilən ailəsi olan Köçəryan ailəsi üçün burada reytinq haqqında danışmaq olmaz. Robert Köçəryana nə növbədənkənar seçkilərin keçiriləcəyi təqdirdə, nə də 2026-cı ilə planlaşdırılan seçkilərdə heç kim səs verməyəcək - o, heç bir şəraitdə hakimiyyətə qayıda bilməyəcək. Erməni seçici inandırıcı ola bilər, lakin o, sözsüz ki, yaddaş zəifliyindən əziyyət çəkmir. Heç birimiz gücsüz vəziyyətə qayıtmaq istəmirik. Deməli, Paşinyanın kadr qərarları ətrafında yaranan bütün bu müxalifət pandemoniyaları heç nəyə dəyməz. O, baş verənlərin mahiyyətini insanlara düzgün izah etməyə belə zəkasına sahib deyil, dərhal şəxsiyyətlərə və sui-qəsd nəzəriyyələrinə müraciət edir. Bu səbəbdən çoxu oğurluğa, rüşvət almağa adət etmiş qalınbaş müxalifətçilərimizdən heç nə gözləmək lazım deyil”.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

SON XƏBƏRLƏR

25.12.2024 | 23:17
Təyyarə qəzasında həyatını itirənlərin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək

25.12.2024 | 22:35
Ərdoğan Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 22:30
Azərbaycan çempionatı bir günlük təxirə salındı

25.12.2024 | 22:28
Mədəniyyət Nazirliyinin teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb

25.12.2024 | 22:26
ABL-ın basketbol görüşü təxirə düşdü

25.12.2024 | 22:22
Matəmə görə güləş üzrə Azərbaycan çempionatı 1 günlük təxirə salındı

25.12.2024 | 22:10
"Təyyarənin qəzaya uğramasının səbəbi barədə danışmaq hələ tezdir" - Qazaxıstan Baş nazirin müavini

25.12.2024 | 21:32
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər - YENİLƏNDİ

25.12.2024 | 21:30
Aktauda qəzaya uğramış təyyarənin “qara qutu”su tapıldı

25.12.2024 | 21:23
"Yaralıların yaxın qohumlarından DNT analizi götürülür" - Baş Prokurorluq

25.12.2024 | 21:14
Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:57
İrakli Kobaxidze Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının iclası keçirildi - FOTO

25.12.2024 | 19:53
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:51
Emoməli Rəhmon Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:50
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə başsağlığı verib

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:38
Təyyarə qəzasında 38 nəfər ölüb, 29 nəfər yaralanıb...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Azərbaycan Prezidenti Rusiya səfərindən yarımçıq qayıtdı - təyyarə limanında operativ müşavirə, tapşırıqlar verildi...

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

25.12.2024 | 12:10
Mehriban Əliyeva Aktaudakı təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi - FOTO

25.12.2024 | 12:00
“Müsəlman Səkkizliyi”nə üzv olduq - bu təşkilatdan qazancımız nə olacaq?

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031