“Yaşıl enerji” keçidinə qadınlar cəlb olunmasa, ona nail ola bilmərik - Barbara Botos
Macarıstanın Energetika Nazirliyində iqlim üzrə xüsusi tapşırıqlar səfiri Barbara Botos jurnalistlərə müsahibəsində bildirib ki, “yaşıl enerji” keçidinə qadınlar cəlb olunmasa, ona nail olmaq mümkün olmayacaq. “Yaşıl enerji” bəşəriyyətin gələcəyidir. Planetin 50 faizini qadınlar təşkil edir və buna görə də zərif cinsin nümayəndələri bəşəriyyətin gələcəyində mühüm töhfələr vermək üçün enerji sektorunda yüksək vəzifələri tutmalıdırlar.
O, COP29 Sədrliyinin işini, irəli sürülən 14 təşəbbüsü yüksək qiymətləndirib.
“Xüsusilə enerji keçidi, “yaşıl inkişaf” və suya aid təşəbbüsləri qeyd etmək istərdim. Biz bir-birimizdən iqlim dəyişmələrinə uyğunlaşma yollarını öyrənməliyik. COP 29 Sədrliyini tərəfdaşları, maraqlı tərəfləri, şirkətləri bir araya gətirdiyinə görə alqışlayıram”, - deyə Barbara Botos bildirib.
Mətləb Salahov